Pavel Dmitriyeviç Osipov () — Sovet İttifaqı Qəhrəmanı (20 aprel 1945).

Həyatı Pavel Osipov 1913-cü ildə Bakıda anadan olub. Milliyətcə rusdur. Orduya çağırılanadək Bakı şəhərində Böyük Qala küçəsindəki 37 saylı evdə yaşamışdır. Paris Kommunası zavodunda dəmirçi işləmişdir.Məzahir Abbasov.Sovet İttifaqı Qəhrəmanı. Bakı. Gənclik 1975. 1942-ci ildə Bakı Şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Matros idi. Ukrayna, Krım, Tuapse cəbhələrində vuruşmuşdur.

27 mart 1944-cü ildə Ukraynanın Nikolayev vilayətində həlak olmuşdur.

20 aprel 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Lenin ordeni və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Ruslar