Nüqtə məscidi (, , ) — Suriyanın Hələb şəhərində, Cövşən dağında yerləşən şiə məscidi. Məscidin əsas xüsusiyyəti müsəlmanlar tərəfindən Hüseyn ibn Əlinin qanına bulandığına inanılan daşdır.

Cövşən dağında, bu məscidin yaxınlığında həmçinin Məşhəd əs-Sıqt (, ) kimi tanınan ziyarətgah yerləşir. Kərbəla əsirləri Hələbdən keçərkən Hüseynin yoldaşlarından birinin bətnindəki uşağı tələf olmuşdur. Ölü doğulmuş bu uşağa Möhsün adı verilmiş və o, bu yerdə dəfn edilmişdir.

Tarix Kərbəlanın əsirləri Yezidin əmri ilə çoxlu şəhərlər gəzdirilərək Dəməşqə gətirilir. Hələb yaxınlığında olarkən orada yaşayan bir xristian rahib Hüseynin başından yuxariya-səmaya ucalan nuru sezir. Əsirləri aparan karvan istirahət etmək üçün dayanarkən rahib onlara yaxınlaşır və Hüseynin başının bir gecəlik özündə qalması müqabilində 10.000 dirhəm təklif edir. Onlar razılaşandan sonra rahib Hüseynin mübarək başını bir daşın üzərinə qoyur və bu başdan axan qan daşa bulaşır. Səhəri gün o rahib mübarək başı geri verir və İslam dinini qəbul edir. Bu hadisəni məscidin içindəki lövhədə görmək mümkündür.

Digər şiə mənbələrində isə deyilir ki, Kərbəlanın əsirləri Hələbdən keçərkən Hüseynin mübarək başı burada bir daşın üzərinə qoyulur. Hüseynin mübarək başı daşın üzərinə qoyulanda o mübarək başdan daşın üzərinə qan axmağa başlayır.

Sünni mənbələrində deyilir ki, bir çoban yuxuda olarkən keçilərindən birinin ayağları daşların arasında ilişdiyi yerdə, Hüseynin şərəfinə məscid tikdiyini görür. Yuxudan ayılanda çoban görür ki, keçinin xilas olub və həmin daşların arasından su fantan vurmuğa başlayib.

İndiki dövrdə Məscid 1920-ci ildə Kral Feysəlin öz adamlarına barutu burada saxlamağı əmr etməsi nəticəsində baş verən partlayışdan zərər görmüşdür. Məsciddə bərpa işlərinə qırx il sonra başlanılmış və 1970-ci illərdə yekunlaşdırılmışdır. Məscidin hazırkı damı 1991-ci ildə inşa edilmişdir.

2017-ci ildə məscidin 2012-ci ildən bəri Hələb döyüşü zamanı bağlandıqdan sonra yenidən açıldığı bildirilmişdir.

2016–2017-ci illər arasında Həcər-ün-Nüqtənin Pakistanın Karaçi şəhərində olduğu ehtimal edilir. Həmin dövrdə Nüqtə məscidinin inzibatçılarından birinin yazılı icazəsi ilə yerli alim doktor Əmbər Tacverin Karaçidəki iqamətgahında saxlanılmışdır. Daş təhlükəsizlik səbəbilə oraya yerləşdirilmiş və məhdud sayda toplaşanlar üçün nümayiş etdirilmişdir.

Qalereya

İstinadlar

Kateqoriya:Suriya məscidləri Kateqoriya:Hələb

Kateqoriya:İslamın müqəddəs yerləri Kateqoriya:XIV əsr məscidləri Kateqoriya:XVI əsr məscidləri Kateqoriya:Şiə məscidləri