Həmidə Davud qızı Qayıbova — AMEA Zoologiya İnstitutunun böyük elmi işçisi, biologiya elmləri doktoru.

Həyatı Həmidə Davud qızı Qayıbova 23 yanvar 1944-cü il Bakı şəhərində anadan olmuşdur. 1967-ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətini 1967-ci ildə AMEA Zoologiya İnstitutunda başlamışdır. O, 1969-cu ildə AMEA Zoologiya İnstitutunun əyani aspiranturasına daxil olmuş və aspirantura müddətini, keçmiş SSRİ EA Sitologiya İnstitutu birhüceyrəli orqanizmlərin sitologiyası laboratoriyasında keçmək üçün Sanrt-Peterburq şəhərinə (keçmiş Leninqrada) göndərilmişdir. O, burada "Əsas sahibləri Azərbaycanın müxtəlif ekoloji şəraitində yaşayan bəzi gəmiricilər olan koksidilərin həyat tsiklinin müqayisəli sitikimyəvi tədqiqi" mövzusunda dissertasiya işi üzərində işləmişdir. Aspirantura dövrünü başa vurduqdan və 1973-cü ildə namizədlik dissertasiyasını müvəffəqiyətlə müdafiə etdikdən sonra o, biologiya elmləri namizədi kimi Azərbaycan MEA Zoologiya İnstitutunda işə başlamışdır. Əsas tədqiqat obyekti parazit birhüceyrəıi koksidilərdir. 1995 –ildə aparıcı elmi işçi vəzifəsinə təyin edilmişdir. 2005-ci ildə "Azərbaycanda heyvanların koksidiləri (Coccidia, Sporozoa) və onların həyat dövriyyələrinin morfofunksional xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və 2006-cı ildə isə AAK tərəfindən təsdiqini almışdır. Hal-hazırda "Protistologiya" laboratoriyasının baş elmi işçi və 65 elmi məqalənin müəllifidir. O, 1975–1991-ci illərdə Ümumittifaq Protozooloqlar Cəmiyyətinin Azərbaycan MEA Zoologiya institutu üzrə üzvü və məsul katibi olmuşdur. Son illər gənc alimlərin yetişməsində yaxından köməklik göstərir. Onun rəhbərliyi ilə 2012-ci ildə S. O. Mamedova biologiya üzrə fəlsəfə doktoru adı almış, T. F. Qurbanova 2016-cı ildə dissertasiya işini uğurla müdafiə etmişdir. Azərbaycan Zooloqlar Cəmiyyətinin və İnstitutunun Elmi şurasının fəal üzvülərindən biridir.

Elmi fəaliyyəti Elmi fəaliyyətə 1967-ci ildən baş laborant vəzifəsindən başlayan Qaibova Həmidə Davud qızı hal hazıra qədər AMEA –nın Zoologiya İnstitutunun Protistologiya laboratoriyasınınhttp://zoologiya.az/protistologiya-laboratoriyasi/ baş elmi işçisidir. İlk dəfə onun tərəfindən hüceyrə biokimyası (sitokimya) metodları ilə gəmiricilər və kənd təsərüfatı heyvanlarının hüceyrədaxili ibtidai parazitləri olan Eimeria и Sarcocystis cinslərinə aid olan koksidilərin inkişaflarının endogen mərhələlərinin metobolizminin tədqiqi aparılmışdır. Çoxillik tədqiqatları nəticəsində 80-dən çox sahib növündə, bütün quru onurğalılarının hüceyrədaxili parazit ibtidailərinin 250-dən çox növü (Leishmania, Eimeria, Isospora, Cryptosporidium, Sarcocystis, Haemogregarina, Hepatozoon, Microsporidia və s.) tapılmışdır. Elm üçün ilk dəfə olaraq parazit ibtidailərin 85-dən çox növünün təsviri verilmişdir (M. Ə. Musayev və kollektiv). Azərbaycanda heyvanlarda ilk dəfə olaraq insanın şərti-patogen opportunistik infeksiyalarının törədiciləri olan Cryptosporidium cinsinə aid olan bağırsaq koksidiləri öyrənilmiş, sahibin yaşından, ilin fəslindən və şaquli qurşaqlar üzrə yayılmasından asılı olaraq müxtəlif heyvanların koksidilərlə yoluxmasının ekstensivliyi ve intensivliyinin tədqiqi aparılmışdır. H. D. Qaibovanın 65 elmi əsəri çapdan çıxmışdır. H. D. Qaibova bir neçə Beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmişdir . 2000-ci il – Proceedings of the symposium on. Ecological Parasitology on the turn of millennium / arranged on behalf of the Russian Parasitological Society and the Scandinavian Society for Parasitology in St. Petersburg, Russia, 1–7 July, 2000. 2004-cü il — 7–9 iyul "dəyirmi masa" arxasında "Kriptosporidioz və mikrosporidioz QİÇS-lə müşayiət olunan yoluxucu xəstəliklər kimi" probleminə həsr olunan müşavirədə "Azərbaycanda QİÇS-in epidiomoloji vəziyyəti və onunla müşayiət olunan (opportunistik) yoluxucu xəstəliklərin protozoy təbiətinin öyrənilməsinin vacibliyi" adlı məruzə ilə çıxış etmişdir (Тезисы докладов участников совещания. Санкт-Петербург. Россия, Cooperation in HIV/AIDS fnd related infections joint FSU / Baltic-U. S. Scientific Workshop Grants Programm. U. S. Civilian Research Development Foundation (CRDF)). 2007-ci il — 5 Европейский Конгресс протистологии. 23–27 июля, 2007, Санкт-Петербург, Россия (V European Congress of Protistology. July 23–27, 2007, St. Petersburg, Russia). Həmidə Davud qızı Qrant layihələrində rəhbər kimi çalışmışdır. 1999-cu il- layihə "Паразиты — долой!" (ISAR/AZERBAIJAN). 2003-cü il –layihə "Nicat diyarı" — nadir və nəsli kəsilmək üzrə olan heyvanların artırılması üçün Kür-Kosa adasının yararsız ərazilərinin istifadəsi" ("THE LAND OF RESCUE", Use of the abandoned territory of Kur-kosa island for reproduction of the rear and endangered bird species). BP beynəlxalq neft şirkətindən həvəsləndirici mükafatı. BP First Azerbaijan Biodiversity Competition. 2006–2007-ci illər –"Vəhşi və sinantrop gəmiricilər arasında QİÇS- assosiasiya olunmuş protozoy patogenlərin dövriyyəsi" layihəsi, UETM-nin (Ukrayna Elmi-Texnoloji mərkəzi) tərəfindən maliyyələşdirmişdir. 2007–2008-ci illər – INTAS-Azərbaycan YSF 2005 müsabiqəsinin qalibi,. "Azərbaycanın təbii və dəyişdirilmiş ekosistemlərdə vəhşi və sinantrop gəmiricilərin QİÇS –assosiasiya olunmuş mikrosporidilərin dövriyyəsi". 2009–2012-ci illər — "QİÇS virus ilə yoluxdurulmuş insanların, həmçinin vəhşi və sinantrop gəmiriçilərin QİÇS-assosiasiya olunmuş protozoy patogenlərin yoluxması" (UETM tərəfindən dəstəklənib)http://zoologiya.az/protistologiya-laboratoriyasi/

Digər fəaliyyəti 1968–1991-ci illər ərzində Ümumittifaq Protozooloqlar Cəmiyyətinin üzvü və 1975–1991-ci illər ərzində Ümumittifaq Protozooloqlar Cəmiyyətinin Azərbaycan MEA Zoologiya institutu üzrə elmi katibi olmuşdur. 2000-ci ildə : 1) ""ZOO"- Bakı zooparkında heyvanların saxlanılma şəraitinin yaxşılaşdırılması üzrə təkliflərin hazırlanması" layihəsinin iştrakçısı olmuşdur (ISAR/Azerbaijan fondunun maaliyyə dəstəyi ilə) "Parazitlərə yox!" layihəsinin menedceri olmuşdur. (ISAR/Azerbaijan fondunun maaliyyə dəstəyi ilə) 2006–2007 — "İİV – assosiasiya olunmuş protozoy patogenlərin vəhşi və sinantrop gəmiricilər arasında yayılması (3829)" layihəsinin menedceri olmuşdur. (Ukrayna Elmi Texnalogiya Mərkəzinin (УНТЦ (STCU)) maaliyyə dəstəyi ilə) 2009–2012-ci illərdə "İnsan, vəhşi və sinantrop gəmiricilərin İİV-assosiasiya olunmuş opportunistik patogenləri ilə yoluxması (3829 (R))" layihəsinin menedceri olmuşdur. (Ukrayna Elmi Texnalogiya Mərkəzinin (УНТЦ (STCU)) maaliyyə dəstəyi ilə)

Təltif və mükafatları 1993–1994-cü illərdə Biomüxtəliflik problemi üzrə müsabiqənin qalibi olaraq Corc Soras təqaüdünə layiq görülmüşdür (Təbiət Elmləri Akademiyasının Rəyasət Heyətinin Ekspert Komissiyasının qərarı ilə)

Elmi əsərləri Г. Д. Гаибова. Особенности энергетического обмена эндогенных стадий развития кокцидий грызунов: Eimeria schamchorica Musaejev et Alijeva,1961 и E.gliris Musaejev et Vejsov,1961 // В кн.: Матер. I съезда Всесоюзного общества протозоологов, октябрь, 1971, Баку. Баку, Элм,1971, с.24–25. Г. Д. Гаибова. Динамика накопления полисахаридов в макрогаметогенезе Eimeria schamchorica и E.gliris (Sporozoa, Coccidia). // Цитология,1972, т.14, № 8, с.1039–1044. Г. Д. Гаибова. К вопросу о выявлении ДНК в ядре растущей макрогаметы кокцидий (Sporozoa, Coccidia, Eimeriidae).// Цитология, 1972, т.14, № 11, с.1427–1429. Г. Д. Гаибова. Цитофотометрическое исследование РНК в растущих макрогаметах Eimeria schamchorica и E.gliris (Sporozoa, Coccidia). // Цитология, 1972, т.14, № 12, с. 1529 – 1534. Г. Д. Гаибова Сравнительное цитохимическое исследование нуклеиновых кислот и полисахаридов некоторых видов кокцидий домовых мышей / Вейсов А. М. // Материалы II Всесоюзного съезда протозоологов. Киев: Наукова думка,1976, ч. 3, с. 23–24. Гаибова Г. Д. Полисахариды в стадиях эндогенного развития кокцидий песчанок Виноградова / Мусаев М. А., Исмаилов С. Г. // Материалы II Всесоюзного съезда протозоологов. Киев: Наукова думка,1976, ч. 3, с. 70 Gaibova G. D. Materials for studying coccidian with an isospora-like structure of oocysts. / Musajev M. A. // In: Summaries. The 1st Mediterranean Conf. on Parasitol., Izmir, Turkey, 1977, p. 12–13. Гаибова Г. Д. Сравнительные цитофотометрические исследования амилопектина в процессе макрогаметогенеза у кокцидий песчанок Виноградова (Meriones vinogradovi) / Мусаев М. А., Исмаилов С. Г. // Изв. АН Азерб. ССР. Серия биол. Наук, 1977, № 4, с. 73–79. (Библ.: 21). Гаибова Г. Д. Жизненные циклы и распределение нуклеиновых кислот в стадиях эндогенного развития кокцидий (Coccidiida, Eimeriidae) песчанок Виноградова / Мусаев М. А., Исмаилов С. Г. // Паразитология,1977, т. 11, в. 1, с. 57–64. (Библ.: 22).).(Musajev M. A., Ismailov S. G., Gaibova G. D Life cycles and distribution of nucleic acids in the endogenous stages of coccidia (Coccidiida, Eimeriidae) of the Meriones vinogradovi). Gaibova G. D. Nucleic acids and amylopection in three Eimeria species (Sporozoa; Coccidia) from Meriones vinogradovi Hept. / Musajev M. A., Ismailov S. G. // The 5 th. Intern. congress of Protozoology. Abstracts of papers, New-York. 26 July, 1977. Abstracts. New-York, 1977, p. 144. Гаибова Г. Д. Сравнительное цитохимическое исследование жизненных циклов 6 видов кокцидий песчанок. / Исмаилов С. Г. // Матер. I Закавказской конференции по общей паразитологии. Тбилиси: Мецниереба:1978, с. 104–107. Gaibova G. D. The life cycle and cytochemistry of endogenic development stages of Eimeria dzhahriana Vejsov,1961. / Musajev M. A., Ismailov S. G. // 4 th Intern/ Congress on Parasitol., (Warsawa, 1978, 19–26 august, 1978). Warsawa,1978, short.commun. Sec. B, p. 70–71. Gaibova G. D. The life cycle and cytochemistry of endogenous stages of the coccidium of the Pesian jird Eimeria ordubadica Vejsov, 1965 / Musajev M. A., Ismailov S. G. // In: Progress in protozool., Abstracts VI Intern. Congress of Protozoology Warszawa, July 5–11, 1981. Warsawa, 1981, р. 262. Гаибова Г. Д. К вопросу о встречаемости саркоцист у мелкого и крупного рогатого скота в Азербайджане. / Мусаев М. А., Суркова А. М. // В кн.: Матер. III Закавказской конф. по паразитологии,(Баку, 21–23 октября,1981), Баку, Элм,1981, с. 21. Гаибова Г. Д. Особенности распределения нуклеиновых кислот в половых стадиях эймерий песчанок Азербайджана // Современные проблемы протозоологии. Матер. к III-ему съезду ВОПР. Вильнюс, 1982, с. 70. Гаибова Г. Д. Жизненный цикл и цитохимическое исследование стадий эндогенного развития Eimeria akeriana (Coccidiida, Eimeriidae) из малоазийской песчанки / Мусаев М. А., Исмаилов С. Г. // Паразитология, 1982, т. 16, в.1, с. 18–23. (Библ.:20). Гаибова Г. Д. Цитохимическое исследование стадий эндогенного развития Eimeria dzhahriana Vejsov,1961 – паразита малоазийской песчанки.// Протозоологические исследования в Азербайджане. Баку: Элм,, 1983, с.15–17. (Библ. 5). Гаибова Г. Д. Выявление цист саркоспоридий у сельскохозяйственных животных в Азербайджане. / Суркова А. М. // 4-ая Национальная конференция по паразитологии. Варна, 3–5.10,1983. Болгария,1983, с.85–86. Гаибова Г. Д. Новый вид кокцидий Eimeria akeriana sp. n. (Eimeriidae, Coccidiida) из малоазийской песчанки. / Исмаилов С. Г. // Протозоологические исследования в Азербайджане. Баку: Элм,, 1983, с. 33–35. (Библ. 3). Гаибова Г. Д. К материалам по выяснению путей распространения саркоцист. / Мусаев М. А., Суркова А. М., Иса-заде Д. М. // В кн.: Протозойные болезни селскохозяйственных животных, переносчики их возбудителей и современные методы борьбы с ними. Тезисы докладов на Всесоюзной научно-производственной конференции, 10–12 ноября 1983. Самарканд-Джамбай, с. 178–179. Gaibova G. D. Cytochemical investigations of cysts of sarcosporidia in farm animals in Azerbaijan. / Musajev M. A. // In: Abstracts, EMOPW The 4th European Multicolloquim, October 14–19,1984, Ismir, Turkey, 1984, p. 42.