Semyon Yakovleviç Nadson (; d. 14 dekabr, 1862, Peterburq – ö. 19 yanvar 1887, Yalta, Ukrayna) — rus şairi.

Həyatı 300px|thumbnail|right|Semyon Nadsonun məzarı, 16 avqust 2014-cü il

Semyon Nadson 14 dekabr 1862-ci ildə Rusiya imperiyasının Peterburq şəhərində anadan olmuşdur.

Semyon Nadson 19 yanvar 1887-ci ildə Ukraynanın Yalta şəhərində vərəmdən vəfat etmiş və Rusiya imperiyasının Peterburq şəhərində dəfn olunmuşdur.

Yaradıcılığı Semyon Nadsonun yaradıcılığı xalqçılığın böhranı dövründə qabaqcıl gənclərin əhvali-ruhiyyəsini əks etdirmiş, poeziyasında bədbinlik, vətəndaşlıq kədəri ifadə olunmuşdur. Şeirlərində mövcud ictimai quruluşa, ədalətsizliyə qarşı barışmazlığa çağırsa da, həyatda fəal inqilabi münasibət bəsləyə bilməmişdir. Poeziyasındakı dərin səmimiyyət, şəxsi taleyi şeirlərinin geniş yayılmasına səbəb olmuşdur. S.V.Raxmaninov və başqaları onların bir çoxuna musiqi bəstələtmişdir.

Bəzi şeirlərini ("İstiqbal bizimdir", "Danışma", "İrəli" və s.) Abbas Səhhət Azərbaycan dilinə tərcümə etmişdir.

Kitabları Надсон С.Я. Полное собрание стихотворений / Вступ. ст. Г.Бялого. — Л.: Сов. писатель, 1962. — 505 с. Тираж 30 000 экз.

İstinadlar

Ədəbiyyat Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.147

Xarici keçidlər

Kateqoriya:Rus şairlər Kateqoriya:Rusiya şairləri Kateqoriya:Sankt-Peterburqda doğulanlar Kateqoriya:Yaltada vəfat edənlər Kateqoriya:Sankt-Peterburqda dəfn olunanlar Kateqoriya:Rusiya imperiyası şairləri Kateqoriya:Rusiya yəhudiləri