Hakan Ünsal () — Türkiyə milli futbol komandasının və Qalatasaray klubunun sabiq oyunçusu. Hazırda TRT 1 kanalında şərhçi kimi fəaliyyət göstərir.
Karyerası Futbola Sinopun Ayancıq Gəncliksporda başlamışdır. 1991-ci ildə Həvəskar liqada oynayan Əmlak Bankı Eyüpspora transfer olmuş və 2 il bu klubun şərəfini qoruduqdan sonra 1993-cü ildə Karabükspora keçmişdir. 1994-cü ildə Qalatasaraya transfer olduqdan sonra 2002-ci ili Blekbern Roversdə keçirərək yenə Qalatasaraya qayıtmışdır. 2005-ci ildə Çaykur Rizəspora keçdikdən sonra karyerasını bitirmişdir.
Oyun tərzi Bir hücuma meyilli müdafiəçi olan Hakan Ünsal sol cinah boyunca oyuna hakim ola bilən futbolçu olmuşdur. Fiziki gücünə görə və "vəhşi" oyununa görə fərdi mübarizələrdə çox ayaq üstə qala bilmişdir. Məsələn, 2000-ci ildə UEFA Avropa Superkuboku uğrunda oynanılan Qalatasaray-Real Madrid oyununda topu meydanın mərkəzindən cərimə meydanına gətirərək komandasına penalti qazandıra bilmişdir.
Karyerasından sonra Karyerasına bitirdikdən sonra futbol şərhçisi kimi işləməyə başlamışdır.
Uğurları
Klubda UEFA Çempionlar Liqası 2000/2001 (Qalatasaray): ¼ final UEFA Avropa Liqası 1999–2000 (Qalatasaray): çempion UEFA Superkuboku 2000 (Qalatasaray): çempion
Milli komandada FİFA Dünya Kuboku 2002: 3-cü yer UEFA Avropa Kuboku 2000: ¼ final
İstinadlar
Xarici keçidlər ayancuk.com Ayancuk Rəsmi saytı TFF.org MacKolik.com
Kateqoriya:Türkiyə futbolçuları Kateqoriya:Legioner Türkiyə futbolçuları Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:Türkiyə milli futbol komandasının oyunçuları Kateqoriya:Bləkbörn Rovers FK futbolçuları Kateqoriya:UEFA Avropa Liqası qalib futbolçuları Kateqoriya:Qalatasaray PFK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:2002 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Çaykur Rizəspor futbolçuları Kateqoriya:UEFA Avro 2000 futbolçuları