Dolfin və Yunion boğazı - Viktoriya (ada)sını Şimali Amerika materikindən ayırır. Şimal-qərb yolunun üzərində yerləşir. Kanadanın şimal-qərbində, Nunavut və Şimal-Qərb əraziləri vilayətləri ərazisində yerləşir. Boğaz Koroneyşen körfəzi ilə Amudsen körfəzini birləşdirir. Eni qərbdə 90 km, şərqdə isə 24 km təşkil edir. Uzunluğu 161 km-dir. Şərq hissədə kiçik adalar və riflər vardır ki, bu səbəbdən boğazdan gündüz keçmək məsləhət görülür. 1824-ci ildə Con Riçard tərəfindən kəşf edilib. Adı isə Dolfin və Yunion qayıqlarının şərəfinə adlandırılıb. İyul ayında buzdan azad olduğu halda, oktyabrda yenidən buzla örtülür. Ən dərin yeri 195 m təşkil edir. İstinad

Kateqoriya:Şimal Buzlu okeanının boğazları Kateqoriya:Şimali Amerika boğazları Kateqoriya:Kanada boğazları Kateqoriya:Nunavut boğazları Kateqoriya:Şimal-Qərb Torpaqlarının boğazları