Sərdar Rəfi Yanehsari () – Astrabadın, Qorqanın valisi.

Həyatı

Məhəmmədbağır xan ibn Lütfəli xan bin Məhəmmədbağır xan bin Mehdi xan bin Məhəmmədtağı xan bin Kərbalayı Məhəmmədqulu xan bin Sadıq sultan Qorqanın, Həzarcəribin maliklərindən, sahibmənsəblərindən idi. Əsliyyəti Firuzkuhdan Həzarcəribə gəlmədirlər.

Məhəmmədbağır xan Sərdar Rəfi Yanehsari kimi tanınırdı. Siyasətçi idi. Orduda xidmət etmişdi. O, Məhəmmədəli şah Qacarın dövründə Qorqanın, Şahrudun və Bəstamın hakimi, iki dəfə isə Asrtabadın hakiminin müavini olmuşdu.

Sərdar Rəfi ulu babası Sadıq sultan Ağaməhəmməd şah Qovanlı-Qacarın müasiri idi.

Sərdar Rəfi Yanehsari 1930-cu ildə vəfat edib.

Mənbə ''' Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Kateqoriya:İranda doğulanlar Kateqoriya:İran Məşrutə inqilabı Kateqoriya:İran Məşrutə inqilabı şəxsləri Kateqoriya:XX əsr İran siyasətçiləri Kateqoriya:Mazandaranlılar