Qazangöldağ — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda, Azərbaycan-Ermənistan sərhədində yerləşən zirvə.
Coğrafiyası Hündürlüyü 3829 m olan zirvə Kiçik Qafqaz dağlarının Zəngəzur silsiləsində yerləşir. Adı quruluşca mürəkkəb oronim olan dağın şərq yamaclarında — Ermənistan ərazisində eyniadlı kiçik dağ gölü olan Qazangöl, qərb yamaclarında — Ordubad rayonu ərazisində isə Göygöl yerləşir (hünd. 3829,2 m). Zəngəzur silsiləsinin suayırıcısinda zirvə. Nəsirvaz kəndindən 5 km-dək şimal-şərqdə, Nəsirvazçay və Saqqarsuçayın mənbə hissəsindədir. Orta Eosenin yaşlı sönmüş vulkan boğazına cavab verən, aqlomerat və brekçiyavari andezit-porfirit lavalarından təşkil olunmuş, sıldırım yamaclı və kəskin parçalanmış piramidaya bənzər qayalıqdır. Tektonik cəhətdən Ordubad qarılma və Zəngəzur qalxma zonalarını ayıran Şərqi Ordubad dərinlik qırılması zonasında yerləşir.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Ordubad rayonunun dağları