NATO baş katibi — Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) ən yüksək vəzifəli şəxsidir. Təşkilatın işinin ümumi əlaqələndirilməsini yerinə yetirir, həmçinin Şimali Atlantika Şurasına sədrlik edir.

Ənənəvi olaraq, baş katib vəzifəsini avropalılar daşıyır. Bu struktur ABŞ-nin təsirini balanslaşdırmağa yönəlmişdir, belə ki, NATO-nun ən yüksək hərbi vəzifəsi sayılan Avropa Müttəfiq Qüvvələri baş komandanını ABŞ təyin edir. Baş katib NATO-ya üzv ölkələrin konsensusu əsasında 4 il müddətinə seçilir. Lakin üzv ölkələrin razılığı əsasında baş katibdən 1 il və ya daha artıq müddətə vəzifədə qalması xahiş oluna bilər.

Hazırda NATO baş katibi vəzifəsini Danimarkanın keçmiş baş naziri Anders Foq Rasmussen tutur. 28 mart 2014-cü ildə Şimali Atlantika Şurası, 1 oktyabr 2014-cü il tarixdən vəzifələrinin icrasına başlamaqla, Norveçin keçmiş baş naziri Yens Stoltenberqi NATO-nun növbəti baş katibi seçdi.

NATO baş katibləri

#Baş katibFotoÖlkəVəzifəyə gəlibVəzifədən gedibVəzifə müddəti160pxj5 il260pxg4 il360pxe3 il 4m7 il560pxn13 il660pxga4 il760pxl6 il — (icra edən)60pxc2 ay 860pxd1 il — (icra edən)60pxb6 həftə 960pxf4 il1060pxi4 il— (icra edən)a3 həftə1160pxk5 il1260px 5 il1360pxVəzifəyə təyin edilib–

Qeydlər

İstinadlar

Kateqoriya:1952-ci ildə yarananlar