Güşvər Fətulla qızı Şərifova () — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2018).

Həyatı Güşvər Şərifova 30 may 1962-ci ildə Ermənistan SSR-nin Kacaran şəhərində doğulub. 1984-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1984-cü ildən 1995-ci ilədək C. Cabbarlı adına Gəncə Dövlət Dram teatrında aktrisa işləyib. 1995-ci ildən 2003-cü ilədək Bakı Kamera teatrında aktrisa işləyib. Həmçinin həmin illər C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının filialında redaktor işləyib. 2003-cü ilin oktyabrın 3-dən Gənc Tamaşaçılar teatrının aktrisasıdır.

10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Kinossenarist, dramaturq Rövşən Ağayevin həyat yoldaşıdır. Aktyor Asiman Ağayevin anasıdır Əməkdar artist, aktrisa Leyli Vəliyevanın bacısıdır Əməkdar artist, aktyor Nofəl Vəliyevin baldızıdır

Teatr səhnəsindəki rolları Gəncə Dövlət Dram Teatrı Anya – ("Odlu Çarpazlar", İsmayıl Şıxlı) Mədəniyyət Nazirliyinin diplomunu alıb Güləsər – ("Dəli Kür" İsmayıl Şıxlı) Narıngül – ("Üçatılan" İlyas Əfəndiyev) Gülaçar – ("Atabəylər" Nəriman Həsənzadə") Əfsanə — (İtkin gəlin" Əlibala Hacızadə Nərgiz – ("Yandırılmış adam" Əlibala Hacızadə) Nazan – ("Yad qızı) Orxan Kamal) Cevriyə — ("Fosforlu Cevriyə" Suad Dərviş) (2 saat səhnədə qalır aktrisa) Zərqələm- ("İnsan ömrü bir nəğmədir" Xalidə Hasilova) Rəhimə — ("Ana vüqarı" Şərif Xusainov) Qarpine – ("Sokratla söhbətlər" R. Radzinski) Həlimə — ("Doğmalar" Rəhman Əlizadə) Məryəm- ("Qız atası" Əfqan) Sevinc- ("Qonşular" Fəridə Əlyarbəyli) Kiçik qız – ("Ölüm hökmü" Əlil Səmədli) Qız- ("Məhəbbət və xəyanət" Kiril Topalov) Lalə — ("İntizar" Surxay Səfər) Sənubər – ("Oxşarlar" Qərib Mehdiyev) Aybəniz – ("Bəraət" Altay Məmmədov) Aysel – ("Cavadxan" Nüşabə Məmmədova) Bikə — ("Onuncular " Tofiq Mahmud) Sona – ("1905-ci ildə" Cəfər Cabbarlı) Zərifə — ("Ata mülkü" Əkrəm Əylisli) Dobrina – ("Səadət yağış deyil" Novruz Gəncəli) Məd. Nazirli. Diplomunu alıb Ətriyyə- ("Artıq tamah" M. Yusifzadə) Səkinə — ("Mürafiə vəkilləri" M. F. Axundzadə) Qumral – ("Əliqulu evlənir" Sabit Rəhman) Ayxatun – ("Torpaqdan pay olmaz" Fikrət Sadıq) Kama – ("Kərgədan buynuzu" M. İbrahimbəyov) Süsən- ("Namus" A. Şirvanzadə) Aptekçinin qızı – ("Demoklisin qılıncı" Nazim Hikmət) İdmançı qız – ("İvan İvanoviç və başqaları" Nazim Hikmət)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (rus bölməsi) Qlaşatay – ("Tayna" A. Axundova) Petuşok — ("Skaska o zolotom petuşke" A. Puşkin) Razboynitsa – ("Alibaba i sorok razboynits" Ərəb xalq nağılı) Rəqqasə — ("İndiyskaya fantaziya" R. Əliyev)

(azərbaycan bölməsi) York Hersoginyası – ("III Riçard" U. Şekspir) İzzət – ("Məkkəyə gedən yol" C. Məmmədquluzadə) Səlimə — ("Pəri Cadu" Ə. Haqverdiyev) Qarı – ("Göyçək Fatma" Azərbaycan xalq nağılı) Nazlı – ("Danışan gəlincik" A. Şaiq) Gülpəri – ("Qaraca qız" S. S. Axundov və A. Şaiq) Əzra – ("Şeyx Sənan" H. Cavid) Qətibə — ("Mən səni sevirəm" Ə. Əmirli) Xanım – ("Yatmış gözəl" B. Marvin) Missis Saurberi – ("Oliver Tvistin macəraları" C. Dikkens) Təlxək – ("Tıq-tıq xanım" A. Şaiq) Qız – ("Bir səbət tənhalıq" M. Vahidzadə) Xatirə ("Arzu və Murad" Sevinc Elsevər) Missis Prüsellüs ("Uzuncorab Peppi" A. Lindgren) Zəhra-("Sonluğun sonu" Rövşən Ağayev) monotamaşa azərbaycan, türk və ingilis dilində

Şuşa Dövlət Musiqili Dram Teatrı Ana – ("Anlaşılmazlıq" Alber Kamyu) Florans – ("Tələ" Rober Toma) Şərəf – ("Durna" Süleyman Rüstəm)

Bakı Kamera teatrı Pəri – ("Lənkəran xanının vəziri" M. F. Axundov) Xanpəri- ("Müsyö Jordan və Dərviş Məstəli Şah" M. F. Axundov) Solmaz- ("Şirə bənzər" R. İbrahimbəyov)

Filmoqrafiya Qayınana (film, 2011) — Gülbadam Aramızda qalsın (film, 2011-2013) — Gülbadam Həyat sən nə qəribəsən (teleserial, 2013) — Firuzə Sabaha doğru — tibb bacısı Əli və Nino (film) 2 ömür (film, 2016-2017) (bədii serial) — Nargilə İmtahan (teleserial, 2017) — Xalidə Əqrəb mövsümü (teleserial, 2022) Həmrəylik günü (film, 2022) — Arzu Xəyanət(teleserial,2023) Bir qadın(teleserial) Buzlar əriyəndə (film, 2025) — Sara İşıq (film, 2026)

İstinadlar

Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Ermənistan azərbaycanlıları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar artistləri