Müqəddəs Vit kafedralı (tam adı Müqəddəs Vit, Vatslav və Voytex kafedralı; ) — Praqa qalasında yerləşən qotik üslublu kilsədir və Praqa arxiyepiskopluğunun mərkəzi sayılır. Kafedral həm texniki xüsusiyyətləri, həm də və bədii səviyyəsinə görə Avropa ərazisində qotika üslubunda inşa olunmuş binaların mirvarisiСтанькова Я., Пехар И., Тысячелетнее развитие архитектуры., М.: Стройиздат, 1987, стор. 104 , həmçinin Çex xalqının sənət və ümummilli yadigarı hesab olunur. Müqəddəs Vit kafedralı əhəmiyyətli dərəcədə Mərkəzi Avropa memarlığına xas olan gecikmiş qotika üslubunun inkişafına güclü təsir göstərmişdirСобор Святого Вита Рэсурс пра Чэхію . Memar Peter Parlerin tərtib etdiyi layihələr bir nümunə olaraq daha sonralar Sloveniya, şimali Xorvatiya, Avstriya, Çexiya, Polşa və cənubi Almaniyanın yerli qotika binalarında istifadə olunurdu.
Kafedralın dəhlizlərində Çexiya kralları və arxiyepiskopları dəfn olunmuşdular, həmin bu yerdə həmçinin Orta əsr Çexiyasının tacqoyma reqaliyaları qorunub saxlanılır.
Kafedral Praqa qalasında yerləşir və onun ayrılmaz tərkib hissəsi sayılır. Uzun illər ərzində, kilsənin zəng qülləsi Praqanın ən hündür nöqtəsi hesab olunurdu.
Memarlıq Memarlıq üslubunun xüsusiyyətləri thumb|right|180px|Kafedralın planı Praqa Müqəddəs Vit kafedralının tikinti işləri XIV əsrin ortalarından başlamış və demək olar ki, 6 əsr boyu davam etmişdir. Məhz bu səbəbdən, onun memarlıq üslubunda həm qotika, həm də barokko və neoqotika elementlərini görmək olar.
Ümumi xüsusiyyətlər thumb|200px|left|Kafedralın qotik qüllələri Müqəddəs Vit kafedralı – üç nefli bazilikadır. Əsas nefin uzunluğu 124, hündürlüyü 34, Böyük (cənubi) qüllənin hündürlüyü isə 96,5 metrdir. Kilsənin qərb tərəfində iki 82 metrlik neoqotik daş qüllələr ucalır, onların arasında isə ajur qızılgül formasında 10 metrlik dairəvi pəncərə yerləşir.
Kafedral kilsənin 3 portalı zəngin heykəltaraşlıq əsərləri, daş və bürünc barelyeflərlə bəzədilib.
Kafedral möhtəşəmdir. Xaricdən o qotik kiçik qüllələr və ornamentlərlə bəzədilmişdir. Yan girişin üzərində - İsa Məsihin ölü ruhlar üzərində sonuncu hökmünü təsvir edən və Çexiya ərazisində yeganə Məhşər (Qiyamət) adlı mozaika yerləşir. V.E. Mangelştamın təşbihlə dediyi kimi – Kafedralın şpili səmanın sıx sinəsini iti bir iynə ilə yaralayır. Kafedrala daxil olmuş möminləri dərhal işıq və kölgənin yaratdığı xüsusi atmosfer əhatə edir. Bu təkcə bibley səhnə əsərləri ilə rənglənmiş şüşə vitrajların vasitəsilə əldə edilmir. Kilsənin əsas konstruktiv xüsusiyyəti, yəni interyerin həddindən artıq hündür tavanı və ikinci yarusa quraşdırılmış böyük pəncərələri, buraya daxil olmuş ziyarətçilərə fövqəladə, valehedici və xəyali bir hisslər yaşadır. Kafedralın interyeri işıqlıdır və bu səbəbdən onun böyük daxili məkanı vahid və yüngül görünür. Qotik tağlar yüksəkliyə doğru istiqaməti əlavə olaraq vurğulayır. Altar kafedralın sonuncu şərq odası hesab olunmur. Altar bir-birindən iki divarlar ilə arası kəsilmiş fərdi dua üçün otaqlar – kapellalar ilə əhatə olunub. Nəfis fresklərlə bəzədilmiş bu kapellalarda Çexiya krallarının məzar daşları yerləşir. Yan tərəfdə, ağır palıd qapıların arxasında bundan öncə qeyd olunduğu kimi, müqəddəs Vatslavın kapellası yerləşir. Kapellanın xüsusi əzəmətli daxili tərtibatı Çex himayədarının (patronunun) möminlərin qarşısındakı əhəmiyyətini vurğulamaq üçün nəzərdə tutulmuşdur. Kapellada quraşdırılmış müqəddəs Vatslavın heykəli, Çexiyanın ən gözəl heykəltaraşlıq nümunələrindən biri sayılır.
Onun yaradıcısı – memar Peter Parler müqəddəs Vatslavı nizə və üzərində Çexiyanın gerbi (qartal) yerləşdirilmiş qalxanla silahlanmış gənc cəngavəri təsvir edir. Heykəl öz sadəliyi, tamamlanmış silueti və nəcib qaməti ilə fərqlənir. Həddindən artıq incə işlənmiş və səthi və detallar təəccüblü bir ziddiyyət təşkil edir; bu kontrast Parler məktəbinə xas olan bir xüsusiyyətdir. Çex ədəbiyyatında (xüsusilə də poeziyada) cəngavər-qoruyucunun heykəlinə şairanə görkəm verilmişdi. Bu keyfiyyətlər daha sonralar Çexiyanın incəsənət əsərlərində xarakterik olacaq. Parler qeyri-adi memarlıq elementlərini istifadə edərək kapellanı yaratmışdır. Planda dörbucaq şəklində olan kapellanın qübbəsi ulduza bənzəyir. Kafedralın daxilində yerləşən kub formalı kapella, özünün böyük divar səthləri ilə diqqəti cəlb edir. Massiv qapılar ziyarətçiləri, onun arxasında qiymətli maddi və mənəvi xəzinələrin etibarlı şəkildə qorunub saxlanıldığını inandırır. Müqəddəs Vatslav kapellasının memarlıq ideyaların başlanğıcında Yeni Yerusəlim adlı "ideal xristian şəhər" təsəvvürü dayanır. O planda kvadrat şəklindədir, üstü qiymətli daşlarla örtülmüş qala divarları və darvaza ilə hasarlanıb və bütün ətrafa işıq saçır. Rəngli daşlarla bəzədilmiş kapella divarları əlavə olaraq parlaqlıq effekti yaradır, bu da əziz Vatslav məzarına mistik və eyni zamanda melodik çalarları bəxş edir.
Parler və onun emalatxanasında çalışan ustalar Praqa şəhərinin və digər vilayətlərin bir çox kilsələrin tikintisində iştirak etmişdir. O, həmçinin Praqanın ən böyük dünyəvi tikililərini, xüsusən də Vltava çayının üzərindən salınmış və öz texniki həlli, qeyri-adi həcmi və tərtibatı ilə bütün Avropanı təəccübləndirən daş körpünü inşa etmişdir. Körpünün on altı dəyirmi tağları şəhərin iki hissəsini birləşdirir. Mürəkkəb heykəltaraşlıq kompozisiyası ilə bəzədilmiş körpü qüllələrindən biri, IV Karl və taxta əyləşmiş IV Vatslavı əks etdirir.
Fasad Kafedralın köhnə şərq (XIV-XV əsrlər) və yeni qərb (XIX əsrin ikinci yarısı – XX əsrin əvvəli) hissələri aydıncasına bir-birindən fərqlənir. Bununla belə, kafedralın fasadını şərti olaraq bir neçə hissəyə bölmək olar: Əsas fasad (Qərbi) Şimali fasad Cənubi fasad
Qərb fasadında yerləşən neoqotik üslublu 82 metrlik qüllələr 14 müqəddəsin heykəli və müasir kafedral inşaatçılarının büstləri ilə bəzədilmişdi. Onlar 1921-ci ildə Frantişek Kisela tərəfindən yaradılmış və "Dünyanın yaranması" adı ilə tanınan nəhəng rozettanın (qızılgülə bənzər ajur dairəvi pəncərə) altında yerləşirlər. Portal kafedralın tikinti tarixi haqqda bəhz edən bürünc qapılarla bəzədilmişdi.
Kafedralın cənub fasadı 1929-cu ildə tamamlanmışdır. Bu fasad, qızıl darvaza və böyük qüllə ilə birlikdə Praqa qalasının üçüncü həyətində yerləşir.
Qızıl darvaza thumb|right|180px|Qızıl darvaza Köndələn nefə aparan Qızıl daravazalar () kapella və Müqəddəs Vatslav zəng qülləsinin arasında yerləşir. Darvaza kafedralın ana girişi hesab olunur. 1368-ci ildə Peter Parler tərəfindən hazırlanmış bu darvaza qotik üslublu zərif üçqat tağdan ibarətdir. Poqostun (məzarlıq yeri) günbəzi son dərəcə mürəkkəbdir, burada əsas portalın orta sütuna qədər sərbəst şəkildə endirilmiş nervürlarlardan istifadə olunmuşdurКАФЕДРАЛЬНЫЙ СОБОР СВ. ВИТА В ПРАГЕ — Прага: Иво Глобил, 2006. — 64 с. — ISBN 0-9535546-5-1..
Mozaikanın arxasında tacqoyma reqaliyalarının və digər xəzinələrin saxlandığı xüsusi otaq (Tacqoyma kamerası) yerləşir. Bu reqaliyaları yan arkada tağlarının üzərindəki iki kiçik pəncərə işıqlandırır.
Darvazada yerləşən orta sütunun tabinakllarında əvvəllər dua edən Məryəm Ananın, IV Karl və Pomeraniyalı Yelizaveta ilə birgə heykəli və onları müşayiət edən daha kiçik fiqurlar var idi. Darvazaların daxilindəki divarlar Karel Svolinskinin eskizləri əsasında M. Fösterov tərəfindən yaradılmış "Adəm və Həvva" (1939) və "Çarmıxa çəkmə" (1945) mozaikaları ilə bəzədilmişdirAdam a Eva atlasceska.cz і «Укрыжаванне» (1945), створанымі M. Foesterová па эскізах. Həmçinin İsa Məsihin rəmzlərindən sayılan Simurq quşu və Qutanın təsvirləri də qorunub saxlanılmışdı.
Darvaza zodiak bürcləri mövzu ilə bağlı alleqorik əsərlərlə bəzədilmiş bürünc məhəccər ilə bağlanır.
Məhşər mozaikası thumb|180px|left|"İsa Məsih mandorlada" mozaikası Qızıl darvazanın önündəki xarici divarları Məhşər mozaikası bəzəyir. Mozaikanın yaradılması ideyası 1371-1372-ci illərdə, İmperator IV Karlın Roma qayıtdıqdan və dördüncü həyat yoldaşı Pomeraniyalı Yelizavetanın tacqoyma mərasimindən sonra yaranmışdır. Tikinti zamanı 33-dən artıq çalar və təxminən bir milyon şüşə parçalarından istifadə olunmuşdur. Kompozisiya baxımından mozaika uzaq məsafədən Padua şəhərinin Skravenyi kapellasında yerləşən Cottonun "Qiyamət" adlı əsərinə bənzəyir. Lakin Praqadakı mozaikada çex təsvir ənənələrinə xas bir sıra elementlərdən istfadə olunmuşdur.
Mozaikanın sol tərəfində mələklərin göyə qaldırdığı əməlsaleh insanlar və şeytanların cəhənnəmə dartdığı günahkar insanlar təsvir olunub. Mərkəzdə əziyyət alətləri (Arma Christi) olan mələklərin daşıdığı taxta İsa və krallıq üçün ona yalvaran altı çex müqəddəsi – Müqəddəs Prokopi, Müqəddəs Ziqmund, Müqəddəs Vit, Müqəddəs Vatslav, Müqəddəs Lüdmila və Müqəddəs Adalbert təsvir olunub. Kənarlarda Məryəm ana və Vəftizçi İohannın təsvirləri var. Ümid və uzlaşma simvolu olan göyqurşağı fonunda təsvir olunmuş işıq şüalarının əhatəsində yerləşən Hakim Məsih əllərində, ayağında və sağ tərəfindəki yaraları göstərir. Mozaikanın ən aşağı hissəsində dördünca həyat yoldaşı Pomeraniyalı Yelezaveta ilə birlikdə diz çökmüş IV Karl tərsvir edilmişdir. Mozaikanın arxasındakı fon zərli şüşə kublardan, kiçik fiqurlar isə rəngarəng daşlardan hazırlanmışdır. Bütün bu daşlar Venesiyada yonulmuşdur. Məhşər mozaikası Alp dağlarından şimaldakı ərazilərin ən böyüyü və ümumiyyətlə Çexiyanın ən qədim və bu günə kimi qorunub saxlanılan mozaikalarından hesab olunur. Məhşərin yuxarı hissəsinə orijinal Xilaskar Spas mozaikası əlavə olunub.
Venesiya rəssamlığının ən görkəmli tədqiqatçı və mütəxəssislərindən biri sayılan Rudolfo Palukini, mozaika müəllifliyini italyan rəssam Nikola Semitekolaya aid etmişdi. O hesab edirdi ki, Nikola mozaik eskizlərinin müəllifidir, IV Karl isə məhz həmin eskizlərin əsasında italyan sənətkarlarına sifariş vermişdir. Ən maraqlısı isə bundadır ki, Çex əfsanələri məşhur Bohemiya şüşələrinin yaranmasını elə bu mozaika ilə əlaqələndirir. Rəvayətə görə, Bohemiya şüşə istehsal texnologiyası, smalta məhsulundan hazırlanan mozaikanın bir davamı olaraq ortaya çıxmışdır. Bunu təsdiqləyən daha bir səbəb isə, şüşə istehsalı üçün istifadə olunan kimyəvi maddələrin Venesiya mozaika ustaları tərəfindən hazırlanan tərkib hissələri ilə demək olar ki eynidir.
Ətraf mühit və hava şəraitinin təsiri nəticəsində, alkoloid duzları mozaikanın səthində görünməyə başlamışdır. Bu səbəbdən boyalar öz ilkin təravətini itirərək qaralmış, rəsmlər isə tezliklə demək olar ki, gözlə görünməz hala düşmüşdü. Artıq orta əsrlərdə və XVIII-XIX əsrlər boyu daha bir neçə dəfə, mozaika təmizlənmə və yenidənqurma işlərinə məruz qalmışdır. Son bərpa işləri 2005-ci ildə həyata keçirilmişdi; restavrasiya qismən problemi həll edərək, mozaikaya orijinal parlaqlığı qaytarmışdı.
Böyük qüllə
Cənub fasadının dominantı Böyük cənubi Qüllə () hesab olunur. Qüllənin 58 metrə qədər olan əsas hissəsi qotik üslubda yaradılmışdır. Onun üst mərtəbələri renessans üslubunda müşahidə meydançası və barokko tərzli soğanvari qübbə ilə tamamlanır. Peter Parler qüllənin tikintisini 1396-cı ildə başladı və düz 1406-cı ilə qədər (yəni vəfatına kimi) inşasını davam etdirdi. Onun oğulları Yan və Vatslav onun işini davam etdirdi.
Vladislav Yagellonun əmri ilə qüllədə gecikmiş qotik üslubda kral ibadəgahı inşa edilmişdir. Onun bəzək vurma işləri ümumilikdə 1480-ci ildə başa çatdırılmışdır.
Qüllənin mehvəri üç müxtəlif istiqamət üzrə bir-birinin içərisinə hörülüb və öz dövrünün əsl texniki möcüzəsi sayılan nahamar çıxıntılı şəbəkə sayəsində, bütün konstruksiya qeyri-adi yüngüllük təəssüratı yaradır. Böyük qülləyə həmçinin XVI əsrin sonuna aid intibah saatı quraşdırılıb, II Rudolf monoqramının aşağısında pəncərə yerləşir. Pəncərə Georq Şmithamerin (1568–1573) layihəsi əsasında hazırlanmış və qızıl suyuna salınmış qəfəs ilə bəzədilmişdir. Onun arxasında isə Çexiyada ən böyük "Zigmund" adlı kilsə zəngi yerləşir. Ortada yerləşən aynanın altında Prjemısloviç sülaləsinin qədim gerbi – Orlitse adlı qartal, ondan sağda Çex aslanı, solda isə Praqa arxiyepiskopluğunun gerbi təsvir olunmuşdu.