Sami Hazinses (əsl adı: Samuel Akop Uluçyan) — aktyor, Türkiyə ermənisi.

Həyatı Sami Hazinses 1925-ci ildə Diyarbəkir şəhərində anadan olub.

O, 2002-ci il avqustun 23-də vəfat edib.

Fəaliyyəti 1953-cü ildə çəkilən "Qara Davud" filmi ilə diqqəti cəlb edən aktyor 140 filmdə yer alıb. Daha çox komik rolları ifa edən Sami Hazines bundan əlavə bəstəkarlıqla da məşğul olurdu. Onun "Bir dilbərə mübtəladır dəli könlüm" adlı mahnısı Türkiyənin ən məşhur müğənnilərindən olan Zəki Müren tərəfindən ifa edilmişdi. Bundan əlavə Müslüm Gursəs və İbrahim Tatlısəsdə Sami Hazinsesin bəstələdiyi mahnılara öz repertuarında yer veriblər.

Mükafatları

İstinadlar

Kateqoriya:Türkiyə aktyorları Kateqoriya:Türkiyə erməniləri Kateqoriya:Türkiyədə doğulanlar Kateqoriya:Türkiyə kişi film aktyorları