Səna () — Yəmənin paytaxtıdır.

Haqqında Bütün göstəricilərə görə Səna Yəmənin ən böyük şəhəridir.

Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən 2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir.

Səna ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir.

Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas sənaye sahələri cəmlənmişdir.

Paytaxtın iqtisadi həyatında metal emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir.

Səna müasir tələblərə cavab verən şose yolları vasitəsilə Taiz, Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı var. Paytaxtda milli ənənələrə, incəsənətə çox böyük qayğı ilə yanaşırlar. Sənanın ən milli koloritli yeri- Köhnə şəhərdir. Köhnə şəhər YUNESKO-nun qərarına əsasən memarlıq abidəsi kimi qorunur.Soltanova H. B., Məmmədov C. A. "Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası" (dərslik). Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2008, s. 267

İstinadlar

Həmçinin bax Yəmən Yəmən tarixi

Xarici keçidlər

Kateqoriya:Yəmən şəhərləri Kateqoriya:Milyon nəfərdən çox əhalisi olan şəhərlər Kateqoriya:Yəmənin inzibati bölgüsü Kateqoriya:Asiya dövlətlərinin paytaxtları Kateqoriya:Himyər dövləti