400px|thumbnail|right|Neoklassik memarlığın nümunəsi:Linkoln memorialı, Vaşinqton, ABŞ (2010)

Neoklassik memarlığı — memarlıq üslubu.

Məzmun Memarlıqda klassisizm ənənələri ilə bağlı ən çox yayılmış neoklassik cərəyanların 3 mərhələsi fərqlənir: Təqribən 1910–1920-ci illərin ortaları; 1930-cu illər; 1950-ci illərin axırlarından başlanan mərhələ.

1-ci dövrdə eklektizm və modern memarlığındakı forma sərbəstliyinə və bəzəklərin ifrat çoxluğuna qarşı klassik formalar əsas götürülürdü. 1910-cu illər rus memarlığında klassika dövrünün memarlıq prinsiplərinə meyil göstərilirdi (İ.A.Fomin, İ.V.Joltovski və başqaları). 1910–1920-ci illərdə Neoklassik memarlıq ABŞ və Böyük Britaniyanın rəsmi memarlığı daxilində inkişaf edir, dəbdəbəliyi və monumentallığı ilə fərqlənirdi (Vaşinqtonda Linkoln memorialı, 1914–1922).

1930-cu illərdə İtaliya və Almaniyada Neoklassik memarlıq vasitələrindən faşist ideologiyasının təbliği üçün istifadə edilmişdi (Romada universitet şəhərciyi, Berlində imperiya dəftərxanası və sair).

1950-ci illərin axırlarından Neoklassik memarlıq əsasən ABŞ memarlığında geniş yayılmışdır (memarlar: E.Stoun, V.Qropius, E.Saarinen və başqaları). Neoklassik memarlıq prinsipləri həmçinin 1930-cu illərin 2-ci yarısı — 1950-ci illərin əvvəllərində sovet memarlığında da əksini tapmışdı.

Ədəbiyyat Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.191

İstinadlar

Kateqoriya:Memarlıq tarixi Kateqoriya:Memarlıq üslubları