Əlfəddin Abdullayev () — Azərbaycanın tanınmış həkimi, tibb elmləri namizədi, Ali Sovetin deputatı, 4 saylı Şəhər Xəstəxanasının baş həkimi, "Sağlamlıq" verilişlərinin aparıcısı, 91-lərdən biri.
Həyatı Əlfəddin Abdullayev 1929-cu ildə Oğuz rayonunun Xalxal kəndində anadan olub. 1946-cı ildə Azərbaycan Tibb İnstitutuna daxil olub.
1950-ci ildə institutu bitirmiş, təyinatla Cənubi Qazaxıstan vilayətinin Bostandık rayonuna işə göndərilmişdir. Əvvəllər Xocakənd kənd xəstəxanasında baş həkim, sonra rayon mərkəzində həkim-terapevt işləmişdir. Üç il Qazaxıstanda işlədikdən sonra 1955-ci ildə Azərbaycana, doğma rayona qayıtmışdır. Bir il rayon xəstəxanasında həkim-terapevt, 1956-cı ildən 1962-ci ilə qədər baş həkim işləmişdir. Sonra Elmlər Akademiyasının əyani aspiranturasına qəbul olunur və 1956-cı ildə müdafiə edib tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 1965-ci ildən 1968-ci ilə qədər Səhiyyə Nazirliyinin dördüncü idarəsinin (Leçkomissiya) birinci poliklinikasında təxirə salınmaz xidmət üzrə baş həkimin müavini və həkim endokrinoloq işləmişdir. Eyni zamanda 1968-ci ilə qədər Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ənvər Nəzər oğlu Əlixanovun şəxsi həkimi olmuşdur. 1968-ci ildən 1970-ci ilə qədər tibb institutunun daxili xəstəliklər kafedrasının assistenti işləmiş, tələbələrə dərs demişdir. 1965-ci ildən 1969-cu ilə qədər Azərbaycan Tibb Universiteti "Tibb kadrları" qəzetinin redaktoru olmuşdur. 1970-ci ilin iyulun 1-dən Bakı şəhəri Fuad Əfəndiyev adına 4 saylı klinik xəstəxanasının baş həkimi təyin olunmuş və həmin tarixdən əvvəl işlədiyi kafedrada əvəzçilik üzrə yarım ştat ilk vaxtlar assisent, sonra isə dosent işləmişdir.
SSRİ dövründə Ali Sovetin deputatı olub. Uzun illər "Sağlamlıq" verilişlərinin aparıcısı olmuşdur.
Əlfəddin Abdullayev 2014-cü ildə 85 yaşında Bakı şəhərində dünyasını dəyişmiş və 4 sentyabr 2014-cü ildə doğulduğu Oğuz rayonunun Xalxal kəndində dəfn olunub.
Kəlamları "Sağlamsansa, xoşbəxtsən, borcun yoxdursa, varlısan"
İstinadlar
Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Qazaxıstan həkimləri Kateqoriya:Azərbaycan qəzet redaktorları Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:91-lər Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları