Ümumi yayılması Azərbaycan.

Azərbaycanda yayılması Naxçıvan MR-də (Qapıca dağları) 1700–1800m yeksəklikdə təbii arealı vardır.

Statusu Azərbaycanın nadir bitkisidir. VU C2a(i).

Bitdiyi yer Quru daşlı yamaclarda yayılmışdır.

Təbii ehtiyatı Azərbaycanda təbii ehtiyatı çox deyildir.

Bioloji xüsusiyyətləri Təbiətdə yarpağını tökən, çoxlu budaqları olan, 25 sm hündürlüyə qalxan koldur. Qalın tüklə örtülmüş yarpaqaltlıqlarının və yarpaqlarının ucu tikanlı oxlarla qurtarır. Tikanları 2–4,5 sm uzunluqda düz yuxarı qalxmış, yaxud meyillidir. Yarpaqcıqları 7–8 cüt olub, hər iki tərəf-dən ağtüklü, ellipsvari, yaxud uzunsov-ellipsvarı, küt, yaxud qısa ucludur. Meyvəsi yumurtavarı, üzəri tüklü, 2–3 mm uzunluqda, yuxarı hissəsi qarmaqvarı əyilmiş, əsası çılpaqdır. Paxlası tüklüdür. İyulda çiçəkləyir, avqust-sentyabrda meyvəsi yetişir.

Çoxalması Təbiətdə toxum vasitəsilə çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyətinin təsiridir.

Becərilməsi Becərilməsi haqqında məlumat yoxdur.

Qəbul edilmiş qoruma tədbirləri Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi tövsiyə olunur.

Məlumat mənbələri Флора Азербайджана. т.5. 1954; Флора Kaвkaзa. т.5. 1954; Azərbaycanın ağac və kolları. I cild. 1961; Azərbaycan flora-sının konspekti. I–III cildlər. 2005; 2006; 2008; Naxçıvan Muxtar Res-publikası florasının taksonomik spektri. 2008; Naxçıvan MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011. Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.

Kateqoriya:Astrakanta