Yekaterina Ulanova — rus qadın voleybolçu. Liberodur. Dinamo Kazan klubunda karyerasını davam etdirir, 2005-ci ildən millisinin üzvüdür.
Karyerası Yekaterina Ulanova peşəkar karyerasına ölkəsinin Olimpiya Suja komandasında başlamışdır. Bir mövsüm burada oynadıqdan sonra Rusiya voleybolunun flaqmanı sayılan Dinamo Moskvaya transfer olunmuşdu. Burada Rusiya superliqasını bir dəfə başı üzərinə qaldıran voleybolçu daha sonra sırası ilə ÇSKA Moskva, Leninqradka, Dinamo Krasnodar klublarının şərəfini qormuşdur. 2010-cu ildə Dinamo Krasnodarla müqavilə müddəti bitdikdən sonra yenə də ölkə xaricinə çıxmamış, başqa bir Dinamo klubu Dinamo Kazanla sözləşmə imzalamışdı.
Karyerasının ən rəngarəng vaxtlarını Dinamo Kazanda keçirən Ulanova burada şəxsi rekordlarına da imza atdı. Kluba transfer olunduğu ilk, 2010-11 mövsümündən başlayaraq komanda ilə ard-arda dörd dəfə ölkə çempionatının qızıl medalını boynuna asan Ulanova bunun yanında da 2013-14 mövsümündə CEV Qadınlar Çempionlar Liqasını, 2014-cü ilin yayında isə Klublararası dünya çempionatını qazanmışdır. Adı çəkilən son turnirdə "Ən Yaxşı Libero" adına da layiq görülmüşdü.
Milli komandaya tez-tez dəvət alan fərasətli libero yığması ilə bir çox titul əldə etmişdir. İlk olaraq voleybolçu 2005-ci ildə Voleybol üzrə qadınlararası Avropa çempionatının qızıl medalını qazanan Rusiya yığmasının heyətində yer almışdır. 2007-ci ildə eyni turnirin bürünc medalını, 2 il sonra isə Dünya Qran Prisinin gümüş medalını qazanmışdır. 2010-cu ildə isə Ulanova heç vaxt unutmayacağı bir sevinc yaşamışdı. Belə ki, liberosu olduğu Rusiya milli komandası 2010-cu ilin dünya çempionatını qazanmışdı. Bütün bu uğurlardan başqa voleybolçu 2008 və 2012-ci illərdə də milli komanda ilə birlikdə Yay Olimpiya Oyunlarındada iştirak etmişdir.
Uğurları Klublar ilə Rusiya çempionatı: 5 2005-06, 2010-11, 2011-12, 2012-13, 2013-14
19px Rusiya kuboku: 2 2010, 2012
19px Klublararası dünya çempionatı: 1 2014
16px Çempionlar Liqası: 1 2013-14
Milli komanda ilə 2005 Avropa çempionatı - Fayl:Med 1.png Qızıl medal 2007 Avropa çempionatı - Fayl:Med 3.png Bürünc medal 2009 Dünya Qran Prisi - Fayl:Med 2.png Gümüş medal 2010 Dünya çempionatı - Fayl:Med 1.png Qızıl medal
Şəxsi mükafatları 2003 Yeniyetmələrarası Avropa çempionatı - "Ən Yaxşı Libero" 2010 Rusiya kuboku - "Ən Yaxşı Libero" 2011 Rusiya kuboku - "Ən Yaxşı Top qəbuledici" 2014 Klublararası dünya çempionatı - "Ən Yaxşı Libero"
İstinadlar
Xarici keçidlər "FİVB"nın rəsmi saytında profili "CEV"in rəsmi saytında profili Klub saytında profili
Kateqoriya:Rusiya voleybolçuları Kateqoriya:Dinamo Moskva QVK voleybolçuları Kateqoriya:Dinamo Krasnodar QVK voleybolçuları Kateqoriya:Dinamo Kazan QVK voleybolçuları Kateqoriya:Rusiyada doğulanlar Kateqoriya:Rusiyanın beynəlxalq dərəcəli idman ustaları