Sadıq Əliabbas oğlu İbrahimov () — aktyor, Azərbaycan Respublikasının əməkdar artisti (2000).
Həyatı İbrahimov Sadıq Əliabbas oğlu 23 dekabr 1945-ci ildə doğulmuşdur. 1970-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1970-ci ildən Akademik Milli Dram Teatrına artist heyətinə qəbul edilmişdir.
Sadıq İbrahimov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Sadıq İbrahimov 20 avqust 2010-cu ildə ürək çatışmazlığından vəfat edib.
Əsas rolları Antoni və Kleopatra (V. Şekspir) — Prokuley Hacı Qara (M. F. Axundov) — Bədəl Mahnı dağlarda qaldı (İ. Əfəndiyev) — Qüdrət İnsan (S. Vurğun) — alman zabiti Kəndçi qızı (M. İbrahimov) — Rəşid Dəli yığıncağı (C. Məmmədquluzadə) — Hacı İslam Fitnə (A. Şaiq) — Bəxtiyar Maqbet (V. Şekspir) — yaralı əsgər İblis (H. Cavid) — kiçik zabit Torpağa sancılan qılınc (N. Xəzri) — Dəmirgüc Lənkəran xanının vəziri (M. F. Axundov) — xan Kərgədan buynuzu (M. İbrahimbəyov) — Nəcəfov Şah Edip (Sofokl) — Fesey Ulduz, yaxud Ədirnə fəthi (C. Cabbarlı) — Kamil Paşa Skapenin kələkləri (J. B. Molyer) — Arqant Xurşidbanu Natəvan (İ. Əfəndiyev) — Hidayət Ölülər (C. Məmmədquluzadə) — Hacı Baxşəli Mesenat (Ə. Əmirli) — Mirzə Abuturov
Filmoqrafiya Qatır Məmməd (film, 1974) — rol: Səlim Ömrün ilk anı (film) — rol: neftçi Qurban Mehmanxana sahibəsi (film, 1978) — rol: Fabrisio Sarıköynəklə Valehin nağılı (film, 1980) Ölüm növbəsi (film, 2009)
İstinadlar
Mənbə Sadıq İbrahimov
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar artistləri Kateqoriya:XXI əsr Azərbaycan aktyorları