Sergey Borodin (; ) — rus sovet yazıçısı, məşhur tarixi romanların müəllifi. 1941-ci ilə qədər "Amir Sarqican" () təxəllüsü ilə ədəbi fəaliyyət göstərmişdi. Özbəkistan SSR-in Xalq yazıçısı (1973), 2-ci dərəcəli Stalin mükafatı laureatı. 1943-cü ildən ÜİK(b)P-nın üzvü idi. Ən məşhur əsəri "Dmitriy Donskoy" romanıdır. Bu romanın 1941-1994-cü illər arasındakı iyirmi beşə yaxın nəşrində ümumi tiraj milyon nüsxəni ötmüşdür.
Sergey Borodin həm də tanınmış özbək, qazax, tacik yazıçılarının əsərlərini, o cümlədən, Özbəkistanın rəhbəri olmuş Şərəf Rəşidovun "Kəşmir əfsanəsi"ni rus dilinə tərcümə etmişdi.
Həyatı və yaradıcılığı
Sergey Borodin 25 sentyabr 1902-ci il tarixində Moskva şəhərində anadan olmuşdur. Atası – rus zadəgan nəslinin nümayəndəsi, anası isə tatar mənşəli məşhur knyazların nəslindən idi. Sergey Borodin 1913-1920-ci illərdə Belyovda orta təhsil almış, sonra Proletar mədəni-maarif təşkilatında () işləməyə başlamışdı. Birinci oçerki 12 yaşı olanda - 1915-ci ildə, ilk şeirləri isə 1922-ci ildə çap olunmuşdu. 1923-cü ildə Buxara, 1925-1926-cı illərdə isə Səmərqənd ekspedisiyalarında iştirak edibdir. 1926-cı ildə V.Brüsov adına Ali ədəbi-bədii institutu () qurtarır, rus folkloru üzrə ixtisaslaşır. Uzaq Şərqi (1928), Qazaxıstanı (1929), Tacikistanı (1931) və Ermənistanı (1933) gəzib-dolaşır. Bir müddət, 1931-ci ilə qədər "Aşırım" () ədəbi qrupunun üzvü olur. 1951-ci ildə Daşkəndə köçür və orada Rauza Həsənova adlı bir filolq ixtisaslı xanımla ailə həyatı qurur.
Sergey Borodin XX əsrin 30-cu illərində çap olunmuş povest və hekayələrini SSRİ-nin ucqar vilayətlərində olduğu zaman topladığı materiallar əsasında yazmışdı. Birinci tarixi romanı Staraya Russada qələmə aldığı "Dmitriy Donskoy", ikincisi isə yaradıcılığının Daşkənd dövrandə yazdığı "Səmərqən üzərindəki ulduzlar" () adlı trilogiyadır. Sergey Borodin ikinci tarixi romanında Teymurləng obrazı ətrafında XIV—XV əsrlər Orta Asiyasını və Cənubi Qafqazını ətraflı təsvir edir. "Ağ at" adlanan dördüncü hissəni isə bəzi fəsillər istisna olmaqla yazıb başa çatdıra bilmir.
Yazıçı 22 iyun 1974-cu ildə vəfat etmiş və Daşkənd Cağatay qəbristanında dəfn edilmişdir.
1981-cü ildən Daşkənddə Sergey Borodinin ev-muzeyi fəaliyyət göstərir.
Əsərləri , 1932 , 1933 , 1934 , 1941 , 1942 , , 1955 , 1962 , 1973
İstinadlar
Xarici keçidlər Livelib.ru, Сергей Бородин, Биография. Vesti.uz, В Ташкенте отметили юбилей автора «Дмитрия Донского». Tashkentpamyat.ru, Бородин Сергей Петрович.
Kateqoriya:Rusiya yazıçıları Kateqoriya:Özbəkistan yazıçıları Kateqoriya:Çiğatay qəbiristanlığında dəfn olunanlar Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:XX əsr Rusiya yazıçıları