Nuhbala Nəcəfqulu oğlu Quliyev (23 oktyabr 1927, Bakı şəhəri, Zirə qəsəbəsi - 14 iyun 1998, Bakı şəhəri, Zirə qəsəbəsi) — yazıçı-jurnalist, SSRİ jurnalistlər ittifaqının üzvü, "Qızıl qələm" mükafatı laureatı, bir sıra filmlərin ssenari müəllifi, baş redaktor, Azərbaycan Teleradio Verilişləri QSC-nin Gənclər redaksiyasında raqdiojurnalist"Qəzet bolluğu heç kimə jurnalistikanı gözdən salmaq haqqı vermir" — 525-ci qəzet. "Ağ çiçəklər diyarında" , "Xəzəri fəth edənlər" oçerklərinin müəllifidir.
1967-ci ildə Azərbaycan Televiziyasında efirə çıxan "Günün ekranı" xəbərlər proqramının ideya müəllifi və baş redaktoru olub.
Ssenari müəllifi olduğu filmlər Ən dərin (film, 1965) Veteran neftçi (film, 1971) Mənim həyatım (film, 1971) Şəki heyvandarlıq kompleksi (film, 1975) Vahid bayraq altında (film, 1978) Zirvəyə yol (film, 1980) Abşeron rəngləri (film, 1983)
İstinadlar 2. "Ağ çiçəklər diyarında" rus dilində Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Ssenaristlər Kateqoriya:1927-ci ildə doğulanlar Kateqoriya:1998-ci ildə vəfat edənlər