Filips stadionu - Niderlandın Eyndhoven şəhərində yerləşən və PSV klubunun ev oyunlarını keçirdiyi stadion.
Tarixi və haqqında Stadion Philips şirkəti tərəfindən tikilib, və firmanın adını daşıyır. Stadionun tikintisinə 1913-cü ildə başlanılıb və elə həmin ildə rəsmi açılışı olub. Stadionun oturacaq sayı 1941-ci ilə qədər cəmi 300 nəfər olub. 1941-ci ildə isə oturacaq sayı 18.000-ə qədər artırılıb. Stadionda bugünkü oturacaq yerlərinin sayı 35.000-dir.
Stadionda PSV Eyndhoven klubu ilə yanaşı Niderland millisidə bəzi oyunlarını keçirir. Stadionda tamaşaçı sayına görə rəsmi rekord 23 oktyabr 2005-ci ildə Niderland çempionatının PSV Eyndhoven ilə Ayaks komandaları arasında oynanılan görüşündə baş verib, bu oyunu izləmək üçün stadiona 34.700 tamaşaçı gəlib.
Filips Stadionu Niderland və Belçikada keçirilən 2000-ci il Avropa çempionatının oyunlarının dördünə ev sahibliyi edib. Bundan əlavə stadion 2006-cı il UEFA Kubokunun finalınada ev sahibliyi etmişdir.
Avropa çempionatı - 2000
Tarix Nəticə Mərhələ 12 iyun 2000 3–2 A qrupu 15 iyun 2000 0–0 B qrupu 19 iyun 2000 2–1 B qrupu
İstinadlar
Xarici keçidlər
Rəsmi sayt Filips Stadionu bələdçisi Hollandomania.ru saytında Worldstadiums.com saytında
Kateqoriya:Niderland stadionları Kateqoriya:Niderland futbol stadionları Kateqoriya:XX əsr memarlığı Kateqoriya:1913-cü ildə yarananlar Kateqoriya:Eyndhovendə idman Kateqoriya:Philips Kateqoriya:PSV Eyndhoven FK