Luçio Dalla (; ) — italyan bəstəkar və müğənni.

Həyatı Luçio Dalla 1943-cü ildə İtaliyanın Bolonya şəhərində doğulub. Əvvəl caz ifaçısı olub, klarnetdə çalıb. 1964-cü ildən mahnıları ilə tanınmağa başlayıb.

Məşhur italyan müğənni Canni Morandi üçün mahnılar yazıb. Dallanın "Piazza Grande", "Luna all", "Anno che verra" mahnıları çox sevilir.

"Karuzonun xatirəsinə" Onu dünyada ən çox tanıdan mahnı 1986-cı ildə əfsanəvi opera müğənnisi Enriko Karuzoya həsr etdiyi "Karuzonun xatirəsinə" (Caruso) mahnısıdır. Təsadüfən Neapoldakı otellərin birində qalan Luçio Dalla Karuzonun burada vəfat etdiyini öyrənir. Otelin sahibləri ona Karuzonun son günləri barədə danışırlar. Onun nəğmə dərsi dediyi bir qıza sevgisindən söz açırlar. Bu hekayə Dallanı ilhamlandırır və o, Karuzoya həsr etdiyi əfsanəvi mahnını yazır. Bu mahnını dünyanın bir çox məşhur müğənniləri, o cümlədən Luçano Pavarotti, Xulio İqlesias, Andrea Boçelli və bir çox başqaları oxuyublar. Azərbaycanda da bu bəstənin ifaçıları var.

Ölümü Luçio Dalla 1 mart 2012-ci ildə, 69-cu doğum gününə 3 gün qalmış İsveçrənin Montrö şəhərində keçirdiyi infarktdan vəfat etmişdir. Onun Bolonyadakı dəfn mərasimində 50 mindən artıq pərəstişkarı iştirak etmişdi.

İstinadlar

Kateqoriya:İtaliya bəstəkarları Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:RCA Records artistləri Kateqoriya:İtaliya müğənniləri