Dnestrovsko-Çareqradskoe qirlo (boğazı) — Dnestrovski limanı ilə Qara dənizi birləşdirir. Ukraynanın Odessa vilayəti ərazisində yerləşir. Ərazidə 1926-cı ilə qədər Ocakov boğazı mövcud olmuş, sonradan isə müəyyən səbəbdən yer üzündən silinmişdir. Orta dərinliyi 10 m təşkil edir. Boğazın şimalında qumsal Buqaz burnu vardır. 1950-ci illərdə boğaz üzərində avtomobil və dəmir yolunu özundə birləşdirən müasir körpü inşa edilib. Ona qədər isə 1914-cü ildə taxta körpü tikilmişdi.

Ukrayna knyazları Çarqrada yürüşə məhz bu ərazidən çıxarmışlar. Bu səbəbdən boğazın adına Çareqradskoe kəlməsi əlavə edilmişdir.

Kateqoriya:Atlantik okeanının boğazları Kateqoriya:Avrasiya boğazları Kateqoriya:Ukrayna boğazları Kateqoriya:Qara dəniz Kateqoriya:Belqorod-Dnestrovski rayonu Kateqoriya:Limanlar (coğrafiya)