Aydın Bəhram oğlu Mansurov () — Azərbaycan musiqiçisi, kinooperator. Həyatı

Aydın Mansurov 14 sentyabr 1953-cü ildə Bakıda musiqiçilər ailəsində anadan olub. Asəf Zeynallı adına Orta Musiqi Məktəbində xor dirijorluğu fakültəsində təhsil alıb (1968-1973). Bir müddət musiqi məktəbində nəzəriyyədən dərs deyib (1975-1982). 1983-2005-ci illərdə AzTV-də kinooperator vəzifəsində çalışıb. 2005-ci ildən isə ömrünün sonuna qədər İctimai Televiziyada işləyib. Aydın Mansurov bir çox televiziya və sənədli filmlərin quruluşçu operatoru olub.

24 aprel 2015-ci ildə "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyətinin "Humay" Milli Mükafatına layiq görülmüşdür. Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 7 noyabr 2016-cı ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya

Balıq günü (film, 1983) Xilaskar (1995) Şakərlər (1995) Köhnə tanışlar (1996) Boyunbağı (....) Kənddən gələn var Kənddən gələn var. II hissə Bütün Azərbaycan əsgər olmalı (1997) Mənim Tanışlarım (1998) Sabiqlər (film, 1999) Qohumlar (1999) Sabiqlərin yeni sərgüzəştləri (2000) Şirin bülbül (film, 2000) Simlərin Hekayəti (2001) Sən və sən (2001) Qeybdən gələn səs (film, 2002) Türk dünyası qitədən qitəyə (film, 2002) Manqurt (film, 2003) Son arzu (film, 2003) Simuzər (2003) Tənha durna uçuşu (film, 2003) Sonuncu şahid (2004) Toy (2004) Yeni həyat (2005) Alim (film, 2007)

Şəcərəsi Məşədi Məlik bəy Mansurovun nəticəsidir. Məşədi Süleyman bəy Mansurovun nəvəsidir. Tarzən Bəhram Mansurovun oğludur. Bəstəkar Eldar Mansurovun qardaşıdır. Tarzən Elxan Mansurovun qardaşıdır.

Xarici keçidlər

Aydin Mansurov Aydın Mansurov "Yeni gün" verilişində (2013) Aydin Mansurov haqqında süjet

Kateqoriya:Azərbaycan kinooperatorları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:1953-cü ildə doğulanlar Kateqoriya:Mansurovlar