() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Ümumi yayılması İranda təbii arealına rast gəlinir.

Azərbaycanda yayılması Azərbaycanda Talış bölgəsində təbii halda rast gəlinir.

Statusu Azərbaycanın nadir bitki növüdür. VU D2.

Bitdiyi yer Lənkəran rayonunda düzən və dağlıq sahələrdə, meşə və yol kənarlarında kolluqlarda rast gəlinir.

Təbii ehtiyatı Azərbaycanda arealı geniş deyildir.

Bioloji xüsusiyyətləri Təbiətdə hündürlüyü 2 m-ə çatan alçaqboylu koldur. Çiçək açan budaqlar aydın tilli, üzəri sıx tüklü, enli qaidəli, uzunəyilmiş tikanlıdır. Meyvə verən budaqları tilli, üzəri sıx tükcüklü və əyilmiş, nisbətən uzun tikanlıdır. Yarpağı 3–5 yarpaqcıqdan ibarət olub, qısa saplaqlıdır. Ucdakı yarpaqcıqlar enli tərs yumurtavarı, dəyirmi və ya pazvarı qaidəli, üstdən tüklü, altdan boz keçətüklü, kənarları qeyri-bərabər, iki qat mişardişlidir. Çiçəkləri qısa saplaqlı, iri, aşağıdan keçə tükcüklü, kasa yarpaqcaqlar ilə örtülüdür. Ləçəkləri ağımtıl rəngli, enli, tərs yumurtavarıdır. May ayında çiçək açır, iyun-iyul aylarında meyvəsi yetişir.

Çoxalması Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi Mədəni halda Nəbatat bağlarında becərilir.

Qəbul edilmiş qoruma tədbirləri Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilməsi zəruridir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Böyürtkən