Zoran Qayiç (; ) — Serb voleybol məşqçisi və siyasətçi, Serbiyanın idman naziri (2022).
Əsasən kişi voleybol komandalarında çalışan Zoran Qayiçin ilk klubu "OK Mladost" (Omoliça) olub. Daha sonra yerli klublardan olan başqa biri "Vojvodina"nın postu arxasına keçib. 1995-ci ildən 2002-ci ilə qədər Yuqoslaviya (parçalanandan sonra Serbiya) Kişi Millisində baş məşqçilik edib. Serbiya Milli komandasından sonra 2 il Rusiyanın və İranın kişilərdən ibarət komandasını idarə edib. Klub fəaliyyətində Yunanıstanın iki, Rusiyanın iki, Türkiyənin bir klubunda baş məşqçilik edib. İlk dəfə Rabitə Bakı ilə bir qadın klubunda karyerasını davam etdirib. 2011/12-ci illər mövsümü üçün Rabitəyə gətirilib. Bir çox uğurlar əldə olunsa da, onunla müqavilə bir ildən artıq olmamışdı. Lakin klub onu yenidən 2015-ci ildən öz köhnə mövqeyinə qaytardı. Zoran Qayiç ES Voleybol klubu ilə birgə "Voleybol Tədrisi" adlı CD çıxarıb və bu, voleybolla maraqlananlar üçün yaxşı bir vəsaitdir.
Karyerası 2015 — h.h — Rabitə Bakı 2011–2012 — Rabitə Bakı 2009–2011 — Ural Ufa 2007–2009 — Iskra 2002–2003 — Arçelik 1999–2001 — Olimpiakos Aris OK Vojvodina Mladost
Nailiyyətləri Azərbaycan Çempionu (Rabitə)- 2012 Top Volley International Cup (Rabitə) — 2011, İsveçrə (Bazel) Klublararası Dünya Çempionu (Rabitə) — 2011, Qatar (Doha) Çempionlar Liqası brünüc mükafatçı (İskra) — 2009 Dünya Liqası 3-cü yer (Rusiya Millisi) — 2006 Avropa Liqası 2-ci yer (Rusiya Millisi) — 2005 Türkiyə Çempionu (Azçelik) — 2003 Dünya Liqası 3-cü yer (Serbiya Millisi) — 2002 Avropa Çempionu (Serbiya Millisi) — 2001 Olimpiya Çempionu (Serbiya Millisi) — 2000 Yunanıstan Çempionu (Olimpiakos) — 1999, 2000 Avropa Çempionatı bürünc medal (Yuqoslaviya) — 1999, 1995 Dünya Çempionatı gümüş medal (Yuqoslaviya) — 1998 Avropa Çempionatı gümüş medal (Yiqoslaviya) — 1997 Olimpiya bürünc medal (Yuqoslaviya) — 1996 Yuqoslaviya Çempionu (Mladost, Vojvodina) — 1987, 1988, 1992 və 1993 Kateqoriya:Serbiya nazirləri