London zooparkı () — İngiltərənin paytaxtı London şəhərində yerləşən zooloji park. Dünyanın ilk və ən qədim zooparkı hesab olunur.

Haqqında

thumb|Zooloji park 1828-ci ildə çəkilmiş şəkli|left London zooparkı 27 aprel 1828-ci ildə açılmışdır. İlk açıldığında bura gətirilən növlərin elmi təcrübələrdə istifadə olunması planlaşdırılmışdı. Amma 1847-ci ildə xalqa açılmışdır. Hazırda 806 növdə olan 19.178 heyvanla Böyük Britaniyanın ən böyük zooparkıdır. London Zooloji Parkı 1980-ci illərdə maddi sıxıntı keçirməyə başlamışdır. 1991-ci ildə parkın bağlanması xəbəri yayılmışdır. Amma London Zooparkı vombat, Tasmaniya şeytanı kimi növlərin saxlandığı yeğanə zoopark idi. Bu səbəbdən ziyarətçilərin verdiyi dəstəklə qurum bağlanma təhlükəsindən yan keçmişdir. Zooparkda qorillalar Afrika quşları, kəpənəklər, balıqlar üçün ayrı-ayrı bölümlər açılmışdır. 1826-cı ildə qurulan London Zooloji Qurumu tərəfindən idarə olunur. Regent parkının şimalındadır. Qurum fil və kərgədan kimi heyvanların da saxlandığı Bedfordşirdəki Uipsneyd Zooloji Parkına sahibdir.

Zooloji parkda ilk sürünən evi 1849-cu ildə, ilk akvarium 1853-cü ildə, ilk böcək evi 1881-ci ildə açılmışdır.

Zooloji parka 274 nömrəli marşrut xidmət verir.

Növlər

Sinif Növ sayı Heyvan sayı Məməlilər 70 580 Quşlar 119 613 Sürünənlər 81 296 Suda-quruda yaşayanlar 25 587 Balıqlar 281 6091 Onurğasızlar 230 11021 Cəmi 806 19178

İstinadlar

Kateqoriya:London Kateqoriya:İngiltərə zooparkları Kateqoriya:1828-ci ildə yaradılmış təşkilatlar Kateqoriya:Vestminsterin görməli yerləri