Bəra ibn Azib ibn Haris əl-Ənsari (; ) — Məhəmməd peyğəmbərin səhabəsi və ondan hədis ötürən.
Həyatı O, Mədinə şəhərində anadan olmuşdur. O, Əvs qəbiləsinin Bənu Haris sülaləsindən idi. Müsəlmanların Mədinəyə köçməsindən əvvəl erkən yaşda islamı qəbul etmişdir. Atası ondan əvvəl islamı qəbul etmişdir. İbn Ömər və Üsamə ibn Zeyd kimi, gənc yaşına görə müsəlmanların müşriklərə qarşı döyüşlərində iştirak etməsi qadağan edilmişdir. Uhud və Xeybər yaxınlığındaki döyüşlərdən sonra müsəlmanların demək olar ki, bütün döyüşlərində iştirak etmişdir. Tarixçilərə görə, o, 14-18 döyüşlərdə iştirak etmişdir. 631-ci ildə Xalid ibn Vəlidlə birlikdə İslamı yaymaq üçün Yəmənə yollandı. Bu vəzifə Əliyə həvalə olunduqda, o da ona qoşuldu. Yaqubiyə görə, əl-Bəra peyğəmbərin ölümündən sonra Əbu Bəkrə beyətdən çəkinənlərdən idi.
İlk saleh xəlifələr dövründə Sasanilər və Bizansla müharibələrdə iştirak etdi. Rey, Kumis, Zəncan, Əbhar, Qəzvin və Tuştar şəhərlərinə yürüyüşlərdə iştirak etmişdir. O, hətta xəlifə Ömərin dövrünün sonunda və Osmanın hakimiyyətinin başlanğıcında bu bölgələri fəth edən qüvvələrə rəhbərlik edən şəxs ola bilər. Xəlifə Əlinin dövründə onun tərəfdarları arasında idi. Cəməl, Siffin və Nəhrəvan döyüşlərində iştirak etmişdir və hətta xəlifə Əli tərəfindən xaricilərə göndərilmişdir ki, onların mümkün qədər çoxununu düşərgəyə qayıtmasına inandırsın.
Kufədə yaşayırdı. Ömrünün sonunda görmə qabiliyyətini itirmiş və Kufədə vəfat etmişdir və ya öldüyü şəhər İraq Musab ibn Zübeyrin nəzarəti altında ikən Mədinə idi. Onun ehtimal olunan vəfat ili 690 və ya 691-ci illərdi.
O, peyğəmbərin hədislərini ötürməklə məşğul idi.
Onun bir neçə oğlu var idi. Onun nəvələri arasında görkəmli simalar yer alır.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Səhabə hədis raviləri Kateqoriya:Ənsarilər Kateqoriya:İslam tərcümeyi-halı