Tofiq Məhərrəmoğlu (Tofiq Abdin ) — azərbaycanlı publisist, yazıçı.

Həyatı Tofiq Məhərrəmoğlu 1941-ci ildə Salyan rayonunun Qırmızıkənd kəndindəOralarda kimlər var: Bir kənd və onun insanları anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Həmin ildən "Qobustan" toplusunda şöbə müdiri işləyib. 1993–2001-ci illərdə Türkiyədə yaşayıb, Türkiyənin "Orta doğu" və "Yeni Asiya" qəzetləri ilə əməkdaşlıq edibTürkiyənin TRT telekanalı yazıçı-publisist Tofiq Abdin haqqında sənədli film çəkib. 2007–11–29. 12 publisistik və şeir kitabının müəllifidir. Uzun müddət "Ədalət" qəzetində türk ədəbiyyatının təbliğiylə məşğul olub. Hüseyn Cavid adına Naxçıvan poeziya teatrında Rəsul Rzanın "Bir gün də insan ömrüdür" poeması əsasında tamaşası göstərilib. Uzun illər dövrü mətbuatda müntəzəm çıxış edib. 2002-ci ildə xalq şairi Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat mükafatını alıb. 2010-cu ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

Tofiq Abdin 24 fevral 2014-cü ildə gecə saatlarında ürək tutmasından vəfat edib.

İstinadlar

Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Salyan rayonunda doğulanlar Kateqoriya:Ürək tutmasından ölənlər