UEFA 2020 Avropa çempionatı və ya qısaca UEFA Avro 2020 (həmçinin UEFA Avro 2021) – Avropanın ali futbol qurumu olan Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) tərəfindən təşkil ediləcək sayca 16-cı turnirdir. Turnirin qalibi finalda İngiltərəni məğlub edən İtaliya oldu.

Turnirin 2020-ci il 12 iyun-13 iyul tarixində keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyasına görə 1 il təxirə salındı.

UEFA-nın 17 mart 2020-ci il tarixində keçirilmiş iclasında UEFA prezidenti Aleksandr Çeferinin verdiyi qərara əsasən, turnir 11 iyun 2021-ci il tarixində start götürüldü.

Turnir 11 UEFA-ya üzv ölkənin 11 müxtəlif şəhərində 11 iyundan 11 iyula qədər keçirildi. Avropa Çempionatları tarixində ilk dəfə bu turnirdə video köməkçi hakim (VAR) texnologiyasından istifadə edildi.

Turnir əvvəlki illərdən fərqli olaraq bir və ya iki ölkədə yox, 12 ölkədə keçirilmişdir. Bu barədə ilk məlumatı, "UEFA"nın keçmiş prezidenti Mişel Platini 2013-cü ildə məlumat vermişdi. Oyunların keçiriləcəyi bütün stadionlar nəhəng tutuma malikdir. Londonda yerləşən Uembli stadionu 1996-cı ildəki çempionatdan sonra ikinci dəfə yarımfinal və final oyunlarına ev sahibliyi etdi. Turnirin açılış matçı Roma Olimpiya Stadionunda İtaliya və Türkiyə milliləri arasında keçirildi və İtaliyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşdı.

Məkanların seçim prosesi Bir çox ölkələr Avro 2020-ni keçirməkdə maraqları olduğunu bildirdiyi ərəfələrdə UEFA prezidenti Mişel Platini 30 iyun 2012-ci ildə – Avro 2012 finalından bir gün öncə mətbuat konfransında önəmli bir təklifini irəli sürmüşdü. Belə ki, o turniri yalnız bir ölkədə keçirmək yerinə, qitənin 12–13 şəhərində keçirilə biləcəyini demişdi. Həmin vaxt, UEFA buna oxşar bir sistemi 17 yaşlılar arasında Avropa Çempionatının elit raundunda tətbiq edirdi.

Format qərarı 6 dekabr 2012-ci ildə çempionatın 60 illiyi ilə əlaqədar olaraq UEFA turnirin müxtəlif ölkə və şəhərlərdə keçiriləcəyini bildirir. Avropada bu qərar birmənalı qarşılanmır və çoxlu tənqid ilə qarşılanır. Tənqidçilərin çoxu bu qərarın həmin vaxt Avropada olan iqtisadi böhranla əlaqələndirir. Mişel Platini isə, jurnalistlərlə göruşdə turnirin ev sahibliyi üçün təkcə Türkiyənin ciddi bir təklif verdiyini qeyd edir.

Təklif edilən məkanlar Ölkə Şəhər Yer Tutumu Azərbaycan Bakı Bakı Olimpiya Stadionu 68700 Belarus Minsk Dinamo stadionu 34000 (39000-ə qədər artırılmalı idi) Belçika Brüssel Yeni Milli Stadion fikirləşilirdi 50000 (potensial olaraq 62000) Bolqarıstan Sofiya Vasil Levski Stadionu 43000 (50000-ə qədər artırılmalı idi) Danimarka Kopenhagen Parken stadionu 38065 İngiltərə London Uembli stadionu 90000 Almaniya Münhen Allianz Arena 75000 Macarıstan Budapeşt Puşkaş Arena 67215 İrlandiya Dublin Aviva stadionu 51700 İsrail Yerusəlim Teddi stadionu 34000 (53000-ə qədər artırılmalı idi) İtaliya Roma Olimpiya Stadionu 72698 Makedoniya Skopye Toşe Proeski stadionu 33460 Hollandiya Amsterdam Yohan Kroyf Arena 54990 (56000-ə qədər artırılacaq) Rumıniya Buxarest Buxarest Milli Arenası 55600 Rusiya Sankt-Peterburq Yeni Zenit Stadionu 69500 Şotlandiya Qlazqo Hempden Park 52063 İspaniya Bilbao San Mames stadionu 53332 İsveç Solna, Stokholm Frends Arena 50000 Uels Kardiff Millennium Stadionu 74500

Seçilən stadionlar London Münhen Roma Bakı Uembli stadionu Allianz Arena Roma Olimpiya Stadionu Olimpiya Stadionu Tutum: 90000 Tutum: 75000 Tutum: 72698 Tutum: 68700 200px 200px 200px 200px Sankt-Peterburq Budapeşt Yeni Zenit Stadionu Puşkaş Arena Tutum: 68134 Tutum: 67889 200px 200px Buxarest Amsterdam Buxarest Milli Arenası Yohan Kroyf Arena Tutum: 55600 Tutum: 54990 200px 200px Sevilya Qlazqo Kopenhagen La Kartuja stadionu Hempden Park Parken stadionu Tutum: 60000 Tutum: 52063 Tutum: 38065 280px 200px 200px

London istisna olmaqla digər bütün şəhərlər üç qrup mərhələsi və bir 1/8 və ya 1/4 Final matçına ev sahibliyi etdi. Oyunların bölüşülməsi aşağıdakı kimidir: Qrup mərhələsi, 1/8 Final, yarı final və final matçı: London (İngiltərə) Qrup mərhələsi və 1/4 Final: Münhen (Almaniya), Bakı (Azərbaycan), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya) Qrup mərhələsi və 1/8 Final: Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Niderland), Sankt-Peterburq (Rusiya), Sevilya (İspaniya), Budapeşt (Macarıstan), Qlazqo (Şotlandiya)

Şəhərlərin hansı qrupların matçlarına ev sahibliyi edəcəyi 7 dekabr 2017-ci ildə müəyyənləşir. Həm iştirakçı həm də ev sahibi olan komandalar ən azı 2 oyunu öz ölkəsində oynayır: A qrupu: Roma (İtaliya) və Bakı (Azərbaycan) B qrupu: Sankt-Peterburq (Rusiya) və Kopenhagen (Danimarka) C qrupu: Amsterdam (Niderland) və Buxarest (Rumıniya) D qrupu: London (İngiltərə) və Qlazqo (Şotlandiya) E qrupu: Sankt-Peterburq (Rusiya) , Sevilya (İspaniya) F qrupu: Münhen (Almaniya) və Budapeşt (Macarıstan)

Kvalifikasiya Turnirin final mərhələsində heç bir komanda birbaşa oynamaq hüququ qazanmır. 55 milli komandanın hamısı təsnifat mərhələsində Avro 2020-də oynamaq üçün mübarizə aparırdı.

Turnirin seçmə mərhələsinin püşkü 2 dekabr 2018-ci ildə Dublin Konqres Mərkəzində atılır.

Təsnifat mərhələsinin oyunları 2018 FİFA Dünya Kubokundan sonra – sentyabr ayında başlayacağı planlaşdırılsada, seçmə mərhələ oyunları 2019-cu ilin martında başlayır. Turnirin seçim formatı 2016-cı ildəkindən azacıq fərqlənirdi. Ənənəvi olaraq 55 komandadan 24-ü final mərhələsində iştirak haqqı qazanacaqdı, lakin ötən seçmə mərhələlərdən fərqli olaraq onların 20-si buradan qatıla bilərdi. Yerdə qalan 4 yerin sahibi sonradan müəyyənləşəcəkdi. Kosovonun 2016-cı ilin mayında üzvlüyü UEFA-da qəbul edildikdən sonra seçmə mərhələnin formatı daha da dəqiqləşir. Belə ki, UEFA Millətlər Liqasının bitməsindən sonra, 10 qrupun olduğu və hər qrupdan ilk iki komandanın turnirin final mərhələsində oynama imkanı qazanacağı dəqiqləşir. Seçmə mərhələnin matçları 2019-cu ilin mart, iyun, sentyabr, oktyabr və noyabr aylarında oynanılır.

UEFA Milli komandalara, UEFA Millətlər Liqası vasitəsilə də turnirdə iştirak etmə şansı verir. Belə ki, hər diviziyadan seçmə mərhələdən turnirə qatıla bilməyən bir milli komanda bu şansdan yararlana bilər. Əvvəlcə diviziyanın özündə play-off matçları oynanılmalıdır. Diviziyaların daxilindəki 4 qrupun liderləri öz aralarında oynayaraq qalibi müəyyənləşdirməlidirlər. Bu oyunların 2020-ci ilin martında oynanılması planlaşdırlırdı. Oyunlar 2 yarımfinal və final matçından ibarətdir.

İştirakçı Komandalar Hal-hazırda iştirakı dəqiqləşən 20 komandanın 17-si Avro 2016-da da iştirak etmişdi. Onların arasında Belçika və İtaliya milliləri seçmə mərhələdə bütün matçlarını qələbə ilə başa vuraraq fərqlənirlər. Son Avropa çempionu Portuqaliya və son dünya çempionu Fransa milliləri də iştirakçılar arasındadır. Finlandiya və Şimali Makedoniya milliləri tarixində ilk dəfə Avropa Çempionatında iştirak edəcək. Köhnə çempionlardan yalnız Yunanıstan millisi turnirdə iştirak edə bilməyəcək. Onlar ardıcıl 2-ci dəfədir ki Avropa Çempionatında iştirak etməyəcəklər.

Turnirə ev sahibliyi edəcək 12 ölkədən doqquzunun milli komandası turnirdə iştirak hüququ əldə edir. Komanda Necə vəsiqə qazandı? Rəsmiləşməsiİştirak etdikləri illər 10 oktyabr 2019 5 (1972, 1980, 1984, 2000, 2016) 12 oktyabr 2019 9 (1968, 1980, 1988, 1996, 2000, 2004, 2008, 2012, 2016) 13 oktyabr 2019 11 (1960, 1964, 1968, 1972, 1988, 1992, 1996, 2004, 2008, 2012, 2016) 13 oktyabr 2019 3 (2008, 2012, 2016) 14 oktyabr 2019 2 (2012, 2016) 15 oktyabr 2019 10 (1964, 1980, 1984, 1988, 1996, 2000, 2004, 2008, 2012, 2016) 14 noyabr 2019 9 (1960, 1984, 1992, 1996, 2000, 2004, 2008, 2012, 2016) 14 noyabr 2019 4 (1996, 2000, 2008, 2016) 14 noyabr 2019 9 (1968, 1980, 1988, 1992, 1996, 2000, 2004, 2012, 2016) 14 noyabr 2019 9 (1960, 1976, 1980, 1996, 2000, 2004, 2008, 2012, 2016) 15 noyabr 2019 0 (debüt) 15 noyabr 2019 6 (1992, 2000, 2004, 2008, 2012, 2016) 16 noyabr 2019 5 (1996, 2004, 2008, 2012, 2016) 16 noyabr 2019 2 (2008, 2016) 16 noyabr 2019 9 (1976, 1980, 1988, 1992, 1996, 2000, 2004, 2008, 2012) 16 noyabr 2019 12 (1972, 1976, 1980, 1984, 1988, 1992, 1996, 2000, 2004, 2008, 2012, 2016) 17 noyabr 2019 7 (1984, 1996, 2000, 2004, 2008, 2012, 2016) 18 noyabr 2019 4 (1996, 2004, 2008, 2016) 18 noyabr 2019 8 (1964, 1984, 1988, 1992, 1996, 2000, 2004, 2012) 19 noyabr 2019 1 (2016) MacarıstanPley Off qalibləri12 oyabr 20203 (1964, 1972, 2016) Slovakiya1 (2016) Şotlandiya2 (1992, 1996) Şimali Makedoniyadebüt

Koronavirus pandemiyası və tarixin dəyişdirilməsi 2019-cu ilin dekabr ayından Çindən başlayaraq yayılan CoVID-19 virusunun Avropada yayılması futboldan da yan keçmədi. Mart ayından başlayaraq Avropa ölkələrinin daxili futbol çempionatlarının, o cümlədən Çempionlar Liqası və Avropa Liqasını oyunlarının təxirə salınması UEFA Avro 2020-nin də təxirə salınmasını gündəmə gətirdi. Bu məqsədlə 17 mart 2020-ci ildə UEFA-nın iclası keçirildi. Pandemiyanın yayılmasının qarşısının alınması və ölkə çempionatlarının yekunlaşdırılmasına şərait yaratmaq üçün çempionat 2021-ci ilə qədər təxirə salındı. Çempionatdan əlavə, çempionatın martda keçirilməsi nəzərdə tutulan pley-off matçları da qeyri-müəyyən müddətə qədər təxirə salındı.

Turnirin Formatı Turnirin final hissəsində Avropanın 24 milli komandası iştirak edir. Bu komandalar hər birində dörd komanda olmaqla altı qrupa bölünür.

"Pley-off"a (1/8 final) qruplarda birinci və ikinci yeri tutmuş komandalar, eləcə də öz qruplarında üçüncü yeri tutanlar sırasından dörd ən yaxşı komanda yüksəlir. Bu mərhələdən başlayaraq məğlub olan komandalar turniri tərk edir.

Final turnirinin oyun qrafiki

Qrup mərhələsi Çərşənbə axşamı, 22 iyun

D qrupu: Çex Respublikası — İngiltərə (23:00, London), D qrupu: Xorvatiya — Şotlandiya (23:00, Qlazqo)

Çərşənbə, 23 iyun

E qrupu: Slovakiya — İspaniya (20:00, Bilbao), E qrupu: İsveç — Polşa (20:00, Dublin), F qrupu: Almaniya — Macarıstan (23:00, Münhen), F qrupu: Portuqaliya — Fransa (23:00, Budapeşt)

Qeyd: Hər qrupda ilk iki yeri tutan komanda və üçüncü yeri tutanlar arasında dörd ən yüksək göstəricisi olan komanda növbəti mərhələyə keçir. Oyunların başlama saatları Bakı vaxtı ilə göstərilib İstirahət günləri: 24 və 25 iyun

1/8 final mərhələsi Şənbə, 26 iyun

1: A qrupunun 2-cisi — B qrupunun 2-cisi (20:00, Amsterdam)

2: A qrupunun 1-cisi — C qrupunun 2-cisi (23:00, London)

Bazar günü, iyun 27

3: C qrupunun 1-cisi — D/E/F qrupunun 3-cüsü (20:00, Budapeşt)

4: B qrupunun 1-cisi — A/D/E/F qrupunun 3-cüsü (23:00, Bilbao)

Bazar ertəsi, 28 iyun

5: D qrupunun 2-cisi — E qrupunun 2-cisi (20:00, Kopenhagen)

6: F qrupunun 1-cisi — A/B/C qrupunun 3-cüsü (23:00, Buxarest)

Çərşənbə axşamı, 29 iyun

7: D qrupunun 1-cisi — F qrupunun 2-cisi (20:00, Dublin)

8: E qrupunun 1-cisi — A/B/C/D qrupunun 3-cüsü (23:00, Qlazqo)

İstirahət günləri: 30 iyun və 1 iyul

1/4 final mərhələsi Cümə günü, 2 iyul

1-ci 1/4 final: 6-cı cütün qalibi — 5-ci cütün qalibi (20:00, Sankt Peterburq)

2-ci 1/4 final: 4-cü cütün qalibi — 2-ci cütün qalibi (23:00, Münhen)

Şənbə, 3 iyul

3-cü 1/4 final: 3-cü cütün qalibi — 1-ci cütün qalibi (20:00, Bakı)

4-cü 1/4 final: 8-ci cütün qalibi — 7-ci cütün qalibi (23:00, Roma)

İstirahət günləri: 4 və 5 iyul

Yarımfinal mərhələsi Çərşənbə axşamı, 6 iyul

1-ci yarımfinal: 2-ci 1/4 finalın qalibi — 1-ci 1/4 finalın qalibi (23:00, London)

Çərşənbə, 7 iyul

2-ci yarımfinal: 4-cü 1/4 finalın qalibi — 3-cü 1/4 finalın qalibi (23:00, London)

İstirahət günləri: 8, 9, 10 iyul

Final Bazar günü, 11 iyul

1-ci yarımfinalın qalibi — 2-ci yarımfinalın qalibi (23:00, London)

Hakimlər 21 aprel 2021-ci ildə UEFA turnirdə iştirak edəcək 19 hakim briqadasını elan edir. Onların sırasına UEFA ilə KONMEBOL arasında hakimlərin mübadiləsi proqramı çərçivəsində Avropa çempionatında iştirak etmək üçün Argentinanı təmsil edən hakim Fernando Rapallini və onun köməkçiləridə daxil ediilir.

Hakim briqadaları