() – uzunbığlılar yarımdəstəsinə aid həşərat fəsiləsi.

Ümumi məlumat İkiqanadlıların başqa fəsilələri ilə müqayisədə daha iri və qeyri_adi dərəcədə uzun, nazik, kövrək ayaqları olan həşəratlardır. Onların yalayıcı-sorucu ağız aparatı heyvanların və insanların dərisini deşməyə qabil deyil. Uzunayaqlıların sürfələri nəm torpağın üst qatında yaşayır. Bəziləri saprofit, digərləri isə fitofaq olub, bostan və başqa bitkilərin torpaqdakı kökünü gəmirməklə onlara ziyan vururlar. Onlar digər ikiqanadlılara nisbətən daha yavaş və ağır uçurlar. Adətən bir neçə metrdən uzağa uçmayaraq, yenidən aşağı enirlər. Talışda 8, Gəncə zonasında 23, Böyük Qafqazda 2 növü qeydə alınmışdırAzərbaycanın heyvanlar aləmi. II cild. Buğumayaqlılar tipi. Bakı: Elm, 2004, (388 s.) səh. 336–337.. Naxçıvan Muxtar Respublikası faunasında 13 növü müəyyən edilmişdirBayramov A. B., Məhərrəmov M. M., Məmmədov İ. B. və başqaları. Naxçıvan Muxtar Respublikasının onurğasızlar faunasının taksonomik spektri. Naxçıvan: Əcəmi, 2014, (320 s.) səh. 184..

Təsnifatı Ctenophorinae Kertezs, 1902 Dolichopezinae Kertezs, 1902 Tipulinae Latreille, 1802

İstinadlar

Mənbə BioLib

Kateqoriya:20–24 ID olan Taksonbar