Dəmir adam () — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Sten Li tərəfindən yaradılmş personaj, Larri Liber tərəfindən inkişaf etdirilmiş, rəssamlar Don Hek və Cek Körbi isə onun dizaynını işləmişlər. İlk dəfə Tales of Suspense #39 (üz qabığı tarixi mart, 1963) təqdim edilən personaj, Iron Man #1 nəşri ilə (üz qabığı tarixi may, 1968) fərdi başlıq əldə etmişdir.

Varlı amerikan biznesmeni, playboy və dahi alim olan Entoni Edvard “Toni” Stark () oğurlanması zamanı sinəsindən ciddi yaralanır. Cinayətkarlar onu kütləvi qırğı silahı yaratmağa məcbur edərkən, Stark özünə gücli zirehli kostyum yaradaraq həyatını xilas edir və əsirlikdən xilas olur. Sonradan Toni kostyumunu inkişaf etdirərək ona, sahib olduğu “Stark Industries” şirkəti tərəfindən inkişaf etdirilmiş silahlar və müdafiə texnologiyaları əlavə edir. O, dünyanı xilas etmək üçün kostyumunu Dəmir adam adı ilə istifadə etməyə başlayır. Həmçinin ilk söz-söhbətdən sonra, Stark, Dəmir adam olmasını ictimayətə bəyan edir.

İlkin olaraq, Dəmir adam Sten Linin Soyuq müharibə, həmçinin ABŞ texnologiyalarının kommunizmə qarşı müharibədə rolu haqqında fikirlərini bildirməsi üçün alət olmuşdur. Sonradan müasir dövrün müasir problemlərinin təsiri ilə Dəmir adama personaj kimi yeni baxış meydana gəlmiş, müəlliflər personajın dili ilə müasir siyasət və onun cəmiyyətə təsirlərindən danışmağa başlamışlar.

Uzun müddət davam edən nəşr tarixində Dəmir adam “Qisasçılar” dəstəsinin təməl üzvlərindən biri olmuş və müxtəlif komiks kitablarında fərqli xarakterlərlə təsvir edilmişdir. Dəmir adam müxtəlif teleseriallar və filmlərə uyğunlaşdırılmışdır. Marvel Kinematoqrafiya Kainatına daxil olan “Dəmir adam” (2008), “İnanılmaz Halk” (2008), "Dəmir adam 2” (2010), “Dəmir adam 3” (2013), “Qisasçılar” (2012), “Qisasçılar: Altron dövrü” (2015) “Kapitan Amerika: Vətəndaş müharibəsi” (2016), “Hörümçək-adam: Evə qayıdış” (2017), “Qisasçılar: Sonsuzluq savaşı” (2018) və “Qisasçılar: Final” filmlərində Dəmir adam personajı, aktyor Robert Dauni (oğul) tərəfindən canlandırılmışdır.

IGN-in 2011-ci ildə yayımladığı “Top 10 Komiks Qəhrəmanı” siyahısında Dəmir adam on ikinci, 2012-ci ildə yayımlanmış “Top 50 Qisasçı” siyahısında isə üçüncü yerdə qərarlaşmışdır.

Nəşr tarixi Təqdim edilməsi 180px|thumb|left|Toni Stark obrazının yaradılması zamanı müəlliflər industrialist və kapitalist iş adamı və məşhur mühəndis Hovard Hyuzdan ilhamlanmışdılar. Dəmir adamın Marvel Comics premyerası "Tales of Suspense" #39 (üz qabığı tarixi mart 1963) nəşrində redaktor və hekayəçi Sten Li, ssenari müəllifi Larri Liber, hekayə rəssamı Don Hek və üz qabığı rəssamı Cek Körbinin kollaborasiyası nəticəsində mümkün olmuşdur. 1963-cü ildə Sten Li biznesmen superqəhrəman ideyası ətrafında düşünməyə başlamışdı. O, zamanın ruhuna və Marvelin oxuyucu kütləsinin gözləntilərinə qarşı olan “tipik kapitalist” personaj yaratmaq istəyirdi. Li deyir ki,

O, zəngin, qlamur və qadınların sevimlisi olan, lakin, onu içindən incidən sirrə malik personaj yaratmağı planlaşdırırdı.Lee, Son of Origins of Marvel Comics pp. 46-48 Yazıçı Cerri Konvey deyir: “Biz, xaricdən məğlubedilməz, mən toxunulması mümkün belə olmayan, daxildən isə yaralı olan bir personajla üz-üzəyik. Sten, onu bizim gözümüzün önündə yaralayır, oxucu hərfi mənada onun ürəyinin parçalanmasının şahidi olur. Lakin, bu həm də metaforadır. Və bu, məncə personajıı maraqlı edən əsas səbəbdir.” Personajın pleyboy görünüü və şəxsiyyətini Hovard Hyuza əsaslandıran Li, izah edərək deyir ki, “Hovard Hyuz bizim dövrün ən parlaq şəxsiyyətlərindən biri idi. O, ixtiraçı, avantrist, multimilyarder, qadınların sevimlisi və bir qədər psix idi.”Lee, Stan (December 1997). "Stan's Soapbox" from "Bullpen Bulletins" Marvel Comics. “Dəlisov olmayanda o, Hovard Hyuz olurdu” deyə Li, əlavə edir.

Li, Dəmir adamın debüt hekayəsini şəxsən yazmaq istəsə dəLee, Son of Origins, p. 47., çıxışa az vaxt qalması ilə bağlı fövqəladə vəziyyət onu, işi Liberə həvalə etməyə məcbur etmiş və Liber öz növbəsində hekayədə müəyyən dəqiqləşdirmə, konkretləşdirmə və tamamlama işləri aparmışdır. Hekayni müşayiət edən komiks rəsmləri Hek və Körbi arasında arasında bölünmüşdü. Hek deyir ki, “Üz qabığı birinci hazırlandığına görə, Körbi Dəmir adamın kostyumunu çəkdi. Mən isə, onun insan kimi görünüşü və katibəsi Pepper Potsun obrazlarını işlədim.” 1990-cı ildə müsahibə zamanı ondan “Toni Stark və digər personajları işləyərkən xüsusi modeldən ilhamlanma”sı haqqında verilən suala cavab verən Hek deyir ki, “Yox, mən daha çox bəyəndiyim Aleks Tot və Errol Flinn kimi personajlar haqqında düşünürdüm və əslində bu da eyni şeydir.”

Dəmir adam ilk dəfə elmi-fantastika və fövqəltəbii hekayələrin yayımlandığı “Tales of Suspense” nəşrinin 13-18-ci səhifələrində peyda olmuşdur. Personajın kobud, boz rəngli zirehli kostyumu ikinci nəşrdə (nəşr #40, aprel 1963) qızılı zirehlə əvəzlənmişdir. Nəşr #48-də (dekabr 1963) rəssam Stiv Ditko personajın kostyumunu yeni qırmızı-qızılı dizaynda təsvir etmiş və üz qabığı müəllifi olan Körbi də bu dizaynı təkrarlamışdır. 1985-ci ildə Hek deyir ki, “Sarı-qırmızı rəngdə olan ikinci kostyum Stiv Ditko tərəfindən dizayn edilmişdi. Mən hesab edirdim ki, onu çəkmək, köhnə kobud zirehi çəkməkdən daha asan idi. Daha çox robotu xatırladan ilk kostyum Körbisayağı idi.”Heck, quoted in

Debütü zamanı anti-kommunist qəhrəman olan Dəmir adam Vyetnam cəsuslarını izləyirdi. Sonradan Li bu erkən fokuslanmadan təəssüflənmişdi. Dəmir adam komikslərinin nəşr olunması müddətində texnoloji inkişaf və milli təhlükəsizliyin təmin edilməsi əsas xətt olsa da, sonrakı dövrlərdə qaldırılmış problemlər personajı inkişaf etdirərək mürəkkəb və zəif şəxsiyyət kimi təsvir etmiş, onun alkoqolizmlə mübarizəsi ("Demon in a Bottle" hekayə xəttində olduğu kimi) və digər şəxsi problemləri oxuculara göstərilmişdir.

#59 nömrəli (noyabr 1964) nəşrlə başlayıb #99 nömrəli (mart 1968) nəşrlə tamamlanan elmi-fantastika antologiyası olan “Tales of Suspense” nəşrindən sonra Dəmir adamın Kapitan Amerika ilə birlikdə macəraları yayımlanmağa başlamışdır. Li və Hek personajın bir neçə düşmənləri və tərəfdaşlarını da yaratmışdılar ki, onlardan Mandarin #50 nömrəli (fevral 1964)DeFalco "1960s" in Gilbert (2008), p. 99: "Following the tradition of Sax Rohmer's Fu Manchu and Atlas' own Yellow Claw, the Mandarin first appeared in Tales of Suspense #50 in a story written by Stan Lee and illustrated by Don Heck.", Qara dul #52 nömrəli (aprel 1964)DeFalco "1960s" in Gilbert (2008), p. 100: "The Black Widow was a Russian spy assigned to capture American industrialist Tony Stark...Her story was plotted by Stan Lee, written by...Don Rico, and drawn by Don Heck.", Şahingöz isə #57 nömrəli (sentyabr, 1964)DeFalco "1960s" in Gilbert (2008), p. 101: "A case of mistaken identity led the police to assume [Hawkeye] was part of [a criminal] gang. The Black Widow saved him from capture but also tricked him into fighting Iron Man" nəşrlərdə təqdim edilmişdilər.

Li deyir ki, “Marveldə komikslər nəşr etdiyimiz bütün müddətdə bizə ən çox yazan oxucular Dəmir adamın qadın və qız pərəstişkarları idi..Biz xanım pərəstişkarlardan çox məktub almırdıq, aldığımız məktublar isə hamısı Dəmir adama ünvanlanırdı.”

Li və Körbinin personajı "The Avengers" #1 (sentyabr 1963) nəşrinə əlavə etməsi ilə, Dəmir adam superqəhrəman dəstəsinin təməl üzvlərindən biri olmuşdur. Bundan sonra personaj seriyanın hər cildində baş verən hadisələrdə aktiv iştirak etmişdir.

Sonrakı dövrdə yazıçılar Starkın yaralandığı müharibə və yerlə bağlı məlumatları yeniləmişdilər. 1963-cü ildə yayımlanmış orijinal mənşə hekayəsində hadisələr Vyetnam müharibəsi zamanı baş vermişdi. 1990-cı illər yenilənməsi zamanı hadisə Körfəz müharibəsi zamanı, 2000-ci illər yenilənməsi zamanı isə Əfqanıstan müharibəsi zamanı baş vermişdi. Starkın əsir olduğu zaman Nobel mükafatlı asiyalı alim Ho Yinsenlə birgə ilk kostyum hazırlaması hadisəsi bütün nəşrlərdə əksini tapmışdır. Bu baxımdan, yeganə istisna “İnanılmaz Dəmir adam” cizgi filmidir ki, burada Toni Starkın qaçmaq üçün istifadə etdiyi zirehli kostyum ilk kostyum deyildir.

Mövzular

Sten Linin Marvel Comicsdəki erkən yaradıcılığı kimi orijinal “Iron Man” nəşrlərinin erkən nümunələri də Soyuq müharibə mövzularını istifadə edirdi. “Fantastik dördlük” və “İnanılmaz Halk” ABŞ-nin ictimai və hökumət problerinə kökləndiyi halda, Dəmir adam daha çox kommunizm təhlükəsinə diqqət yetirirdi. Toni Starkın real həyat obrazı olan Hovard Hyuz yeni silah texnologiyaları inkişaf etdirən mühüm istehsalçı idi. Hyuz həm amerikan individualizminin həm də məşhurluğun simvolu hesab edilirdi.

Tarixçi Robert Genter “The Journal of Popular Culture” jurnalında nəşr edilmiş məqaləsində qeyd edir ki, Toni Stark amerikan iş adamlarının ideallaşdırılmış portreti kimi təqdim edilmişdir. Əgər əvvəlki onilliklərdə əsas texnoloji kəşflər məşhur şəxslər tərəfindən (məsələn Nikola Tesla, Tomas Edison, Aleksandr Bell, Rayt qardaşları və sair) həyata keçirilirdisə, 1960-cı illərdə yeni texnologiyalar (silahlar da daxil olmaqla) əsasən böyük korporasiyaların araşdırma dəstələri tərəfindən yaradılırdı. Buna görə də öz layihələri üzərində müstəqil işləmək istəyən şəxslər üçün yer qalmamışdı.

Dəmir adamın erkən nəşrlərində, həmin dövrün elm xadimlərinin də tez-tez gündəmə gətirdikləri iş adamlarının muxtariyyət məsələsi, tədqiqatçılar və kəşfiyyatçılar üzərində dövlət nəzarəti və loyallığın sərhədləri məsələlərinə toxunulurdu. Genter qeyd edir ki, Toni Stark avtonom yaradıcı şəxs olmasından ilhamlanan kəşfiyyatçıdır. Bunu, onun sinəsindəki yarad da simvolizə edir. Yaralandığı zaman Toni, yalnız özü üççün deyil, başqaları üşün də kəşf etməli olduğunu başa düşür. Tarixçinin fikrincə Toni Starkın Dəmir adama çevrilməsi, Toninin özünə müstəqilliyini qaytarması cəhdi kimi qəbul edilməlidir. O qeyd edir ki, yataqda qadın dalınca və ya döyüşlərə can atması isə bu cəhdin gücləndirici bir aspektidir. 1960-cı illərin məşhur yazıçıları olan Yan Fleminq (Ceyms Bondun yaradıcısı), Mikki Spilleyn (Mayk Hammerin yaradıcısı) və Norman Meylerin yaradıcılığında da tənzimlənməmiş seksual aktivliyin personajın individuallığı kimi istifadə edilməsini görmək mümkündür.

Solo seriyalar

#99 saylı (mart 1968) nəşrin yayımlanmasından sonra “Tales of Suspense” seriyasının adı dəyişdirilərək “Captain America” adlandrılır. “Qızılı Qisasçı” “Iron Man” #1 (may 1968) nəşrində solo debütDeFalco "1960s" in Gilbert (2008), p. 128: "Hailing 1968 as the beginning of the 'Second Age of Marvel Comics,' and with more titles to play with, editor Stan Lee discarded his split books and gave more characters their own titles." edənə kimi Dəmir adamın macəraları “Iron Man and Sub-Mariner” (aprel 1968) adlı vanşut nəşrdə yayımlanmışdır. Seriyanın indikat adı “Iron Man” olsa da, onun bir çox sayları “The Invincible Iron Man” adı ilə yayımlanmışdır.