Süleyman Hüseyn oğlu Rəhimov () — Azərbaycan-sovet yazıçısı, nasiri, siyasətçisi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1960), Sosialist Əməyi Qəhrəmanı (1975).
Həyatı Süleyman Rəhimov 1900-cü ilin 22 martında Zəngəzur mahalının (hazırkı Qubadlı rayonu) Əyin kəndində anadan olmuşdur. Mənşəcə kürddür.Аламдар Шахвердиев. Азербайджанские курды İbtidai təhsilini ikisinifli rus məktəbində almışdır. İlk təhsilini kənddə almış, sonralar texnikum və ali məktəb bitirmişdir. 1921-ci ildə Xanlıq kəndində yeni açılmış məktəbdə müəllim işləməyə başlamışdır. Şuşada pedaqoji kursda oxuduqdan sonra uzun müddət Zəngəzur mahalının müxtəlif rayonlarında müəllimlik etmişdir.
1928-ci ilin payızında dostu Əli Vəliyevlə Bakıya gələrək Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almış, eyni zamanda Qaraşəhərdə ikinövbəli savad kursunda yaşlı fəhlələrə dərs demişdir. 1931-ci ildə təhsilini bitirmişdir.
Ədəbi fəaliyyətə 1930-cu ildən başlayan Süleyman Rəhimovun ilk əsəri "Şamo"dur. Bununla belə o 50 il bu əsərinin üzərində işləmiş və ona əlavələr etmişdir. Onun ən tanınmış əsərlərindən biri də "Qara torpaq və sarı qızıl"dır. İndi bu əsər 5-ci sinif ədəbiyyatlarda istifadə olunur.
Süleyman Rəhimov 1939–1940, 1944–1946 və 1954–1958-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin sədri olmuşdur. Azərbaycanın Laçın, Samux, Şahbuz və Noraşen rayonlarında rəhbər partiya işlərində çalışmışdır (1934–1937). Azərbaycan K(b)P Bakı şəhər komitəsində təbliğat üzrə katib (1940–1941), Azərbaycan K(b)P MK-da təbliğat və təşviqat şöbəsinin müdir müavini (1941–1944), Azərbaycan SSR Nazirlər Soveti yanında Mədəni-Maarif işləri Komitəsinin sədri (1945–1958) vəzifələrində işləmişdir.
1983-cü il oktyabrın 11-də vəfat etmiş, Fəxri xiyabanda dəfn olunub.
Yaradıcılığı S. Rəhimov yeni dövr Azərbaycan ədəbiyyatında nəsrin inkişafı sahəsində misilsiz xidmətləri olan yazıçıdır. Əsasən romançı kimi tanınıb. 30-cu illərdə Azərbaycan romanının təşəkkülü və inkişafı onun adı ilə bağlıdır. "Şamo" və "Saçlı" kimi çoxcildli romanların müəllifidir. Bu romanlarda yazıçı qəhrəmanlarını əsrin və həyatın böyük ictimai hadisələri və konfliktləri içərisində alıb təsvir etmiş, əsas obrazların xarakterlərini açmış, insani keyfiyyətlərini göstərmişdir. S. Rəhimov "Şamo" romanı ilə ədəbiyyata gəlmiş və 50 ilə yaxın bu əsərin üzərində işləmişdir.
Ailəsi Yazıçı Şamo Arifin atasıdır. Seysmoloq Şamo Rəhimovun atasıdır.
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 4 dekabr 1975 "Azərbaycan SSR xalq yazıçısı" fəxri adı — 5 aprel 1960 3 dəfə "Lenin" ordeni — 25 fevral 1946, 20 mart 1970, 4 dekabr 1975 "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959 "Xalqlar Dostluğu" ordeni — 21 mart 1980Yazıçı S. H. Rəhimovun Xalqlar dostluğu ordeni ilə təltif edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 21 mart 1980-ci il tarixli Fərmanı — anl.az saytı "Şərəf nişanı" ordeni — 6 fevral 1942 "Qızıl qələm" mükafatı — 1972
Əsərləri Süleyman Rəhimov. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, 288 səh. Süleyman Rəhimov. Seçilmiş əsərləri. İki cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005, 312 səh.
Filmoqrafiya Qanun naminə (film, 1968) Ayrıldıq ki, qovuşaq
İstinadlar
Xarici keçidlər
Həmçinin bax Şamo (roman)
Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan kürdləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Laçın Rayon Komitəsinin ikinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası İliç Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Şahbuz Rayon Komitəsinin birinci katibləri Kateqoriya:XX əsr Azərbaycan yazıçıları Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:Azərbaycan dilində yazan yazıçılar