Oxtar () və yaxud Oxdar — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində Qafan şəhərindən 15 km məsafədə yerləşən kənd.

Kənd Oxtar çayının sol sahilində dağlıq-meşəlik ərazidə yerləşir.

Tarixi Qafqazın 5 verstlik xəritəsində Zəngəzurda Oxtar adlı iki kəndin olduğu göstərilir: Yuxarı Oxtar, Aşağı Oxtar. Görünür, sonralar bu iki kənd birləşdirilməsindən Oxtar kəndi yaradılıb.

Etimologiyası Toponim qədim türk dilində «boy, qəbilə» mənasını verən ox (> ok) sözünə dialekt və şivələrimizdə cəm şəkilçisi kimi işlənən -tar / -dar (Azərbaycan ədəbi dilində -lar, -lər) şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. «Tayfa», «tayfa ittifaqı» mənasını verir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Kəndin toponimləri Yel piri Şərəfverdi Yalzəmi Midəm düzü Tumuyeri Sarıbayır Çömçəbulaq Zoğallar bulağı Çanqıllı Oğlannıca yaylağı və s.

Folkloru Açması “dəyirman” olan tapmacanın Oxtar variantıAybəniz Əliyeva-Kəngərli: Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu:

Atdım atana, Düzdə kotana, Çayda balığa, Çöldə ceyrana.

Mənbə Musa Urud, «Zəngəzur», Bakı, "Nurlar", 2005. Əziz Ələkbərli, «Qədim türk-oğuz yurdu "Ermənistan"», Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu, «Silinməz adlar, sağalmaz yaralar», Bakı, "Azərnəşr", 1997. B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. «Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti». Bakı, "Oğuz eli", 1998. Sabir Əsədov, «Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası», Bakı, "Gənclik", 1995. Səməd Qarayev, «Qazangöl həsrəti», Bakı, 2002. Zəngəzur Cəmiyyətləri Birliyi: Qafan

İstinadlar

Kateqoriya:Qafan rayonunun kəndləri