Tina Törner (; ) — amerikalı müğənni, rəqqas, aktrisa və yazıçı. "Rok-n-Roll kraliçası" kimi tanınan Törner solo ifaçı kimi uğurlu karyerasına başlamazdan əvvəl Ike & Tina Turner Revue qrupunun aparıcı müğənnisi kimi tanınıb. Tina Törner eyni zamanda moda ikonu olaraq da məşhurlaşmışdır.

Həyatı Əsil adı Anna Mae Bulok olan Tina Törner, 1939-cu ilin 26 noyabr tarixində ABŞ-nin Tennessi ştatında yerləşən kiçik Natbuş şəhərində anadan olmuşdur. Sent-Luis şəhərində yerləşən gecə klublarında səhnəyə çıxmağa başlayan Tina Törner sonralar evlənəcəyi gitarist İka Turner tərəfindən kəşf edilmişdir. 1956-cı ildə İka Turnerin yaratdığı qrupa vokalist olaraq qoşulması çütlüyün arasında olan münasibəti evliliyə qədər aparmışdır.

İka Turnerin irrasional hərəkətləri səbəbindən çütlük 1975-ci ildə ayrılır. 1975–1983-cü illər aralığında fəaliyyəti istədiyi kimi alınmayan Törner, 1983-cü ildə Capitol adlı albom şirkəti ilə müqavilə imzalayır. Al Qreen tərəfindən məşhurlaşdırılan Let's Stay Together mahnısını ifa etməsi Törnerin məşhurluğunun artmasına səbəb olur və İngiltərə Top 10 sinql arasına girməyi bacarır. What's Love Got to With It sinqli İngiltərə musiqi siyahılarında III yeri tutsa da ABŞ-də liderlik əldə edir.

Bu mahnında yer aldığı albom Ən yaxşı albom və Ən yaxşı qadın pop vokalist nominasiyalarında sahibinə 2 Qremmi mükafatı qazandırır. 1984-cü ildə Tina Törner Mad Max Beyond The Thunderdome adlı filmdə rol almağı qəbul edir. Törnerin növbəti hiti We Don't Need Another Hero adlı sinql olur və mahnı Mad Max Beyond The Thunderdome adlı filmdə istifadə edilir. Növbəti il keçirilən yardım kompaniyasına dəstək məqsədilə Mik Ceker ilə duet oxuyan Tina Törnerin məşhurluğu dünya səviyyəsinə çatır.

Çətin bir uşaqlıq və gənclik dövrü keçirdiyini verdiyi mübahisələrində və görüşlərində tez-tez xatırladan müğənni 1985-ci ildə özünün avtobioqrafiyasını yazır və 1993-cü ildə ona dünyü miqyasında məşhurluq gətirən What's Love Got to Do With It sinqlı üçün film çəkilir. 2013-cü ildə Ervin Bax ilə evlənən Tina Törner İsveçrə vətəndaşlığını qəbul edir və bu ölkəyə yerləşir. Törner ömrünün sonuna qədər Sürix yaxınlığında yerləşən kiçik Küsnaxt qəsəbəsində yaşayıb.

Albomlar

Studio albomları Tina Turns the Country On! (1974) Acid Queen (1975) Rough (1978) Love Explosion (1979) Private Dancer (1984) Break Every Rule (1986) Foreign Affair (1989) Wildest Dreams (1996) Twenty Four Seven (1999) Beyond (2009) Beyond Children (2011) Beyond Love Within (2014)

Konsert albomları Tina Live in Europe (1988) VH1 Divas 1999 (2000)

Filmlər thumb|right|250px|Tina Törnerin doğum yeri olan Tennessi ştatının Natbuş şəhərində asılmış bir elan: Tina Törnerin doğuldu şəhərə xoş gəlmisiniz. Film İl Film Rol Qeyd 1970 Gimme Shelter Özü Sənədli film 1971 Taking Off Özü 1975 Tommy Asid Kraliçası 1976 All This and World War II Özü Sənədli film 1978 Sgt. Pepper's Lonely Hearts Club Band Bizim qonlaqlar 1979 John Denver and the Ladies Özü 1985 Mad Max Beyond Thunderdome Enti xala 1993 What's Love Got to Do with It Özü 1993 Last Action Hero bələdiyyə başçısı TV İl Film Rol Qeyd 1966 The Big T. N. T. Show Özü Sənədli film 1970 It's Your Thing Özü Sənədli film 1971 Soul to Soul Özü Sənədli film 2000 Ally McBeal Özü

Həmçinin bax GoldenEye (mahnı)

İstinadlar

Xarici keçidlər

tinaturnerfanclub.eu — fan sayt 27-ci Qremmi mükafatının qalibləri Tina Törner barədə bloq

Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:ABŞ rəqqasələri Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ xoreoqrafları Kateqoriya:EMI Records artistləri Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:Parlophone artistləri Kateqoriya:Kennedi Mərkəzinin Fəxri Mükafatı laureatları Kateqoriya:ABŞ buddistləri Kateqoriya:Həyatı boyu müvəffəqiyətlərinə görə Qremmi mükafatı laureatları Kateqoriya:Ginnesin Rekordlar Kitabına düşənlər Kateqoriya:Virgin Records artistləri Kateqoriya:ABŞ ritm-end-blyuz musiqiçiləri Kateqoriya:Afroamerikalılar