Göhər Nağı qızı Məmmədova (5 mart 1947, Bakı – 18 aprel 2019, Bakı) — tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı.
Həyatı Göhər Məmmədova 1947-ci il martın 5-də anadan olub. 1965–1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsində təhsil alıb. 1969–2019-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda çalışıb və 1983–2016-cı illərdə isə institutun elmi katibi olub.
1980-ci ildə "Rus konsulları Azərbaycan haqqında (XVIII əsrin 20–60-cı illəri)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Göhər Məmmədovanın əsas tədqiqat obyekti XVIII–XIX əsrin əvvəllərində Rusiyanın Qafqaz siyasəti və Azərbaycan problemi idi. Bu istiqamətdə onun 30-a yaxın elmi əsəri, o cümlədən iki monoqrafiyası çapdan çıxıb. O, Rusiya Federasiyası Dövlət arxivlərində saxlanılan çoxsaylı sənədlər əsasında tədqiqat apararaq, Azərbaycan tarix elminə yeniliklər gətirib. G. Məmmədovanın kadr hazırlığında da əməyi olub – 2 nəfər tarix üzrə fəlsəfə doktoru yetişdirib.
O, Tallinn, Daşkənd, Kəraçi, Bakı və s. şəhərlərdə keçirilən beynəlxalq elmi konfranslarda iştirak və çıxış edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2012-ci il tarixli 2238 nömrəli sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə Dövlət Mükafatına layiq görülüb.
Göhər Məmmədova 2019-cu il aprelin 18-də vəfat edib.
Elmi əsərləri
Kitabları Русские консулы об Азербайджане (20–60-е годы XVIII в.). Баку: Элм, 1989. О походе В. Зубова в Азербайджан в 1796 г. Баку: Элм, 2003. "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" kitabı (Azərbaycan, türk, ingilis, rus, rumın, italyan, ərəb, ispan və alman dillərində — həmmüəllif)
Məqalələri К вопросу об учреждении первого русского консульства в Азербайджане (1720 г.) // Известия АН Азерб. ССР, сер. ИФП. – 1975. – № 3. Некоторые вопросы истории Азербайджана в журнале консула С. Аврамова (1721 г.) // Известия АН Азерб. ССР, сер. ИФП. – 1977. – № 2. К вопросу об азербайджанско-русских торговых отношениях во второй половине XVIII века по донесениям русских консулов (50-е годы) // Известия АН Азерб. ССР, сер. ИФП. – 1978. – № 1. О попытке перенесения центра русской консульской резиденции в город Баку в первой половине XVIII в. // Известия АН Азерб. ССР, сер. ИФП. – 1980. – № 2. К торговым связям азербайджанских и среднеазиатских городов в XVIII в. // Позднефеодальный город Средней Азии. – Ташкент: Изд-во ФАН Узбекской ССР, 1990. Urmiye hanlığı // Türkler (Yeni Türkiye yayınları). – Ankara, 2002. – s. 133–150. Несколько слов о последствиях похода В. Зубова в Азербайджан в 1796 г. // Azərbaycan Xalq Cümhuriyyətinin 85-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransının materialları / AМЕА Tarix İnstitutu. Azərbaycan Tarix Qurumu. – Bakı, 2003. – с. 209–223. Азербайджан в восточной политике России в начале XVIII в. // Исторические факты о деяниях армян на азербайджанской земле. – Баку: Елм, 2003. – с. 163–170. Azerbaijan in Oriental policy of Russia in the early 18th century // Historical facts of Armenian’s Actions in Azerbaijan land. – Baku: Elm, 2003. – p. 328–333. Gəncəli Cavad xan haqqında bir neçə söz (Vəfatının 200 illiyi münasibətilə) // Gəncə şəhərinin tarixinə həsr olunmuş elmi-praktik konfransın materialları. – Gəncə, 2004. – s. 121–127. К вопросу о меликах и меликствах Азербайджана в XVIII в. // Известия НАН Азербайджана, сер. ИФП. – 2004. – № 4. – с. 33–50. Несколько слов о шекинском восстании во главе с Гаджи Челеби против Надир шаха // Azərbaycan Xalq Cümhuriyyətinin 86-cı ildönümünə həsr olunmuş Respublika elmi konfransının materialları / AМЕА Tarix İnstitutu. Azərbaycan Tarix Qurumu. – Bakı, 2004. – с. 177–188 /в соавторстве/. К вопросу о Ширванском восстании 1743 г. // Azərbaycan arxeologiyası və etnoqrafiyası / AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. – Bakı, 2004. – с. 174–182 /в соавторстве/. Азербайджан в восточной политике России и армянский вопрос в XVIII в. – начале XIX в. // Азербайджан и азербайджанцы. – 2005. – № 1–6. – с. 35–48. О книге члена-корреспондента НАНА Ф. Дж. Мамедовой "Кавказская Албания и албаны" (Баку, 2005) // Каспий. – 2006. – 19 января. К вопросу о христианских меликах и меликствах Северного Азербайджана в XVIII в. // Гарабаг: Кюрекчайский договор. – Баку, 2005. – с. 67–82. Азербайджан (исторический очерк) // Большая Российская Энциклопедия. – Москва, 2006. – с. 262 /в соавторстве/. К вопросу политической консолидации Северо-восточного Азербайджана во второй половине XVIII в. // Əsərlər / AMEA A. A. Bakıxanov ad. Tarix İnstitutu. – 2007. – т. XIX. – с. 77–87. XVIII əsrin 30–40-cı illərində Car və Şəki bölgəsində xalq azadlıq hərəkatı tarixindən // Elmi əsərlər / AMEA A. A. Bakıxanov ad. Tarix İnstitutu. – XX bur. – 2007. – s. 24–28. About the Christian Meliks and Melikates of North Azerbaijan in the XVIII century // Azerbaijan’s & Azerbaijanis. – 2009. – p. 83–93. Азербайджан в восточной политике России в начале XVIII в. // Исторические факты о деяниях армян на азербайджанской земле. – Бишкек: Мегамедиа, 2009. – с. 150–154. Azerbaijan in Oriental policy of Russia in the early 18th century // Historical facts of Armenian’s Actions in Azerbaijan land. – Bishkek: Megamedia, 2009. – p. 272–275.
İstinadlar
Mənbə
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Tarix üzrə fəlsəfə doktorları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Azərbaycanın qadın tarixçiləri Kateqoriya:Azərbaycanlı tarixçilər Kateqoriya:AMEA Tarix və Etnologiya İnstitutunun alimləri Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Tarix elmləri namizədləri