Alyutik dili (alyutik, Sakit okean yupiki və ya suk və ya suxststun və ya suxpiak) - Alyaska yarımadasında, Kadyak adasında, Syuard yarımadasında və Prins Uilyam körfəzi sahilində yayılıb. Danışanların sayı təqribən 450 nəfər ( yaşlı nəsil).
Alyutik dili alyaska yupikcəsi ilə başa düşülür. Alyutik dili uzun müddət rus dili ilə kontaktda olub (XVIII əsr—XX əsr) və ondan dilə bir sıra sözlər keçib.
Dialektləri Alyutik dilinin iki dialekti var: koniaq alyutiki və çuqaç alyutiki.
Mənbə Православные тексты на кадьякском (алютик) языке. Вахтин Н. Б. Юпикские языки Аляски.
Ədəbiyyat Reed I., Miyaoka O., Jacobson St., Pascal A., Krauss M. Yupik Eskimo Grammar. Fairbanks, 1978. Jacobson St. Yup’ik Eskimo Dictionary. Fairbanks, 1984.
Kateqoriya:Alyaska dilləri Kateqoriya:Aqqlütinativ dillər