Bonifaco boğazı - Korsika adasını Sardiniya adasından ayırır. Aralıq dənizi akvatoriyasına daxil olan Tirren dənizini onunla birləşdirir. Uzunluğu 19 km, eni 11 km, dərinliyi 70 m təşkil edir. Şimal hissədə Bonifaco şəhəri yerləşir. Burada Laveççi arxipelaqı vardır. Sardiniya adası sahilində Santa-Tereza-Qallura şəhərciyi vardir. 2002-ci ildən ərazi UNESCO-nun Ümumdünya irsi siyahısına namizəddir.

2011-ci ildə Bonifaco boğazının ekosistemini qorumaq üçün Fransa və İtaliya bayrağı altında təhlükəli məhsulların daşınması Beynəlxalq Dəniz Təşkilatı tərəfindən qadağan olunub.

İstinad

Kateqoriya:Atlantik okeanının boğazları Kateqoriya:Avrasiya boğazları Kateqoriya:İtaliya boğazları Kateqoriya:Aralıq dənizinin boğazları Kateqoriya:Fransa boğazları Kateqoriya:Korsika Kateqoriya:Sardiniya