Kiçik Lyaxovski — Rusiya Federasiyası Saxa Respublikasının ərazisində Laptevlər dənizi akvatoriyasında Böyük Lyaxovski adasından şimalda yerləşir. Onları Eterikan boğazı ayırır və eni 14 km təşkil edir. Ada rus səyyahı İvan Lyaxovnin şərəfinə adlandırılmışdır. Adanı 1773-cü ildə kəş etmişdir. Adanın uzunluğu 42 km, eni 28 km, sahəsi 1325 km² təşkil edir. Adadan şimalda Kotelnı adası yerləşir, onları Sannikov boğazı ayırır. Boğazın eni 55 km-dir. 118 km qərbdə Stalbovoy adası vardır. Ada ərazisində Tinkir-Kyuele gölü və 10 çay vardır. 2012-ci ildə Kiçik Lyaxovski adasında Mamont sümükləri aşkarlanmışdır.

İstinadlar

Kateqoriya:Lyaxovski adaları Kateqoriya:Laptevlər dənizi adaları Kateqoriya:Laptevlər dənizinin yaşayış olmayan adaları Kateqoriya:Yakutiyanın yaşayış olmayan adaları