Biz qayıdacağıq — Rejissor Elxan Qasımov tərəfindən 2007-ci ildə ekranlaşdırılmış tammetrajlı bədii film. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir.

16 dekabr 2007-ci ildə Azərbaycan Televiziyasında yenicə ekranlara çıxmış "Biz qayıdacağıq" filmindən bəhs edən rejissoru Sənan Sultanov, ssenari müəllifi Sevda Ağazadə, operatoru Hüseynəli Bayramov olan 26 dəqiqəlik veriliş yayımlanıb. Verilişdə "Azərbaycanfilm" kinostudiyasında filmin ilk baxışının keçirilməsi əks etdirilir.

Məzmun Filmdə Qarabağ müharibəsi bir uşağın dili ilə canlandırılır. Müharibənin bütün dəhşətləri bu balaca oğlanın gözü qarşısında baş verib. Onu öz torpağına qayıtmaq arzusundan heç bir güc döndərə bilməz.

Azərbaycan torpaqlarının işğalı, Xocalı faciəsi, ermənilərin törətdiyi qətliamlar, Qarabağ müharibəsinin faciəvi nəticələri, qaçqın-köçkün taleyinin çətin məqamları filmin süjet xəttinin əsasında dayanıb. Erkən yaşlarında doğmalarını itirən Zakir Qasımovun (Pərvaz İbrahimli) payına isə bu müharibədən həyatın boz üzü və xatirələrin acısı düşüb.

Filmin qəhrəmanının atası Xocalı soyqırımı zamanı həlak olmuşdur. Gözəl səsi olan bu gənc Musiqi Akademiyasına getməyə hazırlaşsa da, fikrini dəyişir və Hərbi Akademiyaya oxumağa gedir.

Rollarda Ayan Mirqasımova — Nərgiz Pərvaz İbrahimli — Zakir Ömür Nağıyev — Xocalı qaçqını Nağıyev İlham Əsgərov — müəllim Mirzə Ağayev — Zakirin babası Kamil Ağazadə — Zakirin qardaşı Firuz Xudaverdiyev — Çəkməçi Sevil Xəlilova — Qaçqın qadın Filmi səsləndirənlər: Hüsniyyə Mürvətova — Nərgiz (Ayan Mirqasımova) (titrlərdə yoxdur) Rasim Balayev -müəllim — (İlham Əsgərov) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli — Çəkməçi (Firuz Xudaverdiyev) (titrlərdə yoxdur) Laləzar Mustafayeva — Qaçqın qadın (Sevil Xəlilova) (titrlərdə yoxdur)

İstinadlar

Xarici keçidlər Filmin musiqiləri (video) Filmin musiqiləri (audio)

Kateqoriya:2007-ci ilin filmləri Kateqoriya:2007-ci ilin Azərbaycan filmləri Kateqoriya:Birinci Qarabağ müharibəsi haqqında filmlər