Parakənd — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Lənkəran rayonunun Hirkan qəsəbə inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Parakənd kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.

Əhalisi Parakənd kəndinin əhalisi 1 yanvar 2024-cü il tarixində 1.498 nəfərə çatmışdır. Əhalinin milli tərkibini əsasən azərbaycanlılar və talışlar təşkil edir.

Coğrafiyası və iqlimi Kənd Lənkəran rayonunun cənub ucqar nöqtəsində yerləşir və Astara rayonuna keçid buradandır. Kənd həmçinin Qərbdən Talış dağları ilə əhatə olunmuşdur.

Təhsil Kənddə Mikayıl Nəzərov adına tam orta məktəb fəaliyyət göstərir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Lənkəran rayonunun kəndləri Kateqoriya:Lənkəran rayonunun yaşayış məntəqələri