Andrey Mironov () — sovet kino və teatr artisti, rejissor, ssenarist, estrada müğənnisi, RSFSR-in Xalq artisti. "Brilyant əl", "Avtomobildən qorun" və "On iki stul" kimi ən məşhur sovet filmlərində baş rolları ifa edib. Andrey Mironov həm də məşhur müğənni idi.

Həyatı thumb|250px|left|«Brilyant əl» filmindən səhnə. Yuri Nikulin və Andrey Mironov İçərişəhər Cümə məscidinin fonunda. Andrey Mironov 7 mart 1941-ci ildə Moskva şəhərində tanınmış estrada artistləri rus əsilli Mariya Vladimirovna Mironova və rus yəhudisi Aleksandr Seminoviç Menakerin ailəsində anadan olub. Onun hər iki valideyni tanınmış aktyor idi və "Mironova və Menaker" adlı komediya dueti kimi birlikdə çıxış edirdilər.

Artist 7 mart tarixində anadan olsa da, valideynləri doğum tarixini 8 mart yazdırmışlar və belə bir söz işlədirdilər "Andrey - 8 mart üçün qadınlara bir hədiyyədir."

1948-ci ildə Moskva şəhər 170 saylı oğlanlar məktəbində birinci sinifə başlayıb. 1950-ci ildə valideynləri onun soyadını dəyişib Mironov adlandırmışlar.

Karyerası Andrey Mironov 1950-ci illərin əvvəllərində Vaxtanqov Teatr Məktəbində təhsil alıb. 1958–1962-ci illərdə o, Moskvadakı Şçukin Məktəbində aktyorluq təhsili alıb. 18 iyun 1962-ci ildən 1987-ci ilə qədər Mironov Moskva Akademik Satira Teatrının truppasının daimi üzvü olub. 1961-ci ildə o, ilk dəfə "Bu Sevgi Ola bilərmi?" filmində rol almışdı. 1963-cü ildə o, Genrix Oqanesyanın "Üç üstəgəl iki" komediyasında baş rol oynayıb, sonra Aleksandr Zarxinin "Mənim kiçik qardaşım" filmində rol alıb.

Andrey Mironovun həqiqi uğuru Eldar Ryazanovun quruluşunda çəkilmiş "Diqqət" filmində olub. Burada o, İnnokenti Smoktunovski ilə birlikdə rol alıb. 1969-cu il Leonid Qaydayın "Brilyant əl" filminin nümayişi ilə yadda qaldı. Bu film bir neçə nəsil ruslar üçün ikonik əsərə çevrildi və tamaşaçı sayına görə (76,7 milyon) 1-ci yerdə qərarlaşdı.

Andrey Mironov Eldar Ryazanov, Leonid Qayday, Mark Zaxarov və digər rejissorların filmlərindəki rolları ilə tanınır və sevilirdi. Onun geniş komediya diapazonu vardı və müxtəlif rollar ifa edirdi (məsələn, sovet məmuru, Fiqaro, romantik casus, ziyalı, fırıldaqçı, amerikalı kino pioneriЛагина Н. Мистер Фёст едет на Запад // Вечерняя Москва, 21 сентября 1987. In Russian, nağıl danışan və s.).

1987-ci ildə Latviya turunun birində o, "Fiqaronun toyu" əsərində baş rol oynayarkən səhnədə huşunu itirdi. Digər aktyorlar onun infarkt keçirdiyini düşünərək tələsik nitroqliserin verdilər — bu dərman adətən infarkt xəstələrinə verilir, lakin səhvən beyin qan dövranı xəstəliyi olanlara verildikdə həyati təhlükə yarada bilər. O, xəstəxanaya çatdırıldı və iki gün sonra ölmüş elan edildi. Onun ölümü yaxın dostu və tez-tez birgə rol aldığı Anatoli Papanovun vəfatından cəmi on bir gün sonra baş verdi.

Şəxsi həyatı Andrey Mironov iki dəfə evlənmişdi və hər iki dəfə sovet aktrisaları ilə evli olmuşdu. İlk dəfə Yekaterina Qradova ilə evlənmişdi, və bir qızı olmuşdu — Mariya Mironova, ikinci dəfə isə Larisa Qolubkina ilə evlənmişdi; Larisa həm müğənni, həm də aktrisa idi. Andrey Mironovun Mariya Mironova və övladlığa götürdüyü qızı Mariya Qolubkina (Larisa ilə evliliyindən) rus kinosunda uğurlu karyera qurmuşdular.

Mükafatları Andrey Mironov 1980-ci il dekabrın 18-də ona RSFSR-in Xalq artisti fəxri adına layiq görülüb. O, həmçinin "Əmək igidliyinə görə" medalı ilə təltif olunub.

Filmoqrafiya Üç üstəgəl iki (film, 1963) Avtomobildən qorun (film, 1966) Brilyant əl (film, 1968) Qocalar-quldurlar (film, 1971) İtalyanların Rusiyada ağlasığmaz macəraları (film, 1973)

İstinadlar

Xarici keçidlər

Andrey Mironov

Kateqoriya:Rusiya aktyorları Kateqoriya:Rusiyanın xalq artistləri Kateqoriya:SSRİ müğənniləri Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:Riqada vəfat edənlər Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:SSRİ kişi müğənniləri Kateqoriya:Rusiyanın kişi müğənniləri Kateqoriya:SSRİ-nin televiziya aparıcıları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Rusiyanın televiziya aparıcıları Kateqoriya:Rusiya yəhudiləri Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:SSRİ-nin incəsənət xadimləri