thumb|Norveç Nobel İnstitutu Norveç Nobel Komitəsinə Nobel Sülh Mükafatını alanların seçilməsində və illik mükafatın Osloda təşkilində kömək edir. Sülh üzrə Nobel mükafatı hər il Norveç Nobel Komitəsi tərəfindən "millətlər arasındakı qardaşlıq, daimi orduların ləğvi və ya azaldılması və sülh qurultaylarının keçirilməsi və təşviqi üçün ən çox və ya ən yaxşı işlər görmüş şəxsə" təqdim edilir. Nobelin vəsiyyətinə əsasən, mükafat Norveç Nobel Komitəsi tərəfindən idarə olunur və Norveç Parlamenti tərəfindən seçilmiş beş nəfərdən ibarət komitə tərəfindən verilir.
Hər laureatbir bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır. Bu mükafat kimya, fizika, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahələrində insanlığa əlamətdar töhfələr verənlərə təqdim edilən Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş beş Nobel mükafatından biridir.
Ümumi baxış Sülh Mükafatı hər il Osloda, Norveç Kralının iştirakı ilə, 10 dekabrda Nobelin ölümünün ildönümündə təqdim olunur və Stokholmda təqdim edilməyən yeganə Nobel mükafatıdır. Digər mükafatlardan fərqli olaraq Sülh Mükafatı ara-sıra bir şəxsdən çox bir təşkilata verilir (məsələn, Beynəlxalq Qırmızı Xaç Komitəsi üçqat laureat).
Nobel Sülh Mükafatı ilk dəfə 1901-ci ildə Frederik Passi və Anri Dünana verildi, onların bölüşdükləri mükafat pulu 150.782 İsveç kronu təşkil edirdi (bu məbləğ 2008-ci ildə 7.731.004 krona bərabər idi).
1962-ci ildə Sülh üzrə Nobel mükafatı laureatı olan Laynus Polinq iki dəfə şəriksiz şəkildə Nobel mükafatına layiq görülən yeganə şəxsdir; 1954-cü ildə Kimya üzrə Nobel mükafatını aldı. 2014-cü ildə 17 yaşında Sülh üzrə Nobel mükafatına layiq görülən Məlalə Yusəfzay ən gənc laureatdır. Sülh üzrə Nobel mükafatı laureatı olan ilk qadın Bertha von Zuttner idi (1905). 106 Sülh üzrə Nobel mükafatı laureatından 17-si qadındır. Beynəlxalq Qırmızı Xaç Komitəsi humanitar fəaliyyətinə görə üç dəfə mükafata layiq görülərək ən çox Sülh üzrə Nobel mükafatlarını alan laureat olmuşdur. Üç Sülh üzrə Nobel mükafatı laureatı mükafatlandırıldıqları vaxt həbsdə idilər: Karl von Ossiyetski, Aun San Su Çji və Lyu Syaobo.
Mübahisə Bu mükafat Nobel mükafatlarının ən mübahisəli hesab olunur; bir neçə seçimin tənqid edilməsi və 19 dəfə mükafatın verilməməsinə görə.
Beş dəfə namizəd olmasına baxmayaraq, Mahatma Qandi heç vaxt bu mükafatı qazanmadı. 1948-ci ildə öldürülməsindən sonra komitə ölümündən sonra ona mükafatın təltif edilməsini düşündü, lakin buna qarşı qərar verdi və və bunun əvəzinə həmin il "uyğun yaşayan namizədin olmaması" izahatı ilə mükafat heç kimə verilmədi. 1961-ci ildə namizədliyini irəli sürdükdən sonra laureat elan olunmasından bir neçə ay əvvəl vəfat edən Daq Hammarşeld ölümündən sonra laureat olan yeganə şəxs oldu. 1973-cü ildə Le Dık Tho Nobel sülh mükafatından imtina edib. İmtinaya səbəb kimi isə Vyetnamda hələ də əsl sülhün əldə olunmadığını əsas gətirib.
Laureatlar 2020-ci ilə kimi Sülh üzrə Nobel mükafatı 107 şəxs və 28 təşkilata verildi. On yeddi qadın Sülh üzrə Nobel mükafatını (digər mükafatlardan daha çox). Yalnız iki alıcı bu sahə üzrə birdən çox mükafat qazandı: Beynəlxalq Qızıl Xaç Komitəsi üç dəfə (1917, 1944 və 1963) və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı iki dəfə (1954 və 1981). 19 il Sülh üzrə Nobel mükafatı verilmədi. Le Dık Tho 1973-cü ildə mükafatdan imtina edən yeganə şəxs idi. O, Henri Kissinger ilə 1973-cü il bu mükafata layiq görüldü, ancaq bu cür "burjua sentimentalizmlərinin" onun üçün olmadığını və Paris Sülh Sazişlərinə tam əməl olunmadığını əsas gətirərək mükafatdan imtina etdi.