Lev Stepanoviç Şaumyan () — sovet jurnalisti, müəllim.
Həyatı 1904-cü ildə Tiflisdə doğulmuşdur. Bakı döyüşündə iştirak etmiş, 26 Bakı komissarı ilə birgə həbs olunmuşdu. 1919-cu ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 1919–1920-ci ildə Tiflis və Bakıda bolşeviklər üçün gizli fəaliyyətdə olmuş, 1922–1923-cü illərdə Y. M. Sverdlov adına Kommunizm institutunu bitirmiş, evlənmişdir. 1924–1932-ci illərdə Volqoqradda partiya şöbəsində çalışmışdır. 1948-ci ildə Sov.İKP MK yüksək təhsil mərkəzini bitirmişdir. 1932–1946cı illərdə jurnalistika fəaliyyətinə başlamış, 1941–1946cı illərdə "Ural fəhləsi" qəzetinin baş redaktoru olmuşdur. 1949-cu ildə "Sovet ensiklopediyası"nda işləməyə başlamış, 1954-cü ildə Böyük Sovet Ensiklopediyasının baş redaktorlarından olmuşdur.
Əsərləri 26 Bakı komissarının ingilis müdaxiləçilər tərəfindən edamı, 1949 Kommunizm üçün cəsur döyüşçü, 1954 Kamo, 1954 26 Bakı komissarı, 1968
İstinadlar
Kateqoriya:SSRİ jurnalistləri Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:ÜİK(b)P-nin XVII qurultayının nümayəndələri Kateqoriya:Ermənistan kommunistləri