Qlenn Mörkatt () — Avstraliya memarı.

Həyatı Qlenn Mörkatt 25 iyul 1936-cı ildə Londonda bir avstraliyalı ailədə anadan oldu. Uşaqlığını Papua-Yeni Qvineyada keçirən Qlenn sadə bir memarlıq cərəyanına bu ölkədə üstünlük verməyə başladı. Avstraliyanın Yeni Cənubi Uels əyalətində liseyə gedən Qlenn Mörkatt memarlıq təhsilini də Yeni Cənubi Uels Universitetində 1956–1961-ci illəri arasında aldı. Burada Avstraliyanın məşhur film rejissoru olacaq Cim Şarman, teatr səhnələri dizayneri Brayan Tomson və film senaristi Mat Karroll ilə tanış oldu.

Qlenn Mörkatt bütün kariyeri boyunca Avstraliyada bir çox layihəyə imza atdı. Memarlıq şirkəti yaratmasa da və ya Avstraliya xaricində layihəsi olmasa da Qlen Markatt ölkə xaricində ölkəsinin memarlığına böyük təsir göstərmişdir.

İşlərinin çoxu ekoloji və hərtərəfli olan Qlenn Mörkatt, eyni zamanda küləyin istiqaməti, suyun hərəkəti, temperatur və işığın dəyişməsi kimi amillərə də əhəmiyyət verir. Əsasən üstünlük verdiyi materiallar şüşə, daş, taxta və poladdır.

2002-ci ildə Pritsker mükafatını qazanan kazanan Qlenn Mörkatt, 2009-cu ildə Amerika Memarlıq İnstitutunun qızıl medalı ilə təltif edilmişdir. Həmçinin Yeni Cənubi Uels Universitetində dərslər verməkdədir.

Tanınmış işləri 1972–1974 : Lur Şort Malikanəsi, Sidney, Avstraliya 1974–1975 : Marie Short Malikanəsi, Kempsey, Avstraliya 1976–1983 : Beroura Uaters İnn, Berovra Uaters, Avstraliya 1977–1980 : Nikolas Malikanəsi, Mount Irvine, Avstraliya 1977–1980 : Karruters Malikanəsi, Mount Irvine,Avstraliya 1981–1983 : Boll İstavay Malikanəsi, Sidney, Avstraliya 1976–1988 : Milli Tarix Muzeyi və Turizm Ofisi, Kempsey, Avstraliya 1981–1982 : Frederiks Malikanəsi, Jamberoo, Avstraliya 1982–1984 : Maqney Malikanəsi, Binqi Binqi, Avstraliya 1988–1991 : Dan Malikanəsi, Sidney, Avstraliya 1988–1992 : Meyaqer Malikanəsi, Bovral, Avstraliya 1989–1994 : Simpson-Lii Malikanəsi, Mount Vilson, Avstraliya 1991–1994 : Marika-Alderton Malikanəsi, Şərqi Arnhern Torpağı, Avstraliya 1992 : Marktt Qonaq Salonu, Kempsey, Avstraliya 1992–1994 : Bovali Ziyarətçi Mərkəzi, Kakadu Milli Parkı, Avstraliya (Troppo Mimarlık ile birlikte) 1994–1996 : Şnaxl Malikanəsi , Sidney, Avstraliya 1996–1998 : Fletçer-Peyc Malikanəsi, Kenquru Vadisi, Avstraliya 1995–1996 : Duqlas və Rat Markatt Malikanəsi, Vudsayd, Avstraliya 1996–1999 : Artur və Yvonne Boyd İncəsənət Mərkəzi, Riversdeyl, Avstraliya (Reg Lark ve Wendy Lewin ile birlikte) 1997–2001 : Kanqaloon Malikanəsi, , Avstraliya 2000–2003 : Levin Malikanəsi və Studiyası, Mosman, Avstraliya 2001–2005 : Valş Malikanəsi, Kenquru vadisi, Vadisi, Avstraliya 2006–2007 : Moss Veyl Təhsil Mərkəzi (Vollonqonq Üniversitesi), Moss Veyl, Avstraliya (Vendi Levin ilə)

Mükafatları 1992: Avstraliya Kral Memarlarının Qızıl Medalı 1992: Alvar Aalto Medalı 1996: Avstraliya Rəsmiyyət Ordeni 1998: Riçard Neutra Mükafatı 1999: Yaşıl Düymə Mükafatı (Danimarka Kral Memarları Akademiyası) 2001: Tomas Ceferson Memarlıq Medalı 2002: Pritsker mükafatı 2003: Asiya-Sakit okean Mədəniyyət və İncəsənət mükafatı 2009: AMİ Qızıl Medalı

Qalereya

İstinadlar

Kateqoriya:Avstraliya memarları Kateqoriya:Londonda doğulanlar Kateqoriya:1936-cı ildə doğulanlar Kateqoriya:İngiltərədə doğulanlar Kateqoriya:25 iyulda doğulanlar Kateqoriya:Yel Universitetinin müəllimləri Kateqoriya:XX əsr memarları Kateqoriya:XXI əsr memarları Kateqoriya:Yeni Cənubi Uels Universitetinin müəllimləri