H.O.S.T (tam adı: H.O.S.T Alliance) — 2007–2012-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan rep qrupu. Qrupun adı hava, od, su və torpaq sözlərinin baş hərflərindən yaranmışdır. Fəaliyyəti dövründə qrupun tərkibində müxtəlif vaxtlarda səkkiz reper – Qaraqan, AiD, PRoMete, Feck, Camal Əli, Felon De Jure, Errant və Dərviş çıxış etmişdir. Qrup 2000-ci illərin sonunda gənclər arasında geniş populyarlıq qazanmış, ortaq və solo albomlar buraxmış, 50-dən çox konsertdə çıxış etmişdir.

Tarixi Yaranması (2007) Qrupun üzvləri birləşməzdən əvvəl ayrı-ayrılıqda rep fəaliyyəti ilə məşğul olurdular. Gələcək üzvlərin bir hissəsi 2005-ci ildən fəaliyyət göstərən "Baku Clan" kollektivində, PRoMete isə Sumqayıt Rep Birliyi (SRB) çərçivəsində çıxış edirdi. Qrup 2007-ci ildə "H.O.S.T Alliance" adı ilə fəaliyyətə başladı. Alliance "Həyatım Əllərimdə" və "How We Rappin'" sinqllarından sonra ilk albomu olan "Proloq"u buraxdı; prodüser şirkəti ilə razılığa gəlməyən qrup albomu dinləyicilərə pulsuz paylamışdı.

Tərkib dəyişikliyi və populyarlıq (2008–2011) 2008-ci ildə qrupun ən tanınmış mahnılarının toplandığı "Qarada Qırmızı" albomu çıxdı. Bu albom Camal Əli, Errant və Felon De Jure-nin qrup tərkibində son işi oldu; Dərviş də qrupdan ayrıldıqdan sonra musiqi fəaliyyətini dayandırdı. 2009-cu ilin may ayına olan məlumata görə, qrupda dörd solist – Qaraqan (Elxan Zeynallı), AiD (Orxan Zeynallı), PRoMete (Pərviz İsaqov) və Fək (Fərhad Şabanov) qalmışdı; qrupun prodüseri Emin Əfəndi idi. Həmin dövrdə H.O.S.T Dəyirman qrupu ilə yaxından əməkdaşlıq edir, birgə mahnılar yazırdı.

2009–2011-ci illərdə qrup "Reinkarnasiya", "EP v.01" və "Rekviem" konsertlərini keçirdi; bu dövrdə Qaraqanın "Qısa Qapanma" və AiD-in "Biz İnsan Deyilik" solo konsertləri də baş tutdu. 2009-cu ildə AiD hərbi xidmətə getməzdən əvvəl solo albomunu buraxmaq qərarına gəlmişdi. 14 fevral 2011-ci ildə dörd solistin iştirakı ilə PRoMetenin "14" albomu və "2012" klipi təqdim olundu. Qrup üzvləri o zaman Naxçıvan, Sumqayıt və Gəncədən konsert təklifləri aldıqlarını bildirmişdilər.

"Beşikdən Məzara" və dağılma (2012) 2012-ci il fevralın 22-də qrup "Beşikdən Məzara" mahnısına çəkilmiş klipi təqdim etdi. 4 mart 2012-ci ildə Bakı Dəniz Vağzalında qrupun beş illiyinə həsr olunmuş eyniadlı yubiley konserti keçirildi; konsertdə 2500-dən çox tamaşaçının iştirakı gözlənilirdi. Bu konsert H.O.S.T-un sonuncu konserti oldu.

AiD-in 2013-cü ildəki müsahibəsinə görə, onun hərbi xidmətdən qayıtmasından sonra üzvlərin hər biri solo mahnılar yazdığından qrup üçün yeni işlər ərsəyə gətirmək çətinləşmişdi; qrupun daim qalmaqallara cəlb olunması və üzvlər haqqında yayılan şayiələr də bu prosesə təsir göstərmişdi. Üzvlər son böyük konsertdən sonra hər birinin öz yolu ilə getməsi qərarına gəlmişdilər. PRoMete isə qrupun dağılmasını münbit olmayan şəraitlə izah etmişdir.

Üzvləri Səhnə adı Əsl adı Qrupda olduğu dövr Sonrakı fəaliyyəti Qaraqan Elxan Zeynallı 2007–2012 Yazıçı və reper; ABŞ-da yaşayır AiD Orxan Zeynallı 2007–2012 Solo reper; ABŞ-da yaşayır PRoMete Pərviz İsaqov 2007–2012 Musiqi fəaliyyətini davam etdirir Feck Fərhad Şabanov 2007–2012 Camal Əli (Jamal Ali) 2007–2008 Almaniyada yaşayır Felon De Jure 2007–2008 Errant 2007–2008 Dərviş 2007–2008 Musiqi fəaliyyətini dayandırıb Cədvəldə "Sonrakı fəaliyyəti" sütunundakı məlumatlar 2017-ci ilə aiddir.

Diskoqrafiya Studiya albomları Qrup fəaliyyət göstərdiyi illərdə həm ortaq, həm də üzvlərin HOST Production adı altında buraxılan solo albomlarını yayımlamışdır. İl Albom Leybl Qeyd 2007 Proloq HOST Production Debüt albomu 2008 Qarada Qırmızı HOST Production Ortaq albom 2009 Qısa Qapanma HOST Production Qaraqanın solo albomu 2009 EP v.01 HOST Production Mini albom (EP) 2010 Biz İnsan Deyilik HOST Production AiD-in əsas layihəsi 2011 14 HOST Production PRoMetenin solo albomu 2011 İşıq HOST Production Qaraqanın II solo albomu

Proloq (2007) Qrupun debüt studiya albomudur. Prodüser şirkətləri ilə razılığa gəlməyən qrup albomu dinləyicilərə pulsuz paylamışdır. Layihənin bədii və ideoloji xətti, həmçinin fəlsəfi lirikası əsasən Qaraqan tərəfindən işlənmişdir. Sosial və tənqidi mövzularda olan mətnlərin formalaşmasında qrupun digər üzvləri Errant, PRoMete, AiD və Camal Əli yaxından iştirak etmişdirlər. Albomun səs strukturu və musiqi tərtibatı əsasən Errant-ın həm bəstəkar, həm də bitmeyker olaraq hazırladığı instrumental kompozisiyalar üzərində qurulmuşdur. Bununla yanaşı, Qaraqan və Felon De Jure bitmeyker olaraq ümumi musiqi arxitekturasına töhfə vermiş, treklərin səs mühəndisliyi (səs yazılışı və miks/masterinq) prosesini isə PRoMete həyata keçirmişdir.

№ Adı Musiqi Sözlər 1 "Xronika" Errant Qaraqan 2 "Yenə tək" naməlum Qaraqan, Errant 3 "Bakı" Felon De Jure Qaraqan 4 "Gəl gedək" Errant Qaraqan 5 "Propoqanda" Errant Qaraqan, Felon De Jure, Errant 6 "Ümidlər qəbiristanlığı" naməlum Qaraqan, AiD 7 "Yorğun" Qaraqan Qaraqan, PRoMete, AiD 8 "Mənim qaranlığım" Errant Qaraqan 9 "Neçə" Errant Qaraqan, AiD, Camal Əli 10 "Hava Od Su Torpaq" Errant Qaraqan, Felon De Jure, Errant, Camal Əli, PRoMete 11 "İstəmirəm" Errant Qaraqan, PRoMete, Camal Əli 12 "Məni qaytar" Errant Qaraqan 13 "Proza" Errant Qaraqan 14 "Həyatım əllərimdə" Errant Qaraqan, Camal Əli, Errant 15 "How We Rappin'" Errant Felon De Jure, Errant, Qaraqan

Qarada Qırmızı (2008) Qrupun ikinci ortaq studiya albomudur; qrupun ən tanınmış mahnılarının bir çoxu bu albomda yer alır. Albom Camal Əli, Errant və Felon De Jure-nin H.O.S.T tərkibində son işi olmuşdur. Albom idealizm və mövcud cəmiyyət arasındakı ziddiyyətləri konseptual çərçivədə tədqiq edir. "Proloq" albomundan fərqli olaraq, bu layihənin instrumental kompozisiyalarının ərsəyə gəlməsində Qaraqan bəstəkar və bitmeyker olaraq daha aktiv iştirak etmiş və layihənin ümumi melodik strukturunda onun musiqi tərtibatı üstünlük təşkil etmişdir. Bununla yanaşı, Errant albomun səs konsepsiyasının qurulmasında həm bəstəkar, həm də bitmeyker kimi iştirak edərək bir neçə əsas trekin musiqisini hazırlamış, PRoMete isə müəyyən kompozisiyalarda bəstəkar kimi töhfə vermişdir. Treklərin səs mühəndisliyi (yazılış, miks və masterinq) prosesi yenidən PRoMete tərəfindən idarə olunmuşdur. Albomdakı əksər mətnlərin müəllifi Qaraqan olsa da, "Azərbaycan", "Düşüncə", "Əlvida" və "Qarada Qırmızı" kimi tanınmış treklər qrup üzvlərinin kollektiv lirik töhfələrinin məhsuludur.

№ Adı Musiqi Sözlər 1 "Ağlama" Errant AiD, Dərviş, Qaraqan, PRoMete 2 "Azad HOSTçular" Qaraqan Qaraqan, AiD 3 "Azərbaycan" Qaraqan AiD, Qaraqan, PRoMete 4 "Bezmişəm" Qaraqan Qaraqan, AiD 5 "Buza Dönəcəm" Qaraqan Qaraqan, PRoMete 6 "Düşüncə" Errant Qaraqan, AiD, PRoMete 7 "Əlvida" Errant PRoMete, Errant, Qaraqan 8 "Esmeralda" naməlum Qaraqan 9 "Etiraf Otağı" Errant Qaraqan 10 "Maraqsız Mahnı" Errant Qaraqan 11 "Mən Dəyişəcəm" PRoMete PRoMete 12 "Mənim Mübarizəm" Errant Qaraqan 13 "Prelüd" naməlum Qaraqan 14 "Nağıl" Qaraqan AiD, Qaraqan 15 "Qarada Qırmızı" Qaraqan Qaraqan, PRoMete, AiD 16 "Sevgi Yoxdur" Qaraqan Qaraqan (vokal: Ayka) 17 "Sidrətül Müntəha" Qaraqan Qaraqan 18 "SMSlər Dünyanı Xilas Edəcək" Qaraqan Qaraqan

Qısa Qapanma (2009) Qaraqan-ın ilk solo studiya albomudur. Qrupdaxili fəaliyyətlərin fərqli mərhələyə keçməsi ilə əlaqədar olaraq, albom fərdi konseptual xətdə ərsəyə gəlmişdir. Albomun lirik konsepsiyası, fəlsəfi və psixoloji mətnləri bütövlükdə Qaraqan tərəfindən qələmə alınmış, bəzi treklərdə isə AiD qonaq ifaçı kimi çıxış etmişdir. Albomun musiqi tərtibatı Qaraqanın özü tərəfindən formalaşdırılmışdır. Albomun səs mühəndisliyi və yekun miks/masterinq prosesi isə PRoMete tərəfindən həyata keçirilmişdir.

EP v.01 (2009) Qrupun əsasən AiD və PRoMete tandeminin aktiv iştirakı ilə ərsəyə gələn mini-albomudur (EP). Albom qrupun növbəti böyük layihələri üçün keçid xarakteri daşımışdır.

№ Adı İfaçılar 1 "Sus və Dinlə" AiD 2 "Bəstəkar" AiD, PRoMete 3 "Enigma" AiD, PRoMete, Qaraqan 4 "M" AiD (vokal: Ayka) 5 "Pıçıltı" AiD, PRoMete 6 "Dinlə və Yoz" AiD, PRoMete 7 "Adını Günəş Qoyacaq" PRoMete 8 "Addım-addım" AiD, PRoMete 9 "Qurtul" AiD, PRoMete 10 "Dövri-intihar" AiD, PRoMete 11 "Made in Baku" AiD, PRoMete

Biz İnsan Deyilik (2010) Qrup üzvü AiD-in rəhbərliyi və əsas ifaçılığı ilə buraxılmış studiya albomudur. 17 kompozisiyadan ibarət olan bu layihədə insani hisslər, cəmiyyətin deqradasiyası və fərdi azadlıq mövzuları araşdırılmışdır. Treklərdə qrupun digər üzvləri PRoMete, Camal Əli və Qaraqan da qonaq ifaçı kimi çıxış edirlər.

14 (2011) PRoMete tərəfindən 14 fevral 2011-ci ildə HOST Production leyblı altında yayımlanmış solo studiya albomudur. Albom və "2012" klipi qrupun dörd solistinin iştirakı ilə keçirilən təqdimatda təqdim olunmuşdur. Ümumi müddəti 43 dəqiqə olan alboma 14 trek daxildir. Albomda "Utopiya", "Adsız Mahnı" kimi fəlsəfi treklərlə yanaşı, Qaraqan ilə ortaq "2012" və "Aciz İnsan" işləri də yer almışdır.

İşıq (2011) Qaraqanın sayca ikinci solo studiya albomudur. 12 aprel 2011-ci ildə yayımlanan albomun icraçı prodüserliyi Abdul Muzzi və az-ya tərəfindən edilmişdir. Səs uzlaşması (mix/master) prosesində Vusal Beat Pro və PRoMete iştirak etmişdir. Albomun ümumi müddəti 79 dəqiqə 40 saniyədir.

Cəmiyyətdə qarşılanması AiD-in sözlərinə görə, qrupun populyarlığı dövründə şəhərdə H.O.S.T-un plakatları asılır, divarlara qrupun adı yazılır, qrupun brendi ilə köynəklər satılırdı; o, Azərbaycanda bundan əvvəl belə hallar olmadığını qeyd etmişdir. 2009-cu ilin mayında qrup üzvləri bəzi şəxslərin qrupun adından və simvolikasından siyasi məqsədlərlə istifadə etdiyini bildirərək bundan uzaq olduqlarını açıqlamışdılar.

2010-cu ildə Qaraqanın Milli Kitab Müsabiqəsində qalib gəlmiş "A" romanı ətrafında plagiat iddiaları səsləndi; Qaraqan Azadlıq Radiosuna müsahibəsində bu iddialara cavab vermişdir.

Filmoqrafiya

Sırat körpüsü (2007) Azərbaycan istehsalı olan layihənin musiqi tərtibatında H.O.S.T qrupunun musiqi bazasından və kompozisiyalarından istifadə olunmuşdur. Ekran işinin səs atmosferini formalaşdırmaq üçün qrupun mövcud səs strukturları və instrumental melodiyaları inteqrasiya edilmişdir.

Qanadlarıma sığal çək (2008) Layihənin musiqi konsepsiyası həm fərdi bəstələr, həm də qrupun ortaq işləri əsasında qurulmuşdur. Ekran işində Errant-ın bəstəkar və bitmeyker olaraq ərsəyə gətirdiyi instrumental kompozisiyalardan geniş istifadə olunmuş, həmçinin H.O.S.T qrupunun kollektiv layihəsi olan "Ağlama" trekinin musiqi strukturuna yer verilmişdir.

Yalançılar (2008) Ekran işinin bədii və musiqi quruluşunda fərqli bəstəkarların əməyindən istifadə edilmişdir. Layihənin giriş (intro) hissəsinin musiqi tərtibatı və melodik xətti bəstəkar Elvin Əmrahlının bəstəsi əsasında formalaşdırılmış, ümumi səs strukturu isə PRoMete tərəfindən tamamlanmışdır.

İstinadlar

Həmçinin bax Azərbaycan hip-hopu Dəyirman (qrup)

Kateqoriya:2007-ci ildə yaranan musiqi qrupları

Kateqoriya:Azərbaycanın hip-hop qrupları