"Orfey" (, bəzən ) — Klaudio Monteverdinin 1607-ci ildə kiçik Alessandro Striconun librettosu əsasında yazdığı opera. Bu opera Kristof Villibald Qlyukun "Orfey və Evridika" ilə birlikdə qədim yunan mifi Orfeyə aid ən mühüm musiqi əsərlərindən biri sayılır. Dünyanın bir çox teatrlarında bu gün də müntəzəm olaraq göstərilən erkən operalar sırasına daxildir. Operanın premyerası 24 fevral 1607-ci ildə İtaliyanın Mantue şəhərində olmuşdur. Opera Mantuan sarayında hər il keçirilən ənənəvi karnavalda göstərilmək üçün yazılmışdır.

XVII əsrin əvvəllərində musiqili teatrda ənənəvi intermediya, yəni pyesin əsas pərdələri arasında musiqi nömrələr, tədricən tam musiqi dramına çevirildi, hansı ki sonradan "opera" adını aldı. Monteverdinin "Orfeyi" eksperiment dövrünə son qoydu və yeni janrın ilk mükəmməl əsəri oldu. Premyeradan sonra opera Mantuedə yenidən oynanıldı və çox güman ki, bir neçə il ərzində İtaliyanın digər şəhərlərində də bu baş verdi. Monteverdinin partiturası 1609-cu ildə nəşr edildi, 1615-ci ildə isə yenidən nəşr olundu. Kompozitorun 1643-cü ildə ölümündən sonra opera unuduldu, və yalnız XIX əsrdə ona yenidən marağın artması yeni redaksiyalara və tamaşalarının yaranmasına səbəb oldu. Əvvəlcə konsert proqramı şəklində təhsil müəssisələrinin və musiqi dərnəklərinin daxilində oynanılırdı. İlk opera tamaşası 1911-ci ildə Parisdə göstərildi, və o andan etibarən "Orfey" səhnələrdə daha çox görünməyə başlandı. İkinci dünya müharibəsindən sonra daha çox autentik ifaya üstünlük verilirdi. 2007-ci ildə operanın 400 illiyi dünyanın bir çox ölkələrində nümaiş edilərək qeyd olundu.

Monteverdi opera partiturasının nəşrində 41 alətin olmasını göstərir, hansılar ki müxtəlif qruplara birləşərək, personajların xarakterlərinin və müxtəlif səhnələrin təsviri üçün istifadə olunur. Belə ki, simli, klavesinlər və uzununa fleytalar Frakiyanın nimfalar və çobanların yaşadığı pastoral bölgələrini təsvir edirlər; nəfəsli mis musiqi alətləri isə Yeraltı dünyanı və onun sakinlərini nümayiş etdirirlər. İntibahdan barokkoya olan keçid dövründə yaradılmış "Orfey" onun üçün müasir olan bütün musiqi nailiyyətləri və xüsusilə polifoniyanı istifadə edir. Monteverdinin novatorluğu müəllifin ifaçılara aid bir neçə "istəkləri" ilə təchiz edlmiş partituranın orkestrlənməsində özünü göstərdi. Eyni zamanda, orkestr partiturasının fakturanın bütün detalları ilə birlikdə dəqiq yazılmış alətli, notlaşmış templi, nüanslı sonrakı (klassik) anlaşılmasından fərqli olaraq, "Orfeyin" partiturası improvizasiya üçün musiqiçilərə müəyyən sərbəstlik verirdi.

Opera janrın yaranışı Veronada və Milanda da musiqiçi kimi fəaliyyət göstərməyə macal tapmış Klaudio Monteverdi 1590-cı vəya 1591-ci ildə Mantuedə hersoq Vinçenso Qonzaqanın sarayında altist vəzifəsini almışdır. Montevrdi talantı və fəallığı sayəsində 1601-ci ildə sarayın maestro della musica adını qazanmağa nail olmuşdu. Saryın müsiqiyə aid və musiqi ilə əlaqəsi olan bütün proseslər onun nəzarəti altında idi.Fabbri, P. Monteverdi  / transl. by Tim Carter. — Cambridge : Cambridge University Press, 2007. — P. 22—126. — ISBN 0-521-35133-2.Ливанова, Т. История западно-европейской музыки до 1789 года / transl. by Tim Carter. — Музыка, 1983. — Т. 1.

Vinçenso Qonzaqanın musiqi teatrına olan xüsusi həvəsi Florensiya sarayının adəd ənənələrinin təsiri altında inkişaf etmişdir. XVI əsrin sonunda florensiyalı musiqi novatorları intermediyanı, yəni danışıq dramının pərdələri arasında vaxtı dolduran musiqi pyesini, daha mükəmməl formaya gətirilməsi üçün inkişaf etdirirdilər. Başda Yakopo Korsi olmaqla məşhur Florensiya kameratası birliyinin davamçıları ümumi opera janrına aid ilk əsəri yaratmışdılar və onun adı "Dafna" idi. "Dafna" Korsi və Florensiya hersoqu Yakopo Perinin kapelmeysteri tərəfindən yazılmışdı və 1598-ci ildə Florensiyada səhnəyə qoyulmuşdu. Bu əsər madrıqal ifanın və rəqsli, instrumental keçidli monodiyanın elementlərini vahid dramatik tamaşada birləşdirdi. "Dafna"nın partiturasının yalnız bəzi fraqmentləri saxlanılıb, lakin həmin dövrün digər bir neçə Florensiya əsərləri bizim dövrümüzə qədər tam şəkildə gəlib çatıb: Emilio de Kavalyerinin "Ruh və bədən haqqında təsəvvür", Perinin "Evridika"sı və Culio Kaççininin "Evridika"sı. Ovidin "Metamarfozlar"ına əsaslanan Perinin və Kaççininin əsərləri Orfey mifi barədə çoxsaylı musiqi tamaşalarının ilki idi, və onlar Monteverdinin "Orfey"inin birbaşa varisləri oldular.

thumb|alt= alt= Artist's representation of a man with pointed beard, heavy ruff collar and embroidered jacket, holding a staff in his right hand and a sword in his left. A badge or coat of arms is shown top left, and a legend: "Vincentius Dux Mantua, Mont Ferrat 1600" is visible top left.|Vinçenso Qonzaqanın portreti, 1610-cu il, müəllif Gaspar de Crayer|168x168pxQonzaqanın sarayında teatr tamaşaları zəngin tarixə malik idilər. 1471-ci ildə bu sarayda Ancelo Politsianonun "Orfey barədə rəvayət" lirik draması səhnəyə qoyulmuşdu, və orada personajların söhbətləri ilə yanaşı aktların ən azı yarısını vokal partiyalar təşkil edirdi. 1598-ci ildə isə Monteverdi Covanni Quarininin "Sadiq çoban" əsərini səhnəyə qoyulmasında köməklik etmişdi. Teatr tarixçisi Mark Rincerin fikrinə görə, bu əsər "teatr tamaşalarının suayırıcısı" oldu, və beləcə İtaliyada pastoral dramaya ümumi maraq daha da artdı. 6 oktyabr 1600-cü ildə Florensiyaya Mariya Mediçinin və Fransa kralı IV Henrixin toy şənliyində iştirak etmək üçün gələn hersoq Vinçenso burada Perinin "Evridika" tamaşasını izləmişdir. Ola bilsin ki, Monteverdi də daxil olmaqla onun aparıcı saray musiqiçiləri də bu tamaşanı seyr edirdilər. Dramın bu yeni forması hersoqun xoşuna gəldi, hersoq üstəlik bu dram sayəsində özünün mesenat nüfuzunun möhkəmlənməsini də qiymətləndirdi.

Libretto thumb|left|alt= A young man with long flowing hair, bare chested, holds a stringed instrument in his left hand, while looking way to the left with a soulful expression|"Viola ilə Orfey" XVII əsr (Çezare Cennari, şəxsi kolleksiya)|239x239px 1600-cü ilin oktyabrında "Evridikia"nı izləyən tamaşaçıların arasında Qonzaqanın sarayında xidmət etmiş gənc vəkil, məşhur bəstəkarın oğlu və diplomat Alessandro Strico da yer almışdır. İstedadlı musiqiçi Strico 1589-cu ildə on altı yaşında Toskananın böyük hersoqu I Ferdinandın toy şənliyində viola çalırdı. Hersoq Vinçensonun iki oğlu Françesko və Ferdinando ilə birlikdə o, Mantuenin "Valeh edilmişlər akademiyası" () adlı imtiyazlı intellektual cəmiyyətin üzvü idi. Şəhərin teatr əsərlərinin çox hissəsi məhz bu cəmiyyətdə yaradılırdı. Strico "Orfey" üçün libretto yazmağa başladığı vaxt tam məlum deyil, amma dəqiqdi ki, 1607-ci ilin yanvarında libretto üstündə iş tam sürətlə gedirdi. Françesko Qonzaqa 5 yanvar tarixili məktubunda o vaxt Florensiya sarayında qalan qardaşı Ferdinandodan Mantue karnavalında göstəriləcək "musiqili pyes" tamaşası üçün Böyük hersoqun müğənniləri içərisindən axta virtuozun xidmətləriylə təmin etməsini xahiş edir.

Striconun libretosunun əsas mənbələri Ovidin "Metamarfozlar" və Vergilinin "Georqiklər" kitabları olmuşdu. Strico həmin əsərlərdən dram strukturunu deyil, əsas materialı götürdü. Təsadüf deyil ki, birinci və ikinci pərdələrin hadisələri "Metamarfozlar"ın on üç şeiri ilə aşkar bənzərliyi var.Sternfeld, 1986, pp. 20—25. Libretto üzərində işləyərkən o, Polisianonun 1480-ci ildə qələmə aldığı pyesini, Quarininin "Il pastor fido"-sunu və Ottavio Rinuççininin Perinin "Evridika"sı üçün yazdığı libretosundan istifadə etmişdir. Musiqişünas Harri Tomlinson Striconun və Rinuççininin mətnləri arasında nisbətən ümumi olan çox cəhətləri tapır. O, qeyd edir ki, "Orfey"də olan bəzi nitqlər, söhbətlər "Evridika"da istifadə olunan ifadələrin məzmununa oxşardılar və hətta onları təkrar edirlər.Tomlinson, Gary A. Madrigal, Monody, and Monteverdi’s “via actuale alla imitatione”  // Journal of the American Musicological Society. — 1981. — Vol. 34, no. 1. Tənqidçi Barbara Rassano Henninqin fikrincə, Striconun şeirləri Rinuççininin qədər nəfis deyil, amma libretto dramaturgiyası daha maraqlıdır. Rinuççininin pyesi Mediçinin toyunu müşayiət edən xüsusi bayram şənliyi üçün yazılmışdır, ona görə də müəllif daha münasib "xoşbəxt final" üçün mifi dəyişdirdi. Ondan fərqli olaraq öz əsərini saray təntənəsi üçün yaratmayan Strico mifin məzmununa uyğun yazmaq imkanına malik idi. Əslində mifdə Orfey qəzəblənmiş qadınlar (vakxankalar) tərəfindən parçalanır, amma faktiki olaraq, Strico ssenarini daha yumşaldılmış formada yazdı, hansında ki vakxankalar Orfeyi ölümlə hədəliyirlər, lakin onun əcəli göstərilmir, beləcə final açıq qalır.

Premyera ili 1607-ci ildə Mantuedə hazırlanan librettonun nəşrinin finalı birmənalı deyildi. Striconun 1607-ci ilki librettosunda beşinci pərdədə Orfeyin monoloqu Apollonun gəlişi ilə yox himayədarı Vakxa tanrısının "İlahi qəzəbi" haqqda oxuyan sərxoş qadınların (vakxankalar) xoru ilə bitir. Onların qəzəbinin səbəbi Orfeyin qadınlardan imtina etməsidi. Orfey onların qəzəbindən qurtula bilməz və nə qədər ki bu qəzəbdən boyun qaçırmağa çalışır, bir o qədər onu ağır əzab gözləyir. Orfey səhnəni tərk edir və onun talehi qeyri məlum qalır, operanın sonunda isə qadınlar Vakxanın şərəfinə rəqs edirlər və mahnı oxuyurlar. Monteverdinin 1609-ci ildə Venesiyada nəşr olunmuş partiturasında başqa sonluq təklif olunur: Appolon Orfeyi göylərə yüksəldir, və Orfey ulduzların arasında Evridikinin obrazını tapır. Yeni finalın mətninin müəllifinin kim olduğu məlum deyil. Tədqiqatçılar alternativ finalın fərqli üslubunu qeyd edirlər, şərhçilərin əksəri hesab edirlər ki, şeirləri Strico yazmıyıb. Ehtimal olunur ki, bu şeir həvəskar tərəfindən yazılıb ola bilsin, müəlliflik Ferdinando Qonzaqaya və ya hətta, bəlkə, bəstəkarın özünə (qismən) məxsusdur. Ağlabatan müəlliflərin sırasında Ottavio Rinuççininin adı hallanır, hansı ki Monteverdinin "Ariadna" adlı növbəti operasının librettoçusu olmuşdur. Musiqi tarixçisi Klod Paliska hesab edir ki, hər iki final bir birini tamamlıyır: Orfey vakxankaların qəzəbindən yayınır və Apollonun sayəsində qurtulur.

Rincerə əsasən, Striconun yazdığı operanın orijinal sonluğu çox güman ki premyerada istifadə olunmuşdur, amma şübhəsiz Monteverdi yenidən baxılmış finalı estetik cəhətdən düzgün hesab edirdi. Musiqişünas Nino Pirrotta iddia edir ki, Apollonlu final əsərin orijinal planının bir hissəsidir, amma o premyerada reallaşmadı, çünki tamaşanın göstərildiyi kiçik yerdə bu sonluq üçün tələb olunan teatr maşını yerləşə bilməzdi. Əvəzinə vakxankalarla səhnə salındı; texniki məhdudiyyətlər aradan qaldırıldıqdan sonra Monteverdinin fikri həyata keçdi.

Kompozisiya Monteverdi "Orfey"in üstündə işlədiyi dövrdə teatr musiqisinin bəstələməyində artıq kifayət qədər təcrübə yığmışdır. O vaxtacan Monteverdi Qonzaqanın sarayında 16 il xidmət etmişdi, xidmətinin böyük hissəsini ifaçı və ya səhnə musiqisini aranjıman edəni kimi keçirmişdir. 1604-cü ildə Mantuan karnavalı üçün "Gli amori di Diane ed Endimone" adlı ballata yazır. Onun elementləri sayəsində Monteverdi ilk operasını qurdu. Musiqişünas Robert Doninqton yazır: "[Partiturada] presedentə əsaslanmayan element yoxdur, lakin tam yetişkənliyinə yenicə inkişaf etmiş formada çatır... Bu musiqidə bilavasitə ifadə olunan və [opera pionerlərin] onları istədikləri kimi izhar olunan sözlərdi; bu onları ifadə edən musiqidi... dahinin ilhamı ilə dolu. Monteverdinin "Orfey"də işlətdiyi yeniliklərdən biri, hansı ki tamaşaçılarda ajiotaj doğurdu, ifa olunan dialoqlar idi. Mantuan premyerası qabağı meloman Karlo Manyo qardaşına bunu "qeyri-adi" bir şey kimi təsvir etmişdir: "... [səhnədə olan] bütün qəhramanlar musiqili danışmalı olacaq".