"Şahdağ Turizm Mərkəzi" — Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində Qapalı Səhmdar Cəmiyyət."Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində "Şahdağ Turizm Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2015-ci il tarixli Sərəncamı. president.az Azərbaycanın ilk və ən böyük xizək kurortudur.Frederick ReimersBuyer's Guide 2014 Outside page 22 thumb|Şahdağda qaldırıcılar
Tarixi Şahdağ Qış-Yay Turizm Kompleksinin inşasına 2009-cu ilin sentyabrında başlanılmışdır. Prezident İlham Əliyevin Qusar rayonuna səfəri çərçivəsində bu möhtəşəm kompleksin təməlqoyma mərasimi keçirilmişdir.
left|thumb|130px|Şahdağa həsr olunmuş poçt markası Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə Qusar şəhərindən 30 kilometr şimalda, rayonun Dağlıq Alayan kəndi ərazisində yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksində inşaat işləri yüksək standartlara uyğun olaraq həyata keçirilir. Tikinti işlərinin gedişinə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi nəzarət edir.
Şahdağ milli parkının ərazisində salınan bu kompleksin tikintisi Azərbaycanda dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradıdır. Kanat yollarının çəkilişi qış turizm kompleksinin əsas infrastrukturlarından sayılır.
Kompleksdə tikinti işlərini yerli və xarici mütəxəssislərdən ibarət briqadalar ən müasir səviyyədə yerinə yetirirlər. Kompleksin baş layihəsi dünyada xüsusilə dağ-xizək mərkəzləri üzrə böyük layihələr həyata keçirən İsveçrə-Avstriya şirkəti tərəfindən hazırlanmışdır.
Kompleksin ərazisində birinci mərhələdə doqquz kanat yolu çəkiləcəkdir. Kanat yollarının çəkilişini bu sahədə böyük təcrübəsi olan Avstriya şirkəti həyata keçirir. İlk inşa olunan 982 metrlik məsafəsi olan lift isə artıq istifadəyə verilmişdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şahdağ Qış-Yay Turizm Kompleksinin 2 nömrəli kanat və xizək enişinin açılışında iştirak etmişlər.
27 fevral 2011-ci ildə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin lift bazasının anbarı ilə də tanış oldular. Dövlət başçısı 2 nömrəli kanat yolunu sınaq məqsədilə işə saldı.
Şahdağ Qış-Yay Turizm Kompleksinin tikilib istifadəyə verilmiş obyektlərinin idarə olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus olan "Şahdağ Turizm Mərkəzi" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır."Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində "Şahdağ Turizm Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2015-ci il tarixli Sərəncamı. president.az
2026-cı ildə xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yarışları Şahdağ Turizm Mərkəzində keçiriləcək
Kurort thumb|Şahdağın yamacları və Şahdağ Otel və Kurort "Şahdağ" Turizm Mərkəzi 2012-ci ildə istifadəyə verilib. Mərkəz Azərbaycanın Böyük Qafqaz dağ silsiləsinin ətəyində, toxunulmayan ekoloji sistemi və zəngin flora və fauna ilə tanınan Şahdağ Milli Parkının yaxınlığında yerləşir.
"Şahdağ" Turizm Mərkəzi Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.
Macəralar Dünyası "Şahdağ" Turizm Mərkəzi Azərbaycanın tarixində ən müasir avadanlıqları ilə təchiz edilmiş və ən yaxşı beynalxalq şirkətləri tərəfindən idarə edilən ilk dağ-xizək kurortudur.
Macəralar dünyası lap yaxınlığda: 5 otel, ən dəbdəbəli otellər və ailəvi otel-evlər daxil olmaqla Həm beynalxalq mətbəxdən həzz almağa, həm də ailəvi atmosferdə azərbaycan mətbəxin ənənəvi yeməkləri dadmağa imkan verən 20-dən çox restoran və barlar Qarın olmasına 100% zəmanət Xizək sürməsinə dair təlim; Beynalxalq Xizək Məktəbində yüksəkixtisaslı təlimçilər müxtəlif hazırlıq səviyyəsi olan xizəkçilər üçün təlimlər keçirir və diqqətini təhlükəsizliyin təmin edilməsində cəmləşdirirlər Ailənin hər bir üzvü üçün, xüsusən də uşaqlar üçün nəzərdə tutulmuş tədbirlər, əyləncələr, paketlər və proqramlar Valehedici SPA, sağlamlıq və fitnes mərkəzləri Təbiətin möhtəşəm gözəlliyi ilə seçilən Azərbaycanın ən dilbər güşələrdən biri
Məşhur azərbaycan qonaqpərvərliyini hiss edin və Azərbaycanda istirahətin ən gözəl məqamlarınından həzz alın.
Texniki Spesifikasiyalar thumb|"Şahdağ" hotelindən açılan mənzərə thumb|Şahdağda Buzlu Bar thumb|Şahdağda qar topu thumb|Şahdağda qar təmizləyən maşınlar thumb|Şahdağ yayda thumb|Şahdağ yayda
Əsas təşkilatçı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi / "Şahdağ Turizm Mərkəzi" QSC / Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
Operator PGI Management
Yüksəklik fərqi 1,435–2,525 m
Sərnişin tutumu 25,000 xizəkçi/saat
Xizək sürmək üçün ərazi 45 km xizək sürmək üçün ərazi
Qaldırıcılar Burada 20 qaldırıcı var: 3 gondola (8-nəfərlik) 10 ayrılan kürsü tipli qaldırıcı (4-nəfərlik) 2 bugel tipli qaldırıcı 5 "sehrli xalça"
Yamaclar 37 yamac: 8 yaşıl 17 göy 8 qırmızı 4 qara
Qarın istehsalı 532 qar topu kurortun xizək sürmək üçün ərazidə qarın olmasına 100% zəmanət verir
Fristayl Fristayl uçün 1 qar parkı
Xizək Məktəbi Müştərilərin xidmətinə yerli və xarici təlimçilərin xidmət göstərdiyi 3 Xizək və Dağ məktəbi verilib: Zirve Hotel Shahdag Hotel & Spa Pik Palace
Uşaq Klubu Uşaq bağçası / Uşaq Klubu Zirve Hotel Shahdag Hotel & Spa
Xilasetmə xidməti və tibbi xidmət Bütün yamaclarda xilasetmə xidməti, Zirve Hotel-ində isə Tibbi Mərkəz fəaliyyət göstərir.
Qış əyləncələri Zip-line / Kanatla sürüşmə Shahdag Coaster Snoubord Xizək sürmə Uşaqlar üçün kirşələr Qar üzərində peyntbol Yolsuzluq turları və ekspedisiyaları Atıcılıq Buz meydançası Seqvey Qar ayaqqabısında haykinq / Snow shoeing Oxatma Dağlarda gəzinti ekspedisiyası / Trekking Xizək turu Kvadrosikl və Buggy turları Qarışıqçı maşında gəzinti Avtoxizəkdə gəzinti At üzərində gəzinti Uşaqlar üçün əyləncə mərkəzi Uşaqlar üçün batut qülləsi Piyadalar üçün kanat yolları Uşaqlar üçün kvadrosikllar VR Zone Katapult Yelləncək Motokross
Əyləncə paketləri
Teleskop
Digər əyləncələr
Park Cinema Shahdag Shahdag Gaming Foto xidmətləri
Mağaza və İcarə məntəqələri Zirve Hotel Shahdag Hotel & Spa Pik Palace
Otellər Hal hazırda 5 otel fəaliyyət göstərir. "Şahdağ" Turizm Mərkəzinin otellərində hazırda olan çarpayıların sayı: Shahdag Hotel & Spa — 4* (346 çarpayı) Zirve Hotel Shahdag — 3* (86 çarpayı) Gaya Residences Shahdag (62 çarpayı) Pik Palace Autograph Collection — 5* (334 çarpayı) Park Chalet Autograph Collection — 5* (328 çarpayı) Ümumilikdə 1.156 çarpayı
Restoranlar 20+ restoran, kafe və bar:
Shahdag Hotel & Spa və ətrafı: Miras Restaurant, Xezine Bar, Menzere Restaurant, Sess RestoBar, Shahdag Pub, Scalini, Fryday, Lviv Handmade Chocolate Zirve Hotel və ətrafı: Rahat Bar, Qalateya Restaurant, Ferma Art, Pizzeria, Badam, Traditional Hungarian Trdelnik, Qondola cafe Gaya Residences Shahdag: Alov Restaurant Pik Palace Autograph Collection: Alpina Brasserie & Wine Bar, Chocolat Patisserie Cafe Park Chalet Autograph Collection: Aspen Grill Restaurant, Aspen Lounge, Aspen Bar
SPA və sağlamlıq 3 SPA, Sağlamlıq və Fitnes Mərkəzi: Shahdag Hotel & Spa: Ovdan və Fitnes Mərkəzi (3.000 m²) Pik Palace Autograph Collection: SPA, The Club Fitnes Mərkəzi (1.700 m²) Park Chalet Autograph Collection: SPA, The Club Fitnes Mərkəzi (543 m²)
Konfrans Mərkəzlər 4 Konfrans Mərkəzi fəaliyyət göstərir: Shahdag Hotel & Spa Zirve Hotel Pik Palace Autograph Collection Park Chalet Autograph Collection
Avtodayanacaqlar Avtomobil dayanacağı: Açıq avtodayanacaq – Welcome Plaza Main Plaza Shahdag Hotel & Spa Zirve Hotel Gaya Residences Pik Palace Park Chalet Qondola avtodayanacağı
"Şahdağ"da yay mövsümü thumb|Şahdağda şişirdilmiş qala thumb|Şahdağda nordik gəzinti və piyada turlar thumb|Şahdağda peyntbol thumb|Şahdağda seqveylə gəzinti "Şahdağ" Turizm Mərkəzi yay mövsümündə bütün yaşlara uyğun, macəralar parkından tutmuş şişirdilmiş qalalara, kvardosikllərdə gəzinti və nordik gəzintisinə və orientasiyaya qədər müxtəlif növ idman oyunlarını təklif edir.
Yay əyləncələri Şahdağ gölündə üzgüçülük Shahdag Coaster Piyadalar üçün kanat yolları Bobkart Yolsuzluq turları və ekspedisiyaları Kvadrosikl və Buggy turları Seqvey Peyntbol Dağ velosipedi At üzərində gəzinti Atıcılıq Uşaqlar üçün su üzgüçülük sürüşməsi Çadır / Kempinq Polaris tur Oxatma Katamaranlar Dağlarda gəzinti ekspedisiyası / Trekking Futbol Voleybol Batut Uşaqlar üçün batut qülləsi Uşaqlar üçün elektromobil Balacalar üçün əyləncə Uşaqlar üçün kvadrosikllar Katapult VR Zone Yelləncək Basketbol Motokross Skuter Uşaqlar üçün əyləncə paketi Balıqçılıq Yolsuzluq skuterləri Tübing
Şahdağ uşaq kartinqi
Teleskop
Həmçinin bax Şahdağ (dağ) Şahdağ Milli Parkı Dövlət Turizm Agentliyi Azərbaycan
İstinadlar
Xarici keçidlər Rəsmi sayti Dövlət Turizm Agentliyi
Kateqoriya:Azərbaycanın dağ-xizək istirahət mərkəzləri Kateqoriya:Qusar rayonunda turizm Kateqoriya:Şahdağ Qış-Yay Turizm Kompleksi