Alban təqvimi — Qafqaz Albaniyasında istifadə olunmuş sivil və dini təqvim. Bu təqvimin varlığını ilk dəfə 1832-ci ildə Mariy Brosse irəli sürmüşdür.Nouveau journal asiatique: ou recueil de mémoires, d'extraits et de Notices. Cild 10. Səh 527. Ananiya Şirakatsiyə aid 114 nömrəli əlyazmaya istinad edən Brosse bu təqvimdə 12 ay olduğunu göstərir. Təqvim avqust ayından başlayırdı. Ayların adları həm Udi dilində həm də Fars dilində izah olunur. Paris, Tbilisi həmçinin İrəvanda saxlanılan 12 fərqli əlyazmada bu aylar sıralanmışdır. Utili tarixçi Ovannes İmastaserin (1047–1129) qeydlərinə əsasən qədim Alban və Gürcü təqvimləri 29 Avqustda başlayırdı. Bu təqvimin əsasında Udi təqvimi hazırlanmışdır.
Cənubi Qafqaz təqvimləri Qədim Gürcü, Erməni və Alban təqvimlərindəki ayların adları bənzər olmuşdur. Erməni dilindəGürcü dilindəAlban dilindəQriqorian təqvimiնաւասարդ (navasardi)AxaltslisaNavasardosAvqustհոռի (horhi)SeteliT'uleSentyabrսահմի (sahmi)TeriatiNamos'Oktyabrտրէ (tre)TristiniÇilNoyabrքաղոց (kaqots)ApaniBokavonDekabrարաց (aratz)NovtzeniMareYanvarմեհեկան (maxetsi)NivnçaniBoceoneFevralարեգ (areq)İqaçayJ'qulMartահեկան (ahekan)VardupayBontokeAprelմարերի (mareri)MarçiniOriliMayմարգաց (marqaç)BubasExnaİyunհրոտից (hrotiç)KuralubanBaxnaİyul
Aylar
Navasardun Alban təqvimində ilk ay olmuşdur. Əslən orta pəhləvi dilində olub "yeni il" mənasına gəlir.
T'ule Alban təqviminin ikinci ayı. T'ul — albanca olub, "şərablıq üzüm" deməkdir.P. İnqorokva, "Jvel-kartuli c‘armartuli k‘alendari 2", Sakartvelos muzeumis moambe 7, 1931–32, səh.300 Udi dilində də üzüm mənasına gəlir.Səh. 211
Namos' Alban təqviminin üçüncü ayı. Bu ad üçün iki ehtimal irəli sürülüb. Bir ehtimala görə o farsca ibadət mənasına gələn "namaz" sözündəndir, ikinci bir ehtimala görə isə bu yenə farsca olan "nəm" sözündən gəlir.
Çil Təqvimin dördüncü ayıdır. Udi dilində "toxum" mənasına gəlir.Səh. 233
Bokavon Təqvimin beşinci ayı. Udi dilindəki "yığmaq, dərmək" mənasına gələnSəh. 88 "bok'sun" sözündən yarandığı güman edilir.W. Schulze, Die Sprache der Uden in Nord-Azerbajdžan, Wiesbaden 1982, səh.284
Altı və yeddinci aylar Alban təqviminin altıncı və yeddinci aylarının mənası barədə etimoloji təklif irəli sürülməmişdir.
J'qul Alban təqviminin səkkizinci ayıdır. Udi dilində "yaz, bahar" mənasına gəlir.Səh. 114
Doqquz və onuncu aylar Bu ayların adlarının mənası haqqında məlumat yoxdur və Udi dili ilə də açıqlanmır.
Exna Alban təqviminin on birinci ayıdır. Udi dilində "ex" sözü "biçin" mənasına gəlir.Səh. 122Gürcü və Erməni təqvimindəki paralel aylar da "biçin ayı" mənası verir.E. Dulaurier, Recherches sur la chronologie arménienne, t.1, Paris 1859, səh. 167
Baxna Alban təqviminin son ayıdır. Udi dilində be'q' sözü "günəş" mənasına gəlir.Səh. 78
Mənbə Jost Gippert, Annual of Armenian Linguistics 9, 1988, 35–46.
İstinadlar Voroşil Qukasyan — Udincə-Azərbaycanca-Rusca lüğət, Bakı, "Elm", 1974:
Kateqoriya:Qafqaz Albaniyası