Aydın Hüseynağa oğlu Balayev () — Azərbaycan tarixçisi, etnoloq, tarix elmləri doktoru, professor.
Həyatı thumb|right|190px|Aydın Balayevin məzarı Aydın Balayev 19 noyabr 1956-cı ildə Bakı şəhərində doğulmuşdur. 1980-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1982-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda işləməyə başlamışdır. 1988-ci ildə namizədlik, 2001-ci ildə isə doktorluq işini müdafiə etmişdir.
Vəfatına qədər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində Antropologiya Mərkəzinin baş elmi işçisi olub.
Elmi fəaliyyəti Aydın Balayevin Azərbaycan etnoqrafiya elminin inkişafında müstəsna rolu olmuşdur. Tədqiqat işlərinin nəticələri tərtib etdiyi elmi hesabatlarda, 100-ə yaxın elmi əsərdə, bir neçə monoqrafiyada öz əksini tapmışdır.
Əsərləri 1917–1918-ci illərdə Azərbaycan milli-demokratik hərəkatı (). Bakı: Elm, 1990. Müsavatdan Xalq Cəbhəsinə Azərbaycan milli hərəkatı (). Bakı: Elm, 1992. 1917–1918-ci illərdə Azərbaycan milli hərəkatı (). Bakı: Elm, 1998. 20 yanvar hadisələri. Sənədlər, mövqelər, şərhlər: 1990-2000. Bakı: Çaşıoğlu, 2000 (Rasim Mirzə ilə birgə). XIX–XX əsrlərdə etnolinqvistik proseslər (). Bakı: Nurlar, 2005. Fevral inqilabı və milli ucqarlar (). Moskva: Flinta, 2008. Azərbaycanda 1918-ci il Mart hadisələri (). Tbilisi: Universal, 2009. Məmməd Əmin Rəsulzadə (1884–1955) (). Moskva: Flinta, 2009. Azərbaycan türkləri (). Bakı: Qanun, 2010; JekoPrint, 2022 (ikinci nəşri). Azərbaycan milləti (). Moskva: "TiRu", 2012. Məmməd Əmin Rəsulzadə (1884–1955). Bakı: Adiloğlu, 2011; Çıraq, 2012 (ikinci nəşri); JekoPrint, 2023 (üçüncü nəşri). Məmməd Əmin Rəsulzadə. Yad sahillərdə, 1922–1943 (). Moskva: Maska, 2013. Məmməd Əmin Rəsulzadə (1884–1955). Siyasi portret (). Bakı: Kitab Klubu, 2014; TEAS Press, 2018 (ikinci nəşri). Azərbaycançılıq ideologiyasının banisi Məmməd Əmin Rəsulzadə (). Bakı: Kitab Klubu, 2015. Türkçülüyün patriarxı Əhməd bəy Ağaoğlu (). Bakı: TEAS Press, 2018. Məmməd Əmin Rəsulzadə. Qürbətdə Vətən davası (1922–1943). Bakı: Pergament, 2019. Fərqli və ziddiyyətli M. F. Axundov (). Bakı: JekoPrint, 2020. Məmməd Əmin Rəsulzadə və XX əsrin başlanğıcında Azərbaycan millət-dövlətinin yaranması. Bakı: JekoPrint, 2020. Əhməd bəy Ağaoğlu: dahi mütəfəkkir, qorxmaz fədai və yorulmaz millət qurucusu. Bakı: JekoPrint, 2021. Əhməd bəy Ağaoğlu. (Tarixi Yaşadanlar Seriyası). Bakı: Altun Kitab, 2021. Azərbaycan Cümhuriyyətinin doğuşu: 1917–1918-ci illər milli mücadiləsi. Bakı: JekoPrint, 2022. Fərqli və ziddiyyətli M. F. Axundov: əqidəli rusofil, İran aşiqi və "azərbaycanlı" kimliyinin təkanvericisi. Bakı: JekoPrint, 2023.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Azərbaycanlı tarixçilər Kateqoriya:Azərbaycan etnoloqları